Formula 1-ə bilet alanlara ŞAD XƏBƏR - Dünya ulduzları ilə görüşə biləcəklər

Formula 1-ə bilet alanlara ŞAD XƏBƏR - Dünya ulduzları ilə görüşə biləcəklər"Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran-Prisinə bileti olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsən görüşmək imkanı verən müsabiqə keçirir.

Sonxeber.az xəbər verir ki, müsabiqənin qalibləri aprelin 27-də "Jamiroquai" qrupunun solisti Jay Kay, bir gün sonra isə Kristina Aqilera ilə üz-üzə görüşərək səmimi söhbət edə biləcəklər. Hər ulduz üçün 3 şanslı qalibin seçiləcəyi müsabiqədə yalnız həmin günlərə bileti olan tamaşaçılar iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyən hər bir tamaşaçı sevdiyi dünya ulduzu ilə niyə məhz özünün görüşməli olduğunu şəkil və ya qısa video vasitəsilə izah edərək bu məlumatı "Instagram" və ya "Twitter"də həmin ulduza dair haştaqla paylaşmalı və @bakucitycircuit hesabını bu paylaşımda işarələməlidir.

Jay Kay ilə görüşmək istəyənlər #MeetJK, Kristina Aqilera ilə görüşmək istəyənlər isə #MeetXtina haştaqından istifadə etməlidirlər.

Qaliblər BŞH-nin rəsmi vebsaytında (www.bakucitycircuit.com) aparılan səsvermə ilə müəyyənləşdiriləcək. Aprelin 20-dək davam edəcək səsvermə hamı üçün açıqdır. Gün ərzində hər bir şəxs yalnız 1 dəfə səs verə bilər.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai builki Azərbaycan Qran-Prisinin tamaşaçıları üçün yeni imkanlar yaradıldığını bildirib: "Biz hər il olduğu kimi, bu il də Azərbaycan Qran-Prisini izləməyə gələnlər üçün yarışdan daha artığını təqdim edirik. Builki yarış həftəsonunda yenə dünya ulduzları və məşhur DJ-lər Bakıda hər gün bizlərə yarış həyəcanından sonra möhtəşəm əyləncə coşğusu yaşadacaqlar.

Yarışa bileti olan hər bir kəs dünya ulduzlarının və DJ-lərin konsertlərində iştirak edə və onların canlı performanslarına yerində şahid ola biləcək. Bu müsabiqə ilə biz ulduzları sizə daha yaxın edirik və qalib gələcəyiniz təqdirdə onlarla üz-üzə görüşərək səmimi söhbət etmək imkanı əldə edəcəksiniz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 697   Tarix: 12 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Arvadını dişləyən Boatenqə ağır cəza verildi

Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind

10 sentyabr 2021
.

Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak

6 sentyabr 2021
.

"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç

12 sentyabr 2021
.

Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların

9 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 60 medalla 4-cü yeri tutdu

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurub. xəbər verir ki, medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı olub. Beləliklə, Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub. Qeyd edək ki, I MDB Oyunlarında 9 ölkə mübarizə aparı

11 sentyabr 2021
.

Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin

15 sentyabr 2021
.

Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO

"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav

11 sentyabr 2021
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17 sentyabr 2021
.

Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO

Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd

10 sentyabr 2021