Avropanın ən asan viza verən ölkələri - SİYAHI
Qarşıdan yay tətili gəlir və tətil üçün hazırlıqlar indidən başlayıb. Çünki getmək istədiyiniz xarici ölkələrə viza almaq üçün indidən müraciət etməli olduğunuz yerlər var. Xüsusilə, Avropa ölkələrindən söhbət gedirsə, viza əldə etmək bəzən dəhşətə çevrilə bilər. Ancaq bəzi ölkələr var ki, viza üçün dəfələrlə gedib-gəlmək, əziyyət çəkməyə ehtiyac olmur.
Sonxeber.az Qaynarinfo-ya istinadən sizə ən asan viza ala biləcəyiniz ölkələrin siyahısını təqdim edir:
Fransa
Yerli və xarici turistlərin ən çox maraq göstərdiyi ölkələrin başında gələn Fransa paytaxt Paris və digər şəhərləri ilə birlikdə hər il ən çox ziyarət edilən ölkələr siyahısında ilk sıralarda yer alır. Fransada bir çox tarixi və görüləcək yer var. Bu yerlər içərisində gəzilməli yerlər Paris, Nitsa, Marsel, Bordo və Liondur. Fransanın vizasını almaq isə digər ölkələrlə müqayisədə daha asandır. Qısaca, tətil məqsədilə səyahət edirsinizsə, müraciətləriniz tam və yerində doldurulubsa, viza almamaq üçün heç bir səbəb yoxdur.
Portuqaliya
Aralıq dənizi ölkələrinin Avropada yerləşən digər ölkələrlə müqayisədə viza məsələsində daha az problem yaratdığını bilməyən az olar. Bu siyahıdan olan ölkələrin başında Portuqaliya gəlir. Portuqaliyaya getmək üçün sənədlərinizi səfirliyə təqdim etməniz kifayətdir. Portuqaliyanın paytaxtı Lissabonda tarixi məkanları gəzə bilər, "Douro" şəlaləsini, Pena sarayını kəşf edə bilərsiniz.
İtaliya
İtaliya keçmişin izlərini daşıyan Roma, hər tərəfi su ilə əhatələnən Venesiya və incəsənətin mərkəzi kimi bilinən Florensiya ilə sizləri gözləyir. Viza almağın asan olduğu ölkələrdən hesab edilən İtaliya hətta Şengen vizası almaq üçün də uğurlu seçim hesab olunur.
Slovakiya
Mədəniyyətin beşiyi hesab olunan Slovakiyada mütəmadi olaraq keçirilən festivallarda əylənmək ölkəyə viza almaq qədər asandır. Gecə həyatı maraqlı keçən Slovakiyada xoş istirahət edə bilərsiniz.
Norveç
Sakitliyi və sabitliyi ilə fərqlənən Norveç zəngin və ləziz mətbəxi ilə onu seçənlərə ölkəni gəzmək şəraiti yaradacaq. Belə ki, Norveçə getmək üçün viza şərtləri çox asandır.
Macarıstan
Macarıstanı gəzmək üçün ölkənizdə yerləşən Macarıstan səfirliyinə müraciət etmək və ya internet üzərindən verilən blankı dolduraraq təsdiq cavabını gözləmək kifayətdir. Təsdiq aldınız və artıq səyahətə yollanırsınızsa, Budapeşti görmədən gəlməyiniz məsləhət deyil. Onu da qeyd edək ki, Budapeşt mədəni və tarixi abidələrinə görə UNESCO Dünya Mirası siyahısına daxil edilib.
İspaniya
İspaniyada başda Barselona, Madrid, Sevilya olmaqla görülməli yerləri ilə sizə vizanı da asanlıqla əldə etməyi təmin edəcək.
Yunanıstan
Avropanın ən asan viza alacağınız ölkəsi isə Yunanıstandır. Havaların isti olduğu dönəmlərdə gözəlliyi ilə insani valeh edən Santorini, Mikanos, Krit adaları isə həqiqətən görülməyə dəyər yerlərdəndir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Sabah hava necə olacaq?
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO