Yad kişi şübhəsi və hamilə qızın... - Lənkəranda ərdən 27 illik arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL

Yad kişi şübhəsi və hamilə qızın... - Lənkəranda ərdən 27 illik arvadına qarşı DƏHŞƏTLİ ƏMƏLLənkəran rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Rüfət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rüfət Əliyevlə həyat yoldaşı Maygül Əliyevanın arasında tez-tez mübahisə yaranıb. Mübahisənin baş verməsinə səbəb Rüfət Əliyevin işləməməsi olub.

Dava-dalaş və qısqanclıq

Maygül Əliyeva Rüfət Əliyevdən birgə yaşadıqları evdən getməsini tələb edib, ər kimi ona saymazlıq və qadın kimi soyuq münasibət göstərib. Rüfət Əliyev Maygülün bu hərəkətlərini onu başqa kişi ilə görüşüb, xəyanət etməsi ilə əlaqələndirib. Bu şübhələrinə görə o, arvadı ilə mütəmadi olaraq mübahisələr edib.

Rüfət Əliyev 28 mart 2017-ci il tarixdə, saat 08.30-da arvadı ilə birgə yaşadığı Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən fərdi yaşayış evində növbəti dəfə aralarında yaranmış mübahisə zamanı ona qarşı saymazlıq göstərməsi ilə bağlı iradlarını bildirib.

Qisas qətli

Maygül Əliyeva onu təhqir edib, ondan birgə yaşadıqları evdən getməsini yenidən tələb edib. Buna görə də o, arvadının digər şəxslə cinsi münasibətdə olması qənaətinə gəlib.

Bununla bağlı qisas almaq niyyətilə Maygülü qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə evin həyətyanı sahəsindən ağac parçasını özü ilə götürən Rüfət Əliyev evin birinci mərtəbəsində yerləşən yataq otağına geri qayıdıb.

O, həmin vaxt yataq otağında olan Maygül Əliyevaya yaxınlaşaraq, ağac parçası ilə onun başına və bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr vurub. Maygül Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

"Münasibətlərimiz gərginləşib"

İstintaq orqanı tərəfindən Rüfət Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rüfət Əliyev ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qisminə təqsirli bilib. O deyib ki, 1991-ci ildə Maygül Əliyeva ilə ailə quraraq, evlənib: "Maygül ilə olan birgə nikahımızdan iki övladımız olub. Əvvəllər aramızda yaxşı münasibət olsa da, son bir neçə il olardı ki, ailə daxilində ər-arvad kimi münasibətlərimiz gərginləşib. Səbəb də mənim heç bir yerdə işləməməyim olub".

"Var gücümlə vurmağa başladım"

Rüfət Əliyevin sözlərinə görə, martın 28-də, təxminən saat 08.30-da Maygül yenə də onu evdə görən kimi ünvanına deyinməyə başlayıb, birbaşa üzünə qarşı onu görən gözü olmadığını, evdən getməsini istədiyini deyib: "Mən hövsələdən çıxdım, əsəbiləşdim. Buna görə də aramızda mübahisə yarandı. Həmin vaxt həyətə çıxarkən evin eyvanının döşəməsinin altındakı dəmir tirin üstündəki ağac parçasını götürdüm. Sonra Maygülün olduğu otağa keçərək, əlimdəki həmin ağac parçası ilə Maygülün başına bütün gücümü toplayaraq, dalbadal güclü zərbələr vurmağa başladım".

"Maygülün başından qan açıldı"

Rüfət Əliyev bildirib ki, bu zaman Maygül əlləri ilə başını tutub, özünü qorumaq istəyəndə ağac parçasının zərbələri onun əl-qoluna dəyib: "Həmin vaxt hirsləndiyim üçün Maygülə təxminən 8-10 zərbə vurdum. Ağac parçası ilə Maygülün başına vurarkən, Maygül qışqırdı. Maygül "o nədir məni vurursan?", deyə bildirdi. Maygülə əhəmiyyət vermədən zərbələri vurmağa davam etdim. Zərbələri vurandan sonra Maygülün başından qan açıldı, özü isə huşunu itirərək, döşəməyə yıxıldı".

"Törətdiyim cinayəti etiraf etdim"

Rüfət Əliyev qeyd edib ki, Maygülün ölmüş olduğuna əmin olub: "Sonra ev telefonunun dəstəyini kənara qoydum ki, zəng edən olsa, məşğul göstərsin. Həmçinin Maygülün istifadəsindəki mobil telefon aparatını da söndürdüm. Sonra da evdən çıxaraq yol maşını ilə Lənkəran şəhərinə gəldim. Lənkəran şəhərində gəzişərkən polis əməkdaşı mənə zəng etdilər, polis şöbəsinə gəlməyimi tələb etdilər. Sonra polis şöbəsinə gedərək törətdiyim cinayəti etiraf etdim".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Maygülə zərbələr vurarkən ona əzab və işgəncə vermək niyyəti olmayıb. O, Maygül Əliyevanı öldürdüyünə görə peşmançılıq keçirdiyini deyib.

"Anama zəng çatmadığından narahat oldum"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Səbinə Əlizadə ifadəsində göstərib ki, atası Rüfətlə anası Maygülün aralarında narazılıqlar olub: "Səbəbi anamın atama işləməməsini irad tutması idi. Martın 27-də anama zəng vurdum, hamiləliyim ilə əlaqədar həkimə getmək istədiyimi dedim. Razılaşdıq ki, martın 28-də bir yerdə həkimə gedək. Həmin gün gecə anam mənə "sabah həkimə gedərik, səhər mənə zəng vurarsan" məzmunlu mesaj yazıb. Həmin mesajı ertəsi gün yuxudan oyandıqdan sonra gördüm. Saat 09-da anama dəfələrlə zəng vursam da, onun telefonuna zəng çatmadı. Bundan narahat oldum. Bu səbəbdən qardaşım Rəşid Əlizadəyə zəng vuraraq, anamın telefonuna zəng çatmadığını və Rəşiddən harada olduğunu soruşdum. Rəşid babası Akifin evində olduğunu dedi".

"Anamın atam tərəfindən öldürüldüyünü bildim"

Səbinə Əlizadə bildirib ki, həmin vaxt qardaşından evə gedib, nə baş verdiyini öyrənməsini xahiş edib: "Özüm isə Lənkəran şəhərinə həkimə getdim. Həmin gün günorta vaxtı Rəşid mənə zəng vuraraq, anamın evdə qan içində, ağır vəziyyətdə olduğunu dedi. Mən də ərim Səxavətə zəng vuraraq, onunla anamın yaşadığı evə getdim. Orada anamın atam tərəfindən öldürüldüyünü bildim".

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rüfət Əliyev apelyasiya şikayəti verib.

Rüfət Əliyev apelyasiya şikayətində etdiyi əməlləri səmimi etiraf etməsini, həmin əməli onun səhhətində anadangəlmə mövcud olan psixi pozuntular səbəbindən etdiyini, hazırda əməlindən peşman olduğunu, cinayət əməlini onun sağlamlığında mövcud olan xəstəliklər səbəbindən törətdiyini nəzərə alınmasını istəyib.

Rüfət Əliyev barəsində olan cinayət işinə yenidən baxılmasını və barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

Rüfət Əliyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan iclaslarda Rüfət Əliyevin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rüfət Əliyevin apelyasiya şikayəti təmin edilməyib.

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2687   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26 aprel
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart