"Ayə, hara gedirsən, ayə?" söyləyən ifaçıdan TƏZƏ XƏBƏR

"Ayə, hara gedirsən, ayə?" söyləyən ifaçıdan TƏZƏ XƏBƏRYəqin ki, bir günün içərisində, cəmi 2 sualdan ibarət mahnısı ilə məhşurlaşıb sosial mediada ən çox müzakirə edilən gənc ifaçı Vüsal Rzasoy yadınızdadır.

"Ayə, hara gedirsən, ayə?" parçası ilə sosial medianın qəhrəmanına çevrilmiş folk-rok ifaçısı Vüsal Rzasoy hazırda nə işlə məşğuldur?

Modern.az saytının əməkdaşı Vüsal Rzasoyla əlaqə yaradıb. Lakin folk-rok ifaçısı işləri ilə əlaqəli məlumat vermək istəmədiyini deyib:

"Hazırda müəyyən işlər üzərində çalışıram. Amma istəyirəm ki, bir az sakitlik olsun. Bu baxımdan mətbuatda görünmək və ya nə iləsə gündəmə gəlmək fikrim yoxdur".

Müsahibimiz həmçinin aktyorluq fəaliyyəti ilə bağlı da danışmaq istəmədiyini deyib:

"Yəqin ki, aktyorluq və ya musiqi istiqamətində yeniliklər olduqca, siz də xəbər tutacaqsınız".

Qeyd edək ki, Vüsal Rzasoy "Müasir Azərbaycan gənci" proqramındakı "Ayə, hara gedirsən, ayə?" ifası ilə sosial medianın gündəminə çevrilmişdi. Bu ifa ilə bağlı daha sonra mətbuata açıqlama verən V.Rzasoy bunu səmimi olaraq etdiyini bildirmişdi: "Düşünmürdüm ki, onlar buna ləhcə deyib, incisinlər. Bunu səmimi olaraq etmişəm. Mən insanlar arasında ləhcə fərqi yox, əlaqə görürəm. Bir xarici ilə söhbət edəndə tərcümə vasitəsilə onu anlaya bilirəmsə, onun da eyni insani hisslər keçirdiyini görürəmsə, insanlar arasında nəinki ləhcənin, hətta dilin belə fərqi yoxdur. Əsas olan insanların var olmasıdır. Məsələn, bir nümunə deyim, Litvada dörd böyük bölgə var. Onlar musiqilərini öz bölgələrinə uyğun oxuyurlar. Bu dörd ləhcə bir-birindən fərqlənir. Bu müxtəliflik çox gözəl səslənir. Amma onlar ortaq bir ləhcədə oxusalar, bu özəllik, bu yaxınlıq itəcək".

Xatırladaq ki, Vüsal Rzasoy 2 yanvar 1986-cı ildə Naxçıvanın Şərur rayonunda dünyaya gəlib. 2008-ci ildən 2010-cu ilədək "Tengri" rok qrupunun vokal ifaçısı olub. Sonra isə Azərbaycanı tərk edərək bir müddət Litvada yaşayıb və Corus, White Horn kimi qruplarda çalışıb. Onu doğulduğu ölkəyə qayıtmağa isə saz musiqisinə olan məhəbbəti vadar edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2565   Tarix: 18 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 17 yaşlı gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Neapol dairəsindən avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Abbasova F.-ni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayin

21 aprel
.

Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara istifadəçilərin kart hesabından 30 min manat oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkd

27 aprel
.

Trampın mümkün vitse-prezidenti heyvanlara qarşı amansız rəftarı ilə məşhurlaşıb

Trampın vitse-prezidentliyinə əsas namizədlərindən biri olan Cənubi Dakota qubernatoru Kristi Noem öz xatirə kitabında 14 aylıq iti Kriketin öldürülməsini təsvir edib. Noemin sözlərinə görə, o, itə nifrət edib və qırqovul ovunu pozduqdan sonra heyvanı güllələyib. Kriketin ardınca Noem fermasında ola

28 aprel
.

Abşeronda 49 yaşlı qadın qətlə yetirilib: Əri saxlanılıb

Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinə

28 aprel
.

SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO

TikTok-da yüz minlərlə izləyicisi olan məşhur İraq fenomeni Om Fahad Bağdadda naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Om Fahad evinin qarşısında avtomobilində olarkən motosikletdə olan şəxs tərəfindən odlu silahla öldürülüb. İraq Daxili İşlə

28 aprel
.

Tovuzda sərnişin avtobusu piyadanı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadının vəziyyətinin ağır olduğu bildirilir

28 aprel
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

28 aprel
.

Azərbaycanda DƏHŞƏT! Sevdiyi şəxsin ölümünə dözmədi - Toy günü öz MEYİTİ TAPILDI - FOTOLAR

Azərbaycanda yaşanan olay insanları kədərləndirib. -a istinadən xəbər verir ki, gənc qız sevdiyi şəxsin ölümünə dözməyib toy günü vəfat edib. Oğlan qəzada vəfat etdiyi üçün toy günü həyatını sonlandıran 20 yaşlı qızın son məktubu:. "Bu gün ən xoş günümdür, Rəşada qovuşmağa gedirəm. Toyumuza gəlməd

28 aprel
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə -a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyin

28 aprel