Vitse-prezidentlər də yenidən təyin olunacaq? - DEPUTATDAN AÇIQLAMA

Vitse-prezidentlər də yenidən təyin olunacaq? - DEPUTATDAN AÇIQLAMA"Azərbaycanda prezident seçkisindən sonra Konstitusiyaya görə yalnız Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilir. Ondan kənarda ali icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı hər hansı norma və ya tələb Konstitusiyada nəzərdə tutulmayıb".

Sonxeber.az xəbər verir ki, bunu Qafqazinfo-ya açıqlamasında deputat Zahid Oruc Nazirlər Kabinetinin istefaya göndərilməsindən sonra məsələnin vitse-prezidentlik institutuna şamil edilib edilməyəcəyi ilə bağlı yaranan suallara aydınlıq gətirərkən deyib.

O bildirib ki, 2016- cı il referendumuna görə ölkənin idarəçilik sistemində özünə yeni olaraq yer alan vitse-prezidentlik institutu ilə bağlı belə bir qərarın verilməsinə qətiyyən ehtiyac yoxdur:

"Hesab edirəm ki, bu həm birinci vitse-prezidentə, həm də vitse-prezidentlərə aiddir. Onların təyin edilməsi səlahiyyəti ölkə prezidentinə aiddir. Çünki ali icra hakimiyyətinin vəzifədən getməsi və ya onların 7 illik seçki dönəmindən sonra yenidən təyinatının baş verməsinə də ehtiyac yoxdur. Əlbəttə ki müxtəlif ölkələrdə fərqli məqamların olduğundan danışmaq mümkündür. Amerikada hər iki institut seçki vasitəsilə müəyyənləşir. Amma Azərbaycanda prezident birinci vitse-prezidenti təyin edir.

Azərbaycanda həm ölkə daxilində, həm də beynəlxalq məkanda çox böyük fəaliyyəti ilə seçilən, Azərbaycan vətəndaşlarının etibar və inamını qazanan Mehriban Əliyevanın birinci vitse-prezident olaraq fəaliyyətinin fərqindəyik. Hesab edirəm ki, bu mənada onların yenidən təyinatına ehtiyac yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2312   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel