Ana ölümlərinə görə 12 nəfərə töhmət verilib - Həbs olunan da var

Ana ölümlərinə görə 12 nəfərə töhmət verilib - Həbs olunan da varBu il baş verən ana ölümləri ilə bağlı 12 nəfərə töhmət elan olunub, hətta həbs olunan da var.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.

S.Məmmədovanın sözlərinə görə, keçən il baş verən 20 ana ölümünə görə 50-dən artıq tibb işçisi inzibati tənbeh tədbirlərinə cəlb olunub. Onlar arasında həm dövlət, həm də özəl tibb müəssisələrinin işçiləri olub.

Baş mama-ginekoloq qeyd edib ki, bu ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü faktı qeydə alınıb: "Son iki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici yüksək deyil. Ana ölümlərinin əsas səbəbləri baş beyində qan sızması, ürək xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, endokrinoloji patologiyası olan piylənmə və s. olub".

S.Məmmədova əlavə edib ki, Azərbaycan da adətən hamilə qadınların xəstəliklərini həkimlərdən gizlədirlər: "Mama-ginekoloqlarına məlumat vermədikdə onların xəstəlikləri hamiləlik zamanı inkişaf edir. Doğuşa yaxın isə onlar stasionar müəssisələrə yerləşdirirlər. Əvvəldən hamilə qadınların xəstəlikləri bilinsə, ona göstərilən tibb xidmət daha keyfiyyətli olardı".

Həkim bildirib ki, ÜST-ün məlumatına əsasən, qadınlarda yaşla bağlı xroniki xəstəliklərin sayı artır. Ona görə də belə qadınların 25 yaşdan sonra hamilə qalması və onu başa çatdırması çətin olur və fəsadlaşma ilə nəticələnir:

"Azərbaycanda hamilə qadınlar arasında rast gəlinən səciyyəvi xəstəliklər arasında ilk yeri anemiya, ikinci yerdə böyrək, üçüncü yerdə ürək xəstəlikləri dayanır. Belə xəstəlikləri olan hamilə qadınlar ilkin qeydiyyat zamanı risk qrupuna daxil olan xəstəliklər kimi qəbul olunur. Bu xəstəliklər hamilə qadınların ölümünə səbəb olur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 598   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021