"Ali Baş Komandan əmr verəcəyi halda..."- polkovnik Şair Ramaldanov

"Ali Baş Komandan əmr verəcəyi halda..."- polkovnik Şair Ramaldanov"Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə aparılıb. Silahlı Qüvvələrimiz üçün ən müasir silahlar alınıb və alınır".

Bunu APA-ya açıqlamasında prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında ordu quruculuğu ilə bağlı fikirlərinə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ş. Ramaldanov bildirib ki, Azərbaycan ordusunun şanlı qələbəsi olan aprel döyüşlərində müasir silahların bir qismindən istifadə edilib və bu silahların tətbiqi qarşı tərəfdə böyük təşvişə səbəb olub: "Silahlı Qüvvələrimiz üçün alınan müasir silahlardan keçirilən hərbi təlimlərdə istifadə edilir və bununla bağlı videomateriallar təqdim olunur. Naxçıvanda keçirilən paradda da bu silahların bir qismi nümayiş etdirilib. Bu, düşməni müəyyən qorxu içərisində saxlayır. Ermənistan cəmiyyəti anlayır ki, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğalçılardan təmizlənməsi barədə əmr verəcəyi halda, işğalçı Ermənistan ordusu Silahlı Qüvvələrimizin qarşısında dura bilməyəcək".

Hərbi ekspert Azərbaycan Silahlı Qüvvələrin qüdrətinin ölkənin iqtisadi potensialı, inkişafı, kadr təminatı və vətənpərvərlik ruhu ilə bağlı olduğunu qeyd edib: "Bu gün Azərbycan Silahlı Qüvvələri böyük və peşəkar kadr potensialına malikdir. Naxçıvanski adına hərbi liseyi, Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Hərbi Akademiyası bu kadr potensialını formalaşdırır. Hərbi məktəblərdə müasir tədris proqramlarından istifadə edilir. Azərbaycan Silahlı Qüvvələri böyük - 25 min şəxsi heyət və çoxsaylı hərbi texnikanın iştirakı ilə hərbi təlimlər keçirir. Bu, işğalçı dövləti qorxuya salır və beynəlxalq təşkilatlara müraciət etməyə vadar edir".

Hərbçilərimizin NATO-nün sülhyaratma əməliyyatlarında, müxtəlif ölkələrdə keçirilən təlimlərdə, yarışlarda iştirakından söz açan hərbi ekspert bir məqama diqqət çəkir: "NATO rəhbərliyi demək olar ki, hər il sülhməramlı missiyadakı Azərbaycan hərbçilərinin sayının artırılmasını xahiş edir. Bu da sülhməramlı missiyadakı hərbçilərimizin yüksək peşəkarlıqla xidmət etməsinin nəticəsidir. Digər tərəfdən, yüksək döyüş qabiliyyətinə malik vətənpərvər ordumuzun formalaşmasında xalq amilini qeyd etmək lazımdır. Elə bir ailə yoxdur ki, Qarabağın azad edilməsinin əsas məqsəd olduğunu söyləməsin. Bu mühitdə vətənpərvər ruhda böyüyən gənclərimiz orduda hərbi xidmətə başlayan zaman deyirlər ki, arzuları Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək və Qarabağı azad etməkdir. Gənclərimizin vətənpərvərlik ruhunun artırılması Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət mərkəzindədir".

Ş. Ramaldanov son statistik məlumatlara əsasən Azərbaycan ordusunun dünyada 134 ölkə arasında 53-cü yerdə olduğunu diqqətə çatdırıb: "Bu qiymətləndirmə 50 amilə görə aparılır. Azərbaycan Silahlı Qüvvələri ildən-ilə pilə-pillə irəliləməkdədir. Bütün bunlar ilk növbədə Ali Baş Komandanın orduya diqqət və qayğısının nəticəsidir. Müqayisə üçün deyim ki, Ermənistan ordusu hazırda bu statistik göstəricilərə əsasən 83-cü yerdədir".

Hərbi ekspert müdafiə naziri başda olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyinin mütəmadi hərbi hissələrdə olduğunu, vəziyyəti yerində öyrəndiyini və lazımi tədbirlər gördüyünü xatırladıb: "Silahlı Qüvvələrimiz üçün yeni şəhərciklər salınır, əsgərlərə yüksək şərait yaradılıb. Silahlı Qüvvələrdə "Açıq qapı" günləri keçirilir, valideynlər övladlarının necə şəraitdə xidmət etdiklərini görürlər. Valideynlər bunu yüksək qiymətləndirir, belə şəraitin heç evdə olmadığını bildirirlər. Eyni zamanda, Azərbaycan prezidenti, Ali Baş Komandan hərbçilərin sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, hər il hərbçilərin maaşları artırılır, onlara evlər verilir. Belə bir diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrin hər bir nümayəndəsi cəbhə bölgəsində, təmas xəttində qəhrəmanlıqla döyüşməyə, torpaqlarımızın işğalçılardan azad edilməsinə hər an hazırdırlar. Bu gün Silahlı Qüvvələrimiz xalqımızın, dövlətimizin qürur mənbəyidir. Ali Baş Komandan çıxışlarında bəyan edib ki, Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda işğalçı qüvvələri darmadağın edib, torpaqlarımıza azad etməyə qadirdir. Əgər torpaqlarımız sülh, danışıqlar yolu ilə azad edilməsə, inşallah, zaman gələcək, Silahlı Qüvvələrimiz öz sözünü deyəcək, işğalçı qüvvələri darmadağın edərək torpaqlarımızı azad edəcək. Bu məsələdə üçüncü dövlətlərin marağı hiss olunur. Azərbaycan dövlətinin də üçüncü dövlətlərlə bağlı riskləri minimuma endirib, zamanı çatanda torpaqlarımızı azad etməkdir. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq və biz öz torpaqlarımızı azad edəcəyik ".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1603   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaqatalada 76 yaşlı qadın intihar edib

Zaqatalada 76 yaşlı qadın intihar edib. APA-nın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırm

21 aprel
.

TƏCİLİ! Azərbaycanda daha bir ZƏLZƏLƏ OLDU

İmişli rayonunda zəlzələ qeydə alınıb. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 23:49-da, Beyləqan stansiyasından 35 km şimal-şərqdə, İmişli rayonunda qeydə alınıb. Zəlzələnin maqnituası 3, dərinliyi 15 km olub

21 aprel
.

Ər-arvadı meşədə öldürüb meyitlərini yandıran azərbaycanlıdan YENİ XƏBƏR

Aprelin 25-də Rusiyanın Tula vilayət məhkəməsində andlılar kollegiyası 46 yaşlı Azərbaycan vətəndaşı Rəfail Mahmudova hökmü geri qaytarıb. Həmin şəxs qətl və quldurluqda ittiham olunur. Rusiya mediasına istinadla bildirir ki, 2022-ci ildə "qara rieltor" spirtli içkidən sui-istifadə edərək ər-arvad

26 aprel
.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

27 aprel
.

Taxta bazarında zərərçəkən sahibkar: 70-80 min manatlıq ziyan dəyib

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib. Yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov "Report"a bildirib ki, 80 m² ərazidə təxminən 70-80 min manatlıq malı yanıb. "Yanğın qonşu sexdə

20 aprel
.

Yola qaçan azyaşlını maşın vurdu - ANBAAN VİDEO

Bakıda azyaşlını maşın vurub. xəbər verir ki, hadisə paytaxt küçələrinin birində baş verib. Belə ki, yolu qaçaraq keçməyə çalışan iki azyaşlıdan birini avtomobil vurub. Avtomobilin sürəti az olduğundan hadisə yüngül xəsarətlə nəticələnib

25 aprel
.

SON DƏQİQƏ! Əkbər Əliyev vəfat etdi

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib. Bu barədə mərhumun yaxınları -a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika İnstitutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdə

21 aprel
.

Gəncədə velosipedçi avtomobilə çırpılıb, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini 2007-ci il təvəllüdlü Elcan Quliyev velosipedlə hərəkətdə olan zaman KIA markalı minik maşınına çırpılıb. Qəza zamanı velosipedi idarə edən E.Quliyev xəsarət alara

21 aprel
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

27 aprel