Yüzlərlə "qanuni oğru" Yerevanda cəmləşdi: Ya Sarqsyanın kəlləsi gedəcək, ya da…

Yüzlərlə "qanuni oğru" Yerevanda cəmləşdi: Ya Sarqsyanın kəlləsi gedəcək, ya da…Aralarında 200 "qanuni oğru" və 400 kriminal avtoritetin olduğu 600 məşhur şəxs dünən Yerevana toplaşıb. Bunu "Past" qəzeti öz mənbələrinə istinadla yazıb.

"Onlar nə Serj Sarqsyanı (artıq parlament onu baş nazir postuna seçib), nə də müxalifəti dəstəkləməyə gəliblər. Onlar SSRİ-də məşhur olan kriminal avtoritet və "qanuni oğru" Armen Arutyunyanın (Gömbul Armen Kanevskoy) ad günü münasibətilə toplaşıblar" — deyə məqalədə bildirilir.
Qonaqları Armenin qardaşı — məşhur avtoritet Artyom Kanevskoy qarşılayıb. Qarşılanma mərasimində kriminal avtoritet və "qanuni oğru"lardan Samvel Arutyunyan (Maneti Txa Samo), Rafael Xoyetsyan (Afo) və başqaları da olub.

Armen Kanevskoy 17 aprel 1970-ci ildə Yerevanda doğulub. 1997-ci ildə — 27 yaşında "oğru" titulunu qazanıb. Kriminal avtoritet, Rusiya mafiyasının xaç atası, "qanuni oğru" Ded Xasan (Aslan Usoyan), Saşa Volçok (Aleksandr Volkov) və Çiçxen (Otari Mikadze) tərəfindən "taclandırılıb". O, 2010-cu ildə 40 yaşında öldürülüb və Yerevandakı "Şaumyan" qəbiristanlığında dəfn edilib.

Dünən dəfn olunduğu qəbiristanlığın yaxınlığında — Yerevandakı "San Lazzaro" şadlıq sarayında, Armenin şərəfinə 700 nəfərlik nahar verilib. Məqalə müəllifi onu da qeyd edib ki, bu dəfə oğruların sxodkası gözlənilmir. Halbuki bu məlumat 100% dəqiq deyil. Birdən-birə dünyanın müxtəlif guşələrindən kriminal aləmin 600 nümayəndəsinin Ermənistana sadəcə 8 il əvvəl ölmüş avtoritetin ad gününə toplaşdığı inandırıcı deyil.

Bundan əvvəl erməni kriminal dairələrində belə söhbət gəzirdi ki, "qanuni oğru"lar müxtəlif mafioz qruplarla sıx əlaqəsi olan eks-prezident Serj Sarqsyanı dəstəkləmək üçün Yerevana toplaşıblar. Onlar Ermənistanın və xaricdəki erməni diasporu arasındakı anti-hökumət qüvvələrinin Sarqsyana qarşı təxribat hazırladığını biliblər. Onların "ad günü" toplantısının Yerevanda keçirilməsi də məhz Sarqsyana lazımi anda lazımi dəstəyi verməkdir.

Digər versiyaya görə isə, əksinə, kriminallar Yerevanda iğtişaşlar törətməklə Sarqsyanın "torbası"nı tikmək və özlərinə sərf edən siyasi qüvvəni hakimiyyətə gətirmək niyyətindədirlər. Lakin "Past"ın mənbəsi hər iki versiyanı təkzib edib. Bildirib ki, kriminal dünyasının Sarqsyan və Ermənistan hakimiyyətindən daha vacib işləri var…(Sputnik.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2865   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021