Ağdamlı iş adamının hesabına səhvən 128 milyon avro köçürdülər - FOTO

Ağdamlı iş adamının hesabına səhvən 128 milyon avro köçürdülər - FOTOBu gün Almaniyada yaşayan azərbaycanlı iş adamının bank hesabına yanlışlıqla 128 milyon avrodan artıq pul köçürülüb.

Bir müddətdən sonra ölkə prokurorluğundan həmin iş adamına zəng olunub və ondan "hesabınıza səhvən bu qədər pul məbləği keçirilib, nə etmək fikrindəsiniz?" soruşulub.

Sonxeber.az modern.az-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı da öz növbəsində məsələdən məlumatlı olduğunu bildirib. Vəsaitin ona məxsus olmadığı üçün geri qaytaracağını vurğulayıb.

Təxminən, yarım saatdan sonra yanlışlığa yol verən bankın qarşısına gedən soydaşımız maraqlı mənzərə ilə qarşılaşıb. İş adamının sözlərinə görə, o banka vardığında yüzə qədər alman ora cəm olunmuşdu. Həmin almanlar bank işçisinin yol verdiyi yanlışlıqdan sonra pulları azərbaycanlının hesabına köçürülən şəxslər olub.

Azərbaycanlı iş adamı hətta onu görən vaxt bəzilərinin təşəkkür naminə əlindən öpdüyünü, ona ürəkdən minnətdarlıq edənlərin də olduğunu bildirib:

"Hələ pulu geri qaytarmamış məndən hansı ölkədən olduğumu soruşdular. Baxdım ki, Azərbaycan barəsində bir çoxu məlumatlı deyil. Bildirdim ki, Azərbaycan çox inkişaf etmiş bir ölkədir. Orada düzgünlük, qanunlar o şəkildə işləyir ki, bu məsələlərdə heç bir problem olmur. Onlar mənə ehtiramlarını bildirdilər".

Hadisə aprelin 19-da baş verib. Olay Almaniya mediasında da maraqla qarşılanıb. Mediada həmyerlimizin pulu qaytarmamaq səlahiyyəti olduğu halda, atdığı bu addım alqışlanıb.

Qeyd edək ki, əslən Ağdamdan olan iş adamının adı bizə məlum olsa da, bəzi səbəblərdən açıqlanmır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1844   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20 aprel
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21 aprel
.

Pişiyin yaşadığı evdə bu 3 şeyi etməyin: Peşman olacaqsınız

Pişiklər öz maraqları və macəra sevgisi ilə tanınırlar. Ətraflarını kəşf etməyi və oynamağı sevirlər. xarici KİV-ə istinadən xəbər verir ki, Buna baxmayaraq, əgər siz pişik sahibisinizsə tövsiyə edilməyən şeylərin mövcudluğundan xəbərdar olmalısınız. Gəmiriciləri saxlamayın. Əgər artıq daha bir pişiyini

20 aprel
.

Dünyanın əllə qazılan ən dərin quyusu: 390 metrdən çoxdur

İngiltərənin Şərqi Susseks qraflığında çox maraqlı yer var. Ora "Vudinqdin quyusu" adlanır. Hidravlik qurğu "Nuffild" tibb müəssisəsinin həyətində yerləşir. xarici KİV-ə istinadən xəbər verir ki, quyunun dərinliyi 391,6 metrdir. Dünyada əllə qazılan bu qədər dərin başqa quyu yoxdur

23 aprel
.

Məşhur psixoloji test: Ən böyük qorxunuzun nə olduğunu öyrənin

"Girməkdən qorxduğunuz hər mağarada axtardığınız bir şey var", - Cozef Kempbell deyib. Qorxularımız tez-tez irəliləməyimizə, özümüzü yetərli və xoşbəxt hiss etməyimizə mane olan maneələr yaradır. -ın xarici mediaya istinadən xəbərinə görə, tədqiqatçı və yazıçı Cozef Kempbell inanırdı ki, qorxularınız

21 aprel
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21 aprel
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21 aprel
.

Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq?

Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib. O, bu planları barədə -ya müsahibəsində deyib. "Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdi

27 aprel