Məmur qardaşı qızına sataşan oğlana qarşı DƏHŞƏTLİ ƏMƏL - "Atlant" istirahət mərkəzində ŞOK

Məmur qardaşı qızına sataşan oğlana qarşı DƏHŞƏTLİ ƏMƏL - "Atlant" istirahət mərkəzində ŞOKQaradağ rayonunda dostunu qətlə yetirməkdə təqsirli bilinən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisədən bir neçə gün əvvəl Amal Zülfüqarov Xaçmazda "Atlant" istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb.

Daha sonra Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib.

Bu səbəbdən Amal Zülfüqarov ötən il avqustun 15-də Qaradağ rayonu, Qobustan qəsəbəsində kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşan Amal onun boyun və sinə nahiyəsinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.

Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq əlindən bıçağı almaq istəyiblər. Amma onlara da bıçaq zərbəsi endirərək, yenidən Qismətə hücum edib.

Amal Zülfüqarov Qismətin ürək, boğaz, sinə və qarın nahiyəsinə ümumilikdə 35 bıçaq zərbəsi endirib.

Amal Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Amal Zülfüqarov özünü qismən təqsirli bilib. O, qeyd edib ki, xuliqanlıq niyyəti ilə adam öldürüb.

Amal Zülfüqarovun sözlərinə görə, qətlə yetirdiyi Qismətlə dost olublar: "Hadisədən bir neçə gün əvvəl Qismət və daha iki dostu məni yerimdən götürərək, birlikdə "Atlant" istirahət mərkəzinə getdik. Bu zaman Qismətin mənə qarşı münasibətinin tam dəyişdiyinin şahidi oldum".

Təqsirləndirilən şəxs deyib ki, Qismət yolda ona qarşı fərqli şəkildə davrandığını görüb: "Sözümü kəsirdilər, bəzən də məni danışdırmırdılar. Qismət də qayıtdı ki, bir nəfərin bacısı ilə yazışıram, bilsələr, başıma sıxacaqlar. Mənim də ürəyimə xal düşdü".

Amal Zülfüqarov qeyd edib ki, istirahət mərkəzində olan zaman Qismət ona tərs-tərs baxıb: "Qismətdən bu hərəkətlərinin səbəbini soruşdum. Bildirdi ki, yaxşı edirəm. Mən də uşaqlardan da səbəbini soruşdum. Onlar da heç nə demədi. Artıq mən də əsəbiləşməyə başladım".

Təqsirləndirilən şəxs deyib ki, məsələni araşdırmaq üçün bir neçə dəfə Qismətlə danışmaq istəyib, amma ona tapa bilməyib.

Amal Zülfüqarovun ifadəsinə görə, bir dəfə Qismətlə rastlaşıb: "Həmin vaxt Qismət mənə dedi ki, get, evdə qazı aç, özünü öldür. Mən də səbəbini soruşdum. Dedi ki, hamının içində deyəcəm. Mən ona dedim ki, səninlə qardaş kimi olmuşam, amma mənə qarşı nəsə söhbət olsa, səni öldürərəm. Hamının içində də bunu dedim".

Amal Zülfüqarov əlavə edib ki, növbəti dəfə Qobustan qəsəbəsində kafedə Qismətlə görüşüb: "Həmin sözü orada demək istədiyini söylədi. Amma orada olan Nicat Qismətə dedi ki, söhbəti açma. Bu hərəkət məni daha da əsəbiləşdirdi".

Amal Zülfüqarov daha sonra ifadəsində kafedə baş verən davalarından danışıb. O bildirib ki, hadisə zamanı bıçaqladığı Haldun və Tələtlə dost olub: "Onlarla Çörək kəsmişəm, onlara zərbə endirməmişəm. Ola bilər ki, onlar məni aralayanda bıçaq zərbəsi dəyib".

Cinayəti törədən Amal Zülfüqarov Azərbaycan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3991   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel