"Anamın hiyləsini anladım, Allaha yalvarıram ki..." - Kamilə Babayeva HƏR ŞEYİ ETİRAF ETDİ

"Anamın hiyləsini anladım, Allaha yalvarıram ki..." - Kamilə Babayeva HƏR ŞEYİ ETİRAF ETDİBu dəfə Publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarını tanınmış aparıcı Kamilə Babayeva tamamlayıb.

Sevilən aparıcının fikirlərini təqdim edirik:

- İndiki ağlım olsaydı...

- İndiki ağlım olsaydı, hansısa səhvi etməzdim deyə düşünmürəm. Səhvim yoxdur, mükəmməl insanam. Bu, ətrafda olan dostlarımın və ailəmin fikri sayəsində formalaşıb. Oxucular ciddi qəbul edə bilər, təbii ki, zarafat edirəm (Gülür).

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Əzəldən yaratmazdım.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Bilmirəm, bəlkə kişi olsaydım, cavab verərdim.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Birinci növbədə özün özünü sevməlisən.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Məndən yaşımı niyə gizlətdiyimi soruşsanız, deyərəm ki, anam icazə vermir. Bir müddət belə oldu, sonra anladım ki, anam istəmir ki, onun yaşını bilsinlər. Bu səbəbdən də mənə şərt qoymuşdu. Amma onun hiyləsini anladım. Hərənin öz motivasiyası var.

- Qadına qarşı şiddət...

- Belə xəbərlər eşidəndə üzülürəm, özümü pis hiss edirəm.

- Təəssüf edirəm ki...

- Ümumiyyətlə, təəssüf etməyi sevmirəm. Kaş ki, olardı, kaş ki, yaşayardım demirəm. Çünki bunu zəiflik əlaməti kimi qəbul edirəm. Lap peşman olsam da, özümə bunu etiraf etməyi xoşlamıram.

- Vanqa nənə ilə görüşsəydim...

- Vallah Vanqadan çox bilirəm, deyirlər ki, 6-cı hissim güclüdür. Hətta yaxınlarıma bu barədə məsləhətlər də verirəm.

- Küsülü olduğum insana demək istəyirəm ki…

- İnanırsınız ki, küsülü olduğum insan yoxdur. Bir nəfər məndən küsmüşdü, onunla da bu yaxınlarda barışdım, ürəyim yerinə gəldi. Sevmədiyim insanlar var, çalışıram ki, onlarla ünsiyyət qurmayım.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Bu, insandan, onun həyata olan baxışlarından və fəlsəfəsindən asılıdır. Bəlkə də kimsə bunu lənət kimi qəbul etmir.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Hər halımdan bilinir. Özüm danışmasam da, bədən dilim danışacaq. Bədən dilimi birtəhər susdursam, gözlərim danışacaq. Nə cürsə, bildirəcəm ki, qarşı tərəfin dediklərində boşluq var.

- Dostluq...

- Müqəddəsdir. Çünki dost sarıdan çox yarımışam və xoşbəxtəm ki, ətrafımda gözəl insanlar var.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Məncə, insanlar özləri-özlərini qeyri-bərabər hesab edir. Hamı dünyaya eyni cür gəlir və eyni cür də dünyadan köçür. Aradakı məsafədə kimlərsə gücsüzləşir, kimlərsə də, əksinə.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Çox qəliz məsələdir. İnsanlar sevgi dolu olarsa, onda dünyanın gələcəyi də parlaq olacaq. Əfsuslar olsun ki, sevgi azalıb.

- Günahlarım yadıma düşəndə...

- Bir var ki, həyatını istədiyin kimi yaşayırsan və günahların üst-üstə yığılmağa başlayır. Mən belə deyiləm, hər addımımı analiz edirəm, balaca bir günahım olanda həmin dəqiqə üzrxahlıq edirəm. Bəzən kiməsə sevgimi ötürmürəm, kiməsə kinlə yanaşıram, kiməsə təkəbbür göstərirəm, amma sonra başa düşürəm ki, bunların hamısı çox əhəmiyyətsizdir, dünya fanidir... Onda Allaha yalvarıram ki, günahlarımdan keçsin.

Kin və nifrətdən uzaq olmaq çətindir, amma pislər öz əməlindən dönmədiyi təqdirdə mən niyə öz yaxşılığımdan qalım?

- Həyat yoldaşıma və qızıma ən çox onu məsləhət görürəm ki…

- Həyat yoldaşım və qızım o qədər nümunəvi insanlardır ki, mən onlardan məsləhət istəyirəm. Onların dəstəyinə mənim daha çox ehtiyac var.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Yox, heç vaxt itirməmişəm.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- Azadlığı sevdiyimdən məhdudiyyət qoymağı sevmirəm, belə bir iddiam yoxdur. Hər kəs özü öz üzərində işləməli və nəyisə özü-özünə icazə verib-verməməyi öyrənməlidir. Əgər bunu uşaqlıqdan ona öyrətməyiblərsə, ya da həyatdan bir nəticə çıxara bilməyibsə, mənim sözlərimin onun üçün əhəmiyyəti yoxdur. Onsuz da ürəyi istədiyini edəcək.

- O zaman düşünmədən riskə gedirəm ki...

- 100 faiz əmin olanda ki, bu işi çox istəyirəm və o mənim olmalıdır, bax, onda riskə gedirəm. Çünki getdiyim yolun başında işıq görürəm və bilirəm ki, o işıq məni uğura aparacaq. Amma bu, çox nadir olur.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Problemlərin öhdəsindən özüm tək gələ bilməzdim, dostlarımın böyük sevgisi nəticəsində bunu bacarıram. Onlar o qədər dəstək olurlar ki, özümü çıxılmaz vəziyyətdə hiss edəndə onların sevgisi mənə güc verir. Dostlarımın sədaqətinin qarşısında baş əyirəm. 25 il dostluq etdiyim insanlar var. Bu, onu göstərir ki, mən də yaxşı dost ola bilmişəm.

- Yaxşı gündə, pis gündə...

- Yaxşı gündə, pis gündə sevgimizi bir-birimizdən əsirgəməyək. İçimizdə balaca sevgi qığılcımı saxlayaq ki, ağır gündə onu yanımızdakına ötürə bilək.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı oldu.

- Minnətdaram.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3729   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

2 may
.

SON DƏQİQƏ! Əməkdar artist vəfat etdi

Rusiyanın əməkdar artisti Qalina Davydova 49 yaşında vəfat edib. -a istinadla xəbər verir ki, aktrisanın ölümü ilə bağlı onun işlədiyi Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) saytında məlumat verilib. Rusiya Federasiyasının əməkdar artistinin ölüm səbəbi göstərilmir. Davydova 1975-ci ildə anadan olub

5 may
.

"Toppuş bacı"nın həyat yoldaşı yenidən ailə qurur?

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın ( Toppuş bacı) həyat yoldaşı Röyal bəyin yenidən ailə qurmağa hazırlaşdığı iddia edilib. OLAY yazır ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Aktrisanın həyat yoldaşı onun öz səhifəsində açıqlama yayaraq xəbəri yalanlayıb:. "Biz ailə quranda

4 may
.

"Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm..."

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyin

4 may
.

Mehmet Ali Erbilin özündən 40 yaş kiçik sevgilisi ilə VİDEOsu gündəm oldu

Məşhur aparıcı və şoumen Mehmet Ali Erbilin özündən 40 yaş kiçik sevgilisi maraqlı açıqlama verib. xəbər verir ki, Gülseren Ceylanla məşhurla yenidən barışdığı üçün xoşbəxt olduğunu bildirib. 26 yaşlı gənc qız Mehmet Ali ilə birgə sosial hesabından açdığı canlı yayımda keçmiş sevgi münasibətlərində

4 may
.

78 yaşlı Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR

Məşhur aktrisa Türkan Şorayın səhhətində problem yaranıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa "Kipr şəhidlərinin anım mərasimi və veteranlarla görüş" adlı mərasimə qatılacaqdı. Lakin o səhhətində yaranan problem səbəbi ilə bu səfərini ləğv edib. Aprelin 30-da aktrisaya pnevmaniy

7 may
.

Namiq Qaraçuxurlu qızı ilə bağlı bu suala cavab verə bilmədi - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində qızından söz açıb. Aparıcı Zaur Baxşəliyevin "Qızının neçə yaşı var?" sualına N.Qaraçuxurlunun cavabı belə olub:

5 may
.

Aşıq Əli: "Dərmanlardan sonra kökəldim"

"Uşaqlıqda xəstə olmuşam. Dərmanlardan sonra kökəldim". xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu verilişlərin birində deyib. Artıq çəkisindən danışan sənətçi buna keçirdiyi xəstəliyin səbəb olduğunu deyib. O bildirib ki, uşaqlıqda xəstə olub və o zaman qəbul etdiyi dərmanlardan sonr

5 may
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. "Ölkə.az" xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayara

3 may