"Gördüm "Allah-Allah" deyir, əzab çəkir, boğub öldürdüm" - DƏHŞƏTLİ ETİRAF

"Gördüm "Allah-Allah" deyir, əzab çəkir, boğub öldürdüm" - DƏHŞƏTLİ ETİRAFBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə ittiham olunan 23 yaşlı Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, A.Zülfüqarov dostu Qismət Məmmədlinin onun xaricdə yaşayan bacısı ilə danışmasından şübhələndiyinə görə onu öldürmək qərarına gəlib. Ötən ilin avqust ayında Qobustanda kafedə domino oynayarkən arxadan Qismətə yaxınlaşaraq ona bıçaq zərbələri endirib. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə ona mane olmağa çalışdıqda A.Zülfüqarov onları da bıçaqla vurub. Sonra isə Q.Məmmədlini boğaraq öldürüb.

"Gördüm "Allah-Allah" deyir, əzab çəkir, boğub öldürdüm" - DƏHŞƏTLİ ETİRAFA.Zülfüqarov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində Qismətlə yaxın dost olduqlarını, son vaxtlar dostunun ona qarşı münasibətlərində müəyyən dəyişikliklər yarandığını göstərib: "Birlikdə "Atlant" istirahət mərkəzinə getmişdik. Mənə qarşı fərqli davranırdı, tərs-tərs baxırdı. Səbəbini soruşanda söyürdü. Uşaqlardan səbəbini soruşdum, demədilər".

Dostunun səhvini bağışlaya bilmədiyini deyən A.Zülfüqarov çıxış yolunu onu öldürməkdə görüb: "Növbəti dəfə "Qobustan" kafesində görüşdük. Arxadan ona yaxınlaşdım. Qalxmaq istəyəndə çiynindən tutdum, bıçaqla sinəsindən vurdum. Mən Haldunla, Tələtlə dost olmuşam, çörək kəsmişəm, onları vurmamışam. Ola bilər ki, məni aralayanda bıçaq onlara dəyib. Qismətlə çox yaxın dost olmuşuq. Amma bu səhvi bağışlaya bilmirdim. Bıçağı vuranda gördüm ki, xırıldayır. Dedim ki, ölürsən, kəlimeyi-şəhadətini de. Gördüm ki, "Allah-Allah" deyir, əzab çəkməsin deyə boğub öldürdüm. Çünki o, əzab çəkdikcə, mən də əzab çəkirdim".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2868   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərb

3 may
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

1 may
.

Xəzər rayonunda avtoqəza: Xəsarət alan var

Bakının Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 23 yaşlı gənc yaralanıb. "Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Şamil Məmməd oğlu Babaşzadə xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağl

4 may
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

4 may
.

Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb

Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb. "Report" xəbər verir ki, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib. Faktla bağlı araşdırm

2 may
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

4 may
.

9 maşının əzildiyi qəza anı - Video

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gecə Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş vermis ağır qəzanın görüntülərini yayıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdən sürət yarışına çıxmış avtomobillərin idarəetmədən çıxaraq qəza törətdiyi və ümumilikdə 9 maşına ciddi ziya

30 aprel
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28 aprel
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

5 may