Hacıbala Abutalıbovun yerinə Bakı meri bu şəxs gətirilir - Nazirin qudasıdır

Hacıbala Abutalıbovun yerinə Bakı meri bu şəxs gətirilir - Nazirin qudasıdırXəbər verildiyi kimi Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla baş nazirin müavini vəzifəsinə təyin olunub.

Ölkənin bir nömrəli şəhərinin - paytaxtının yeni merinin kim olacağı ilə bağlı sualın cavabı da böyük maraq doğrurur.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu posta Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Bayramov Niyazi Müzəffər oğlunun təyin olunması gözlənilir.

Bu barədə Qaynarinfo-nu bilgiləndirən mənbənin sözlərinə görə, sabiq Gənclər və İdman naziri Azad Rəhimovun qudası olan Niyazi Bayramovun bu vəzifəyə gətirilməsinin bir çox səbəbləri var. Azad Rəhimovun isə səhhəti ilə əlaqədar olaraq istirahətə göndərildiyi bildirilir.

DOSYE:

Niyazi Bayramov 1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.

Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb.

1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.

1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14.04.2012-ci il tarixli 2173 nömrəli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qarabağ müharibəsi iştirakçısıdır.

Ailəlidir. 2 övladı var.
Hacıbala Abutalıbovun yerinə Bakı meri bu şəxs gətirilir - Nazirin qudasıdır


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8945   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda bu zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. -a istinadla xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağına ASC-nin ləğvi, bununla bağlı İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətin

27 aprel
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28 aprel
.

ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik

Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsind

28 aprel
.

ƏHALİNİN NƏZƏRİNƏ! Tibbi arayışlarla bağlı YENİLİK, mayın 1-dən...

"Beynəlxalq təcrübə göstərir ki, arayışların əldə edilməsi üçün tələb olunan tibbi xidmətlər tibbi göstəriş əsasında olmadığı və profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil edilmir. Bu baxımdan, sürücülük vəsiqəsi əldə etmək üçün arayış, sağlamlıq haqqında tibbi arayışlar

28 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normadan yüksə

27 aprel
.

İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə gör

27 aprel
.

Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə məşhur aparıcını günahlandırdı

Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatını məşhur aparıcı ilə əlaqələndirib. xəbər verir ki, sənətçi qonaq olduğu teleproqramda ad çəkməsə də, bir aparıcını ittiham edib. "Mən elə insanam ki, nə varsa, onu da deyəcəyəm. O Cavanşirə böyük dərd verdi. Fırıldaqçı türk vard

27 aprel
.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

28 aprel
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28 aprel