Sabiq nazirlərdən hökumətdəki dəyişikliklərə REAKSİYA: "Onu yaxşı tanıyıram"

Sabiq nazirlərdən hökumətdəki dəyişikliklərə REAKSİYA: "Onu yaxşı tanıyıram"Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Yeni Baş nazir Novruz Məmmədov təyin olunub. Yeni hökumətdə bəzi gözlənilməz təyinatlar var.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Rafiq oğlu Babayev təyin edilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun yerinə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təyinat alıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yerinə Milli Məclisin deputatı Rövşən Rzayev gətirilib.

Bu təyinatlara cəmiyyətdə müxtəlif reaksiyalar müşahidə olunur. Bəs sabiq nazirlər, vaxtilə yüksək strukturlarda çalışanlar prezidentin struktur islahatlarını necə qiymətləndirirlər?

Sonxeber.az xəbər verir ki, Milli Məclisin keçmiş deputatı Elton Məmmədov Modern.az saytına açıqlamasında qardaşının - keçmiş nazir Ziya Məmmədovun Nazirlər Kabinetinin tərkibinin dəyişdirilməsinə münasibətindən danışıb.

"Ziya müəllim də, mən də İlham Əliyevi növbəti 7 il üçün prezident seçilməsi münasibətilə təbrik edirik. Bütövlükdə həm də Azərbaycan xalqını təbrik edirəm. Nazirlər Kabinetində aparılan dəyişikliklərlə onu deyə bilərəm ki, cənab prezident güman ki, hər bir təyinatı süzgəcdən keçirərək, vəzifələrə təyinat edib. Bu, çox yaxşı haldır. Ümumiyyətlə, islahatlar zamanı gedən modernləşmə uğurlu inkişafın göstəricisidir. Aparılan islahatlar hər halda davam etdiriləcək. Ölkə rəhbərinin strategiyasına uyğun olaraq bu işlər aparılır və təqdirəlayiqdir. Ziya müəllim də, mən də bu məsələdə eyni fikirdəyik".

Keçmiş təhsil naziri Misir Mərdanov yeni təyinatlarla olan tanışlığından da söz açıb.

"Prezidentin bu dəyişikliklərini yüksək qiymətləndirirəm. Yeni təyin olunanların hamısını çox yaxşı tanıyıram və hər birini təbrik edirəm. Yeni kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimovu çox yaxşı tanıyıram. Qabiliyyətli insandır. ASAN xidmətə rəhbərlik edib. Yüksək tərbiyəyə və biliyə malik biridir. Bundan sonrası ancaq cənab prezidentin etimadını doğrultmalıdır.

Rövşən Rzayevi də çox yaxşı tanıyıram. Vətənpərvər insandır. Milli Məclisdə təmsil olunurdu. Bundan sonra isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri kimi fəaliyyət göstərəcək. Ümumiyyətlə, ölkədə aparılan bütün struktur dəyişiklikəri çox yüksək dəyərləndirirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3161   Tarix: 23 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel