İlham Əliyevdən hakimiyyətdə 30 faizlik dəyişiklik - Kadr arxasınca

İlham Əliyevdən hakimiyyətdə 30 faizlik dəyişiklik - Kadr arxasıncaÖlkədə keçirilən prezident seçkilərindən sonra iqtidar öz komandasında ciddi dəyişikliklərə getdi. Belə ki, 1996-cı ildən bəri ölkənin baş naziri postunu tutan Artur Rasizadə yola salındı, onun yerinə isə bu günə kimi Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsini icra etmiş Novruz Məmmədov təyin olundu.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni hökumətdə dəyişikliklər bununla kifayətlənmədi, əksinə bu, baş tutacaq yeniliklərin carçısı oldu. İqtidar gözlənilməz addımlar ataraq hökumətdə radikal sayılabiləcək dəyişikliklərə getdi.

Belə ki, birdən-birə hökumətdə baş nazirdən əlavə 4 nazir, 4 komitə sədri postu, eyni zamanda Dövlət Miqrasiya Xidməti və Turizm Agentliyi kimi vacib strukturlarda sədr dəyişiklikləri oldu. Ölkədəki bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırması baxımından uğurlu sayılan "ASAN" xidmət modelinə isə bu yaxınlarda təyinat olacağı gözlənilir.

Məlumat üçün bildirək ki, xidmətin fəaliyyəti hər zaman ölkə prezidenti tərəfindən bəyənilib və görülən işlər digər dövlət strukturlarına örnək olaraq göstərilib. Odur ki, xidmətin sabiq rəhbəri İnam Kərimovun da gördüyü işlər prezident tərəfindən yüksək qiymətləndirilərək Kənd təsərrüfatı naziri postu ona həvalə olunub.

Ümumilikdə götürdükdə isə baş verən dəyişiklikləri islahat paketi adlandırmaq olar. Xüsusi olaraq qeyd etmək lazımdır ki, dəyişikliklər ən çox tənqid olunan sahələrdə baş verib. Uzun illərdir ki, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən problemlər, əsasən də insanlara süni yollarla əlillik dərəcəsi, pensiya kartlarının verilməsi, bu sahədəki rüşvət və korrupsiya əməlləri ciddi tənqid olunurdu. Son seçkilərə təbliğat və təşviqat kampaniyası zamanı namizədlər tərəfindən ən çox tənqid olunan sahələrdən biri də kənd təsərrüfatı idi. Prezident İlham Əliyev də öz çıxışında namizədlər tərəfindəm səsləndirilən tənqidlərin nəzərə alındığını və seçkilərdən sonra müəyyən dəyişikliklərin aparılacağını bildirmişdi.

Bu səbəbdən də, dəyişiklik edilmiş strukturlar arasında yuxarıda adlarını çəkdiyimiz nazirliklərin olması da gözlənilən idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səlim Müslümovun yerinə Sahil Babayev, Kənd Təsərrüfatı Nazirliyində isə Heydər Əsədovun yerinə isə İnam Kərimov təyin olundu. Bundan başqa, prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hüseyn Bağırovu Muxtar Babayevlə əvəzləməklə yanaşı, 5 aydır ki, boş qalan Təhsil naziri postuna Ceyhun Bayramovu gətirdi. Onu da qeyd edək ki, aylardır nazir postuna təyinatın olmadığı üçün artıq nazirliyin ləğv olunaraq yeni bir strukturla əvəzlənəcəyi təəssüratını yaratmışdı.

Diaspor sahəsindəki vəziyyət isə daha acınacaqlı idi. Bildirdiyimiz ki, əksər diaspor təşkilatları pərəkəndə fəaliyyət göstərirdi. Xüsusilə də, Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması, Ukrayna və Avropa ölkələrində diasporlar arsında gedən qarşıdurmalar göz qabağında idi. Əsas işi xaricdə Azərbaycanın manafeyini qorumaq olan diaspor təşkilatları bir-birləri ilə mübarizə aparmaqla məşğul idi. Bu halda onların işlərini koordinasiya etməli olan Diasporla İş üzrə Dövlət Komitəsi səbəb kimi göstərilir, qrumun sədri Nazim İbrahimovun bu ziddiyyətlərin mərkəzində dayanan bir faktor olduğu vurğulanırdı. Məhz bu sahələrə yeni, özü də adı rüşvət və korrupsiyada hallanmayan gənclərin təyinatı xüsusi diqqət kəsb edir.

Uzun illərdən bəri Azərbacanda tənqid olunan məsələlərdən biri də vacib strukturlarda gəncləşmə problemi idi. Odur ki, bu dəfəki islahatlarda təyinatların əksəriyyətinin gənc və innovativ kadrlardan təşkil olunması diqqət çəkən məqamdır. Gözlənilir ki, yaxın zamanlarda boş qalmış digər vəzifələrə də təyinatlar olunacaq.

Dünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də öz müsahibəsində dövlət başçısının son təyinatlarına münasibət bildirən zaman dünyagörüşlü gənclərin önəmli postlara gətirilməsini önəmli faktor kimi qiymətləndirmişdi.

Son olaraq onu da qeyd edək ki, hakimiyyətdə xeyli yeni təyinat olsa da, hazırda Nazirlər Kabinetində boş qalan yerlər də var. Belə ki, Nazirlər Kabinetinin tərkibinə 16-sı nazirlik olmaqla 42 dövlət strukturu daxildir. Hazırda isə bu stukturlardan baş nazir, baş nazirin müavini, 4 nazir, 4 komitə və iki xidmət agentliyi sədri postuna təyinat olub. Ümumilikdə isə Nazirlər Kabinetində baş tutan 12 struktur dəyişikliyini nəzərə alsaq, onda yeni hökumətin 29%-nin dəyişdiyini görə bilərik.

Bundan başqa, Baş nazirin müavinləri Elçin Əfəndiyev və Abid Şərifov da kabinetdəki vəzifələrini itiriblər. Onlardan birinin yerinə Bakı meri Hacıbala Abutalıbov təyinat alıb. İki baş nazir müavini vəzifəsi isə hələ ki boş qalıb.

Bu məqamda bildirək ki, yaxın günlərdə Bakı İcra hakimiyyətinə təyinat olacağı gözlənilir ki, bu da hökumətdə strateji postlardan biri sayılır.

Son təyinatlar, təqdimat və yolasalınma mərsimləri Azərbaycanda bir yeni siyasi yanaşmanın ənənəsinin qoyulduğunu göstərir. İndiyə qədər vəzifədən çıxarılan məmurlar barəsində müxtəlif ittihamlar səsləndirilir, onlar qanun pozuntularında ittiham olunurdular. Bu dəfə isə maraqlı bir prosesin şahidi olduq. Belə ki, yola salınan qrumların rəhbərləri son olaraq kollektivlərlə görüşdü, hətta yeni təyin olunmuş şəxslərin təqdimatlarında iştirak edərək öz sələflərinə uğurlar arzuladlılar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1809   Tarix: 24 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel