Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb - FOTOLAR

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Sonxeber.az-ın trend-ə istinadən məlumatına görə, halqa ilə fərdi yarışlarda ilk yeri Mariya Sergeyeva (Rusiya), ikinci Katerina Qalkina (Belarus), üçüncü yeri isə Laura Zenq (ABŞ) tutub.

Topla hərəkətlərin yekunu üzrə Yekaterina Seleznyova qızıl, M.Sergeyeva (hər ikisi Rusiya) gümüş, Kaho Minaqava (Yaponiya) bürünc medala sahib olub.

Gürzlərlə hərəkətlərdə ukraynalı Vlada Nikolçenko hamıdan üstün olub. Bolqar Boryana Kaleyn ikinci, rusiyalı M.Sergeyeva isə üçüncü yeri tutub.

Lentlə tapşırıqlarda qələbəni də M.Sergeyeva qeyd edib. Gümüş Katrin Tasevaya, bürünc medal V.Nikolçenkoya qismət olub.

Qaliblərə və mükafatçılara medalları Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov, Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov, Yarışların Təşkilat Komitəsinin üzvü Kamran Ramazanov və Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev təqdim edib.

Həmçinin Beynəlxalq Gimnastika Federasiyasının (FIG) cari ildə Dünya Kuboku mərhələlərində göstərilmiş üç ən yaxşı nəticəyə görə kuboku sahiblərini tapıb. Halqa ilə hərəkətlərdə kubok B.Kaleynə, topla - Y.Seleznyovaya, gürzlərlə hərəkətlərdə isə K.Tasevaya verilib.

Mükafatları FIG-nin texniki nümayəndəsi Kerolayn Hant təqdim edib.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb - FOTOLARBakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb - FOTOLARBakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb - FOTOLARBakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb - FOTOLARBakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb - FOTOLARBakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb - FOTOLARBakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb - FOTOLARBakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb - FOTOLARBakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 755   Tarix: 29 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FIFA Ronaldunun komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub

FIFA portuqaliyalı hücumçu Kriştianu Ronaldunun da formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub. "Report" "Arriyaditah" nəşrinə istinadən xəbər verir ki, buna ispaniyalı futbolçu Emerik Laportanın transfer

20 dekabr
.

İkardi "Qalatasaray"dan gedir?

"Qalatasaray"ın oyunçusu Mauro İkardi karyerasını İtaliyanın "Milan" klubunda davam etdirə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə italyan mətbuatı yazıb. Bildirilib ki, 32 yaşlı hücumçu İstanbul klubundan ayrılmaq niyyətindədir. Buna səbəb onun bu yaxınlarda star

13 dekabr
.

"Qarabağ" ötən il qazandığından çox xərcləyib

Azərbaycan Premyer Liqasında iştirak edən klubların 2024-cü ildə əldə etdiyi gəlirlər və xərcləri müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub. Ötən il ən çox gəlir əldə edən də, xərcləyən klub da "Qarabağ"

17 dekabr
.

Braziliya klubu "Qarabağ"ın futbolçusunu almaqda İSRARLIDIR: İkinci təklif göndərildi

Braziliyanın "Botafoqo" futbol klubu "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilə imzalamaq üçün ikinci dəfə rəsmi təklif göndərib. xəbər verir ki, məlumatı "Globo" nəşri yayıb. Təklifin formatı dəyişməyib (satın almaq hüququ ilə icarə), lakin bu dəfə Rio-de-Janeyr

20 dekabr
.

"Qarabağ" azarkeşlərinə görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. "Qafqazinfo" PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. "Turan Tovuz" - "Sabah" oyununda "Sabah"dan 7 nəfər sarı vərəq

16 dekabr
.

Azərbaycan idmanında ağır itki

Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası İqor Leksutov bu gün 82 yaşında vəfat edib. O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb. İqor Leksutov 40 ilə yaxın məşqçilik fəaliyyət

19 dekabr
.

"Qalatasaray"dan gecə yarısı İkardi AÇIQLAMASI

"Qalatasaray"ın baş katibi Eray Yazqan, ayrılacağı ilə bağlı şayiələrin mövzusu olan Mauro İkardi üçün qəti bir açıqlama verib. -ın Türkiyə KİV-nə istnadla xəbərinə görə, Yazqan İkardinin "Qalatasaray"ın kapitanı və əvəzolunmaz oyunçusu olduğunu və argentinalı hücumçunun "sarı-qırmızılı"

17 dekabr
.

"Beşiktaş" dopinqə görə cəza alan futbolçunu transfer etmək istəyir

"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik qış transfer pəncərəsində klubunu dəyişə bilər. "Eagle Media"ya istinadən xəbər verir ki, "Beşiktaş" futbolçuya ciddi maraq göstərir və onunla bağlı vəziyyəti diqqətlə izləyir. İstanbul klubunun rəhbərliyi yanvarda danışıqları aktivləşdirməy

13 dekabr
.

"Qarabağ" dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, "Qarabağ" hazırda 68-ci pillədədir. Buna səbəb isə onun 3 sıra geriləməsidir. Ölkə çempionunun aktivində 187.5 xal var. "Sabah" 276-c

11 dekabr