Oğlan uşağı gəlinciklə oynayırsa, onunla bu cür davranın - PSİXOLOQ VALİDEYNLƏRƏ SƏSLƏNDİ

Oğlan uşağı gəlinciklə oynayırsa, onunla bu cür davranın - PSİXOLOQ VALİDEYNLƏRƏ SƏSLƏNDİ- Ana, mənə kukla al...

5-6 yaşlarında bir oğlan uşağı deyirdi bu sözləri. Ana isə oğlunun bu "kiçik" istəyini tez yerinə yetirib, onu sevindirməyə tələsirdi...

Bu hadisəyə bir oyuncaq mağazasında şahid oldum və marağımı boğa bilməyib, həmin valideyndən oğluna nə üçün maşın deyil, gəlincik aldığını soruşdum. O isə "kukla da oyuncaqdı. Oğlum onunla oynamaq istəyirsə, burada qəribə nə var ki?", - deyə gülərək uzaqlaşdı...

Uşağın oğlan, yoxsa qız olmasını təyin etmək olmur...

İctimaiyyət arasında bu kimi hallara vaxtaşırı rast gəlirik. Müşahidə edirsən ki, bəzi valideynlər azyaşlı oğlan uşaqları ilə qəribə rəftar edir, onun saçlarını qız kimi uzadır, elə geyindirirlər ki, həmin uşağın oğlan olduğunu qəti şəkildə müəyyən etmək mümkün olmur. Elə ailələr var ki, oğlan övladı yox, qız istəyirlər. Əgər arzularının əksinə, oğlan övladları doğulursa, onunla qız kimi rəftar edir, saçlarını uzadır, qız kimi geyindirirlər. Bəzi valideynlər üçün isə bu kimi davranışlar tamamilə əyləncə xarakteri daşıyır. Yəni bunu zarafat xatirinə edirlər və uşaqları ilə əylənirlər.

Belə hallar isə ictimaiyyət arasında birmənalı qarşılanmır. Maraqlıdır ki, fikrini dinlədiyimiz yaşlı insanlar məsələyə tamamilə mənfi, nisbətən gənc yaşda olanlar isə bir az loyal yanaşır, bu cür davranışların uşaqların psixologiyasına heç bir mənfi təsiri olmayacağını düşünürlər. Birinci qrupun fikrincə, ailədə oğlan uşaqlarının təlim-tərbiyəsinə ciddi diqqət yetirilməlidir. Hələ bir də müharibə şəraitində olan bir ölkədə yaşayırıqsa, oğlan uşaqlarımıza qız kimi bəzənmək deyil, kişi kimi vuruşmağı öyrənmək yaraşır.

Düşünür ki, bu, ananın əyləncəsidir

BiG.AZ bildirir ki, mövzu ilə bağlı ailem.az-a danışan psixoloq Vəfa Əkbər ailələrimizdə rast gəlinən bu cür davranışların psixoloji məqamlarına aydınlıq gətirdi. Bildirdi ki, uşaqların tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki hər bir şeyin təməli, məhz uşaqlıqdan qoyulur: "Ümumiyyətlə, bütün valideynləri bu sual narahat edir - biz övladımıza necə yanaşaq ki, gələcəkdə cinsiyyət seçimi qarşısında qalmasın və sağlam bir həyat sürsün? Məsələ burasındadır ki, oyuncaq seçimi və ya uşağın rəng seçimi onun daha sosial, daha sevincli böyüməsinə sadəcə təkan verir. Hansı oyuncaqla oynaması isə onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir göstərə bilər. Bəzən valideynlər çox narahat olur ki, oğlanlar anasının kosmetik əşyalarından istifadə etməyə meyl edirlər. Tutaq ki, evdə balaca qız uşağı varsa, onun gəlinciyindən, yoxdursa, getdikləri mağazalarda gəlinciklə oynamağa meyl edir. Əslində uşaq başa düşmür ki, kosmetik vasitələr, gəlincik nə üçündür. Düşünür ki, bu, ananın əyləncəsidir, ananın oyuncağıdır. Bu zaman uşağı sadəcə başa salmaq lazımdır. Qadağa qoymaq lazım deyil. Nəyisə başa saldıqda isə demək lazımdır ki, bu, bəzək əşyasıdır, bundan qadınlar istifadə edir. Kişilər isə saat, qalstuk aksessuarlar taxır. Deyir ki, sən də böyüyəndə atan kimi bu aksessuarlardan istifadə edəcəksən".

Qadağan olunan meyvə şirin olur ...

V. Əkbərin sözlərinə görə, valideyn oğlunu doğru tərbiyə edərsə, təbii ki, çox problemlə rastlaşmayacaq: "Əgər oğlan uşağı gəlinciklərə meyl edirsə və valideyn bunu qadağan edirsə, qışqıraraq, bağıraraq onu qorxudur və ya qadağa qoyaraq reaksiya verirsə, uşaq daha çox o şeylərə meyl edəcək. Çünki qadağan olunan meyvə həmişə şirin olur. Əksinə, bu enerjini başqa bir şeyə sərf edə bilərik. Hazırda elə bir dövrdəyik ki, oğlanlar üçün də oyuncaq seçimi boldur. Hansısa bir cizgi filminin qəhrəmanları var kukla formasında, onlar alına bilər. Əgər uşağın həvəsi varsa ona, o həvəsi ötürmək lazımdır. Səhv enerji yanlış bir seçimə gətirib çıxarır".

Uşaqda öz cinsinə qarşı nifrət yaranacaq

Mütəxəssis vurğulayır ki, ümumiyyətlə, valideyn diqqətli, müşahidəçi olmalıdır, uşağında baş verən dəyişiklikləri dərhal bilməlidir: "Valideyni nəsə narahat edirsə, mütləq özü müdaxilə etmədən bir psixoloqa müraciət etməlidir. Əgər oğlan uşağının qız oyuncaqlarına, boyalara aşırı dərəcədə marağı varsa, bunun da kökündə bir qadağa yatır. Buna görə də psixoloqa müraciət etmək lazımdır və bundan qorxmaq lazım deyil. Əgər uşaqda hansısa hormonal problemlər başlayıbsa, tutaq ki, ailədə hansısa problemlər var, ana döyülən, ya ataya xəyanət edəndirsə, bununla yanaşı ata daim əzilmiş formadadır, evdə ata arxetipi yoxdursa, mütləq şəkildə o uşaqda öz cinsinə qarşı nifrət yaranacaq. Və o nifrət daha çox qadın əşyalarına, qadın olmağa meylə yönələcək. Başlayacaq o söhbətlərə qulaq asmağa, qeybət etməyə ki, bunlar valideyni narahat etməlidir. Bu zaman da mütəxəssisə müraciət edib, peşəkar yardım almaq mütləqdir".

Mütəxəssislərin fikrinə əsasən, yaşadığı mühit, düşdüyü şərait yetkin yaşda cinsi orientasiyanın dəyişməsinə səbəb ola bilir. Cəmiyyətdə gördüyü, rastlaşdığı mənfi nümunələr mütləq uşaq psixologiyasına təsir göstərir. Burada ailədaxili problemlər və ya hansısa ətraf psixofaktorun təsir nəticəsi də danılmazdır. Həmçinin uşaq yaşlarında ailədə yetərli sevgi, qayğı görməyən oğlan uşaqları daha çox biseksuallığa meylli olur.

Yuxarıda sadalanan neqativ halların qarşısını almaq üçün təlim-tərbiyə müəssisələrində uşaqların davranışlarına nəzarətin hansı formada qurulduğunu bilmək üçün pedaqoqların da fikrini öyrəndik.

"Uşaqlara oynadacağımız hər bir oyunu cinsə aid seçirik"

Bağçada tərbiyəçi müəllimə işləyən İlhamə Səfərova söylədi ki, bu xüsusda uşaqların davranışlarına ciddi fikir verilir: "Sevindirici haldır ki, bütün körpələrimiz öz həmcinslərinə xas şəkildə davranırlar. Təsadüfi hallarda olur ki, hansısa oğlan uşağı öz həmcinsləri ilə futbol oynamaqdansa qızlarla evcik oynamağa daha çox meyl edir. Uşaqlara oynadacağımız hər bir oyunu cinsə aid seçirik. Məsələn, qızlar kukla oyunu oynayırsa, oğlanlara inşaat materialları veririk. Eynilə nağıllarda, şeirlərdə, hər hansı bir səhnəciklərdə də mütləq bu balansı qoruyuruq. Həmin uşaq da fərqinə varmadan, zamanla mühitə uyğunlaşır və onda heç bir qeyri-adi davranış müşahidə olunmur".

Pedaqoq Dilarə İsmayılova isə söyləyir ki, məktəblərdə şagirdlərlə psixoloji söhbətlər aparılır: "Onlara narahat olduqları, maraqlandıqları bütün məsələlərdə köməklik göstərilir. Xüsusilə oğlan uşaqlarının öz orientasiyalarına uyğun davranmalarında hərbi dərslərin əhəmiyyətli yeri var".

Apardığımız kiçik araşdırmanın nəticəsi onu deməyə əsas verir ki, bu məsələ əslində nə qədər sadə görünsə də, bir o qədər qəlizdir. Əsas məsuliyyəti isə valideynlər daşıyır. İlk növbədə valideyn olaraq öz davranışlarımıza nəzarət etməliyik ki, böyütdüyümüz övladlar da insanlığa faydalı bir şəkildə yetişsin. Əbəs yerə deyilməyib ki, uşaq evin aynasıdır. Uşaq psixologiyası incə bir tel üzərində qurulub və azacıq düzgün olmayan təzyiq onun tamamilə sınıb dağılmasına səbəb olur. Bu səbəbdən oğlumuzu elə tərbiyə etməliyik ki, o, nə kobud, hissiyyatsız, quldur, qatil, nə də heç bir şeyə qadir olmayan şəxsiyyətsiz bir insana çevrilsin. O, sözün həqiqi mənasında kişi kimi olsun. İnsanlığı sevən, çətin məqamlarda lazımi qərar verməyi bacaran əsl kişi kimi...


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1060   Tarix: 30 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirniyyat sizi kökəldir?

Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır. Axşam.az xəbər verir ki, bəziləri gün ərzində şirniyyat yemədən dayana bilmirlər. Bu bəzən xəstəlik də ola bilir. Bunun üçün şirniyyat həvəsinin nədən yarandığını öyrənmək üçün əvvəlcə həkimə müraciət etməyiniz məsləhətdir. Əks halda şirniyya

9 dekabr
.

Miqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI

Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər. Həkimləri

7 dekabr
.

2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - Xəbərdarlıq

Uşaqlara öskürək siroplarını səbəbsiz yerə vermək təhlükəli ola bilər. xəbər verir ki, bu barədə rusiyalı pediatr Darya İvanova xəbərdarlıq edib. Onun sözlərinə görə xüsusilə bəlğəmi duruldan dərmanlar körpələr üçün ciddi risk yaradır. Bu dərmanlar bəlğəmin həcmini artırır və uşaq onu çətinliklə xari

30 noyabr
.

Qocalmanı sürətləndirən üç gündəlik vərdiş

Qocalmanı hissolunmaz şəkildə sürətləndirən üç gündəlik vərdiş açıqlanıb. bildirir ki, bu barədə "LEVITA" beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin həmtəsisçisi və məşqçi Kseniya Qufranova " nəşrinə müsahibəsində danışıb. Qufranovanın sözlərinə görə, qocalmanın əsas amili otura

30 noyabr
.

Qəhvə Altsheymer xəstəliyindən xilas edə bilər - Yeni ARAŞDIRMA

Bir qrup rusiyalı alim təbii pirokatexin antioksidantı əsasında Altsheymer xəstəliyinin müalicəsinə yaxşı təsir göstərən yeni molekullar aşkarlayıb. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası bildirib. Qeyd olunub ki, alimlər Altsheymer xəstəliyinin inkişafında vacib rol oynayan butirilxolinesterazanı

7 dekabr
.

Çox yeyənlər niyə gec doyur? - Səbəb açıqlandı

Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. Sürətli yemək vərdişi stress və narahatlığı artıra bilər. xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, bu vərdiş narahatlıq və stress hissini gücləndirir. Həkimin sözlərinə görə bağırsaq və beyin arasında sıx əlaq

6 dekabr
.

Çox addam ciddiyə almır - Ağır xəstəliklərin əlaməti ola bilər

Kəpəyin yaranması təkcə baş dərisinin qıcıqlanması və ya düzgün şampun seçimindəki səhvlərlə bağlı deyil. xəbər verir ki, bu problem bəzən orqanizmdə daha ciddi proseslərdən xəbər verə bilər. Bunu açıqlamasında rusiyalı dermatoveneroloq, dosent Marina Gureyeva deyib. Onun sözlərinə görə kəpəyin ən geni

30 noyabr
.

Sarımsaq əzməsini ziyilin üstünə vurun - Yox edəcək

Həkim uşaqlarda ziyillərdən xilas olmaq üçün hansı xalq üsullarının təhlükəsiz olduğunu açıqlayıb. xəbər verir ki, uşaqlarda ziyillərin müalicəsində bəzi xalq üsullarından istifadə oluna bilər, lakin bu metodlara yalnız dermatoloqla məsləhətləşdikdən sonra müraciət edilməlidir. Bunu tibb elmləri namizədi

30 noyabr
.

Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?

Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri

14 dekabr