Keçmiş döyüşçülər 25 ildən sonra Ağdamda görüşüblər

Keçmiş döyüşçülər 25 ildən sonra Ağdamda görüşüblərBirinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mərdliklə döyüşmüş ilk reaktiv divizionun əsgər və zabitləri 25 ildən sonra yenidən Ağdama qayıdıblar.

Sonxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ölkənin 15-dən çox şəhər və rayonunda yaşayan keçmiş döyüşçülər ilk olaraq torpaqların müdafiəsi uğrunda canını fəda edən vətən oğullarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.

Keçmiş döyüşçü Məhərrəm Məhərov Milli Qəhrəman Şirin Mirzəyevin batalyonunda döyüşdüklərini bildirib: "Ən böyük arzumuza çatdıq, burada şəhidlərimizin qəbrini ziyarət etdik, Allah orada qalan şəhid qəbirlərini də ziyarət etməyi qismət eləsin. Biz Ali Baş Komandanın əmrini gözləyirik ki, bura yığışdığımız kimi yığışıb gedib o torpaqları işğaldan azad edək".

Keçmiş döyüşçülər abidə kompleksində daş kitabəyə həkk edilmiş şəhid dostlarının xatirəsini ehtiramla xatırlayıblar. Tərlan Ələkbərov Neftçala rayonundan Ağdama döyüşə gələndə 18 yaşında olub: "Kollektiv şəkil çəkdirəndə deyirik ki, burada çox qardaşlarımız ola bilərdi, amma çox təəssüf ki, yoxdurlar. Nə etmək olar, müharibədir. Bu, Allahın qismətidir. Şəhid olan da oldu, bizim kimi sağ qalıb evinə sağ dönən də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Uzun illərdən sonra görüşən dostlar müharibə vaxtı çəkdirdikləri şəkillərə baxaraq o günləri xatırlayıblar. Zakir Sadıqov deyir ki, ən unudulmaz xatirələri isə ermənilərlə döyüşə girəndə bir-biriləri ilə etdikləri zarafatlardır: "Bir anlıq mənim yadıma 90-cı illər düşdü. Bu yoldaşlar hərəsi bir qəhrəmandır. Biz gözləyirik ki, Ali Baş Komandan əmr versin, biz hamımız bir nəfər kimi gedək, torpaqlarımızı işğaldan azad edək".

Ehtiyatda olan zabit Alı Mehdiyev təəssüflə qeyd edir ki, bu gün səngərlərdən bu tərəfdə olmamalı idilər: "Biz Dağlıq Qarabağı işğaldan azad etməli, hətta Naxçıvanla birləşməli idik. 1988-ci ildəki, xəritəni bərpa etməli idik. Bizim cənab Prezidentimiz həmişə deyir ki, İrəvan da bizimdir. Düz deyir. Bu torpaqlar bu döyüşçülərin hesabına işğal olmayıb, təxribatlar hesabına işğal edilib. Ermənilər həmişə ya təxribatla torpaqlarımızı işğal edib ya da böyük dövlətlərin gücü ilə alıblar".

Gəncliklərini müharibə vaxtı Ağdamda keçirən keçmiş döyüşçülər, Ağdamın Azərbaycan ordusunun nəzarətində olan kəndlərində böyük işlər görüldüyünü vurğulayır. 90-cı illərdə, yol infrastrukturlarının çox bərbad olduğunu, qaz, su, işıq xətlərinin olmadığını və həm döyüşçülərin, həm də yerli sakinlərin bu səbəbdən çox əziyyət çəkdiyini xatırlayırlar. Bu gün gördükləri mənzərə müharibənin hər üzünü görən bu orta yaş nəslini çox qürurlandırıb: "Quzanlı o vaxt balaca bir kənd idi. İndi Quzanlı şəhərdir. Sağ olsun dövlət başçısı Ağdamın hətta ən ucqar kəndinə belə asfalt çəkilib. Bütün kəndlər qazlaşdırılıb, ona görə də qışda qızınmaq üçün ağacları məhv etmirlər. Həqiqətən dövlətimiz böyük işlər görüb, ordumuz kifayət qədər yüksək səviyyədə silah sursatla, ərzaqla, yeməklə, paltarla təmin edilib. Ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir. Əmir verilsə, ordumuz döyüş tapşırığını yerinə yetirmək qabiliyyətindədir".

Keçmiş döyüşçülər Qarabağ problemini gələcək nəslə ötürmək şanslarının olmadığını deyərək, Ağdamdan növbəti səfər silahlanaraq işğal altında olan Azərbaycan torpaqlarına getmək arzusu ilə ayrılıblar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1369   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu

19 iyun 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd

4 iyul 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021