Prezident İlham Əliyev: "İşsizliyin sürətlə azaldılması ilə bağlı böyük uğurlar əldə edilib

Prezident İlham Əliyev: "İşsizliyin sürətlə azaldılması ilə bağlı böyük uğurlar əldə edilibPrezident İlham Əliyev mayın 21-də Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sonxeber.az-ın məlumatına görə, Beynəlxalq Əmək Təşkilatının baş direktorunun Azərbaycana ilk dəfədir səfər etdiyini deyən Qay Rayder bu səfəri həyata keçirməyindən dərin məmnunluq hissi duyduğunu vurğulayıb.

Dövlət başçısını yenidən prezident seçilməsi münasibətilə təbrik edən Qay Rayder prezident İlham Əliyevin inauqurasiya mərasimindəki çıxışını diqqətlə izlədiyini qeyd edərək, orada əmək və sosial məsələlərlə bağlı söylənilən fikirlərin çox böyük maraq doğurduğunu bildirib. O qeyd edib ki, prezident İlham Əliyevin əhalinin rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi, iş yerlərinin yaradılması ilə bağlı söylədiyi fikirlər mühüm əhəmiyyət daşıyır. Qay Rayder rəhbərlik etdiyi təşkilatın Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, bu səfərin əlaqələrin möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. Dövlət başçısı son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, o cümlədən əhalinin əmək və sosial təminatı istiqamətində mühüm işlər görüldüyünü, xüsusilə işsizliyin sürətlə azaldılması ilə bağlı böyük uğurların əldə edildiyini deyib. Prezident İlham Əliyev Azərbaycanda ənənəvi olan və sürətli iqtisadi inkişaf nəticəsində baş verən demoqrafik artımla əlaqədar ölkə qarşısında gələcəkdə yeni iş yerlərinin yaradılması kimi mühüm vəzifənin durduğunu bildirdi və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Dövlət başçısı Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın önəminə toxunaraq bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 604   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel