Şeyxdən Rüstəm İbrahimbəyova ağır sözlər: "Ona zəng vurub biabır etdim"

Şeyxdən Rüstəm İbrahimbəyova ağır sözlər: "Ona zəng vurub biabır etdim"Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmi qalmaqala səbəb olub. Azərbaycan xalqının aşağılandığı, təhqir olunduğu sözügedən film ictimaiyyətdə kəskin narazılıqla qarşılanıb.

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyli Yenicag.az-a açıqlama verərək R.İbrahimbəyovu "şərəfsiz, xəstə, xəyanətkar" adlandırıb:

"Mən Rüstəmin bu filmi barədə eşidəndə şoka düşdüm. Azərbaycan xalqının içindən qidalanan bir adamın qocalanda belə xərifləyib, gic-gic danışması, xəyanətə qoşulması məni dəhşətə gətirir. O ya xəstədir, ya da ona vurulan hansısa psixotrop dərmanların təsiri altındadır. Ya da qoyublar tərəzinin bir gözünə, o biri gözünə də özü ağırlığında var-dövləti. Bunun ikinci bir adı yoxdur. Ömrünün yaşlı cağında içində böyüydüyü xalqına bu səviyyədə xəyanəti bağışlanmazdır. Kinofilm elə bir təbliğat vasitəsidir ki, bütün dünyaya yayılır, tarixdə qalır. Heç şübhə yoxdur ki, şantaj təbliğatı ilə məşğul olan satqın erməni diasporu bu filmi hər dilə tərcümə edib, bütün dünyaya gösstərəcəklər. Rüstəm bizim indiyə qədər apardığımız ədalət savaşımız, soyqırımla bağlı dəlil-sübutların üstündən xətt çəkir. Çünkü sıradan bir adam deyil bu alçaq. Rüstəm, ola bilər sən xəstəsən, şəxsi müstəvidə kiminləsə ədavətin var, amma düşünmürsən ki, xalqını satqın, xəyantəkar düşmənin ayağına verirsən?"

Ş.Mahmudbəyli həmkarını yaşadığı ölkədən qovduracağını da bəyan edib:

"Onun Gürcüstanda villası var, oturub kef edir özü üçün. Artıq xəstədir, qocalıb, aydın məsələdir. Oğlunu, qızını, arvadını da bu işə cəlb edib. Bunun qarşısı alınmalı, ordan qovulmalıdır. Elm, mədəniyyət adamlarının imzasını toplayıb onu Gürcüstandan qovduracam. O filmin nümayişi dayandırmalıdır. Azərbaycanın elm, mədəniyyət adamları, ziyalıları ayağa qalxıb, onun xəyanətkar simasını ortaya qoymalı, şantajına cavab verməlidir. Mən keçən il ona zəng vurub, telefonda biabır etdim. Alçaq özü də şamaxılıdır. Erməni sənin dədəni, babanı doğrayıb Cümə məscidinə töküb, arvad-uşağını zorlayıb, körpələrini qılıncdan keçirib, sən utanmırsan? Azərbaycanın çörəyi gözündən-burnundan gəlsin, ay alçaq, ay şərəfsiz. Axı onların içində sənin qohum-əqrəban da var. Bu qədər vicdansızsan, bu qədərmi ağlını itirmisən, sən xəstəsən".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1668   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrları

11 aprel
.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır. -ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barəd

7 aprel
.

Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı

Avstriyalı məşhur rəssam Qustav Klimtin tamamlanmamış "Froylyayn Lizerin portreti" adlı rəsm əsəri Vyanada hərracda 30 milyon avroya satılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı satışı həyata keçirən "im Kinsky" hərrac evi yayıb. Bildirilir ki, Klimtin 1917-c

25 aprel
.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar
.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

Əməkdar artist 48 yaşında vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

20 aprel
.

Xalq artisti Rəfiqə Axundova vəfat edib - FOTO

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbayca

6 fevral