"Əslində 2, 3 və 25 manatlıq əsginaslar buraxılmalıydı"

"Əslində 2, 3 və 25 manatlıq əsginaslar buraxılmalıydı"Mayın 23-də Mərkəzi Bank tərəfindən 200 manat dəyərində yeni əsginasın təqdimatının qapalı keçirilməsi haqlı müzakirələrə səbəb olub. Mətbuat nümayəndələrinin böyük əksəriyyətinin iştirakı olmadan keçirilən təqdimatdan sonra bəzi suallar yaranıb. Ekspertlər isə həmin suallara cavabdeh şəxsin məhz Mərkəzi Bank sədri Elman Rüstəmov olduğunu vurğulayır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli kimi...

Ə.Məsimli deyib ki, əslində Azərbaycanda dövriyyəyə 200 manatlıq əsginaslar buraxılmasının izahını biz yox, Mərkəzi Bank özü verməlidir:

"Azərbaycanda alış-veriş sahəsində daha çox 3 problemin bir-birinə qarşılıqlı təsirini də nəzərə almaqla optimal həllinə nail olmaq lazmdır. Birincisi, nağdsız hesablaşmaların stimullaşdırılması və onun tətbiq dairəsinin genişləndirilməsi. İnkişaf etmiş ölkələr bu işi çox yaxşı qurublar. Onlarda nağdsız hesablaşmalar yaxşı təşkil edildiyindən, vətəndaşların cibində kimisə kofeyə qonaq eləmək və s. üçün hər ehtimala qarşı uzağa 20-30 dollar nağd pul olur. Azərbaycanda hər şeydən əvvəl bu üsulun geniş tətbiqinə nail olmaq lazımdır".

Deputat qeyd edib ki, ikinci mərhələdə tədavüldə olan nağd pul kütləsini lazımi səviyyəyə çatdırıb, bu sahədəki qıtlığın aradan qaldırılasına nail olmaq lazımdır:

"Birinci amil sonradan bunu özü yaxşıca tənzimləyəcək. Üçüncüsü, yeni pul əskinaslarının buraxılması dövriyyəni rahatlaşdırmağa yönəldilməlidir. Ona görə də insanların və marketlərin alış-veriş prosesində və pul xırdalayan zaman qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqdan ötrü dövriyyə 2 və ya 3 manat və 25 manat nominallı əsginasların buraxılmasına daha çox ehtiyac var. Bu baxımdan yanaşdıqda dövriyyəyə 200 manatlıq əsginaslar buraxılmasına elə bir lüzum yox idi. Yəqin bu addım sırf yubiley hadisələri ilə bağlı məsələdir.

Amma yubileylərlə bağlı kağız pul yox, metal pulların buraxılması daha məqsədə uyğundur .Çünki, bu halda onu hamı, maaşı 200 manatdan aşağı olanlar da əldə edə və yubiley xatirəsi kimi saxlaya bilər".

O ki qaldı 200 manatlıq əsginasların dövriyyəyə buraxılmasıyla kataklizmlərin olacağı, infiliyasiyanın artacağı və s. bu kimi məsələlərə, Ə.Məsimli burada nəzəri cəhətdən həqiqət payı varsa da, psixoloji təsirdən doğan nəticələrdən başqa elə bir ciddi problem mənbəyi olmadığını deyib:

"Azərbaycanda inflyasiyanın yarıdan çoxunun baiskarı monopolistlərdir. Əslində ölkəmizdə dövriyyədə 200 manatlıq əsginasların olması ilə olmaması arasında elə bir ciddi fərq yoxdur. Amma Mərkəzi Bank insanların və marketlərin alış-veriş prosesində və pul xırdalayan zaman qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqdan ötrü dövriyyə 2 , 3 və 25 manat nominallı əsginasların buraxılması məsələsini həll etsə, əhalinin rahatlığı üçün daha faydalı variant olar".

Modern.az


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1386   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qızıl, gümüş və mis konsentratının hasilatı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü

13 dekabr
.

Gələn il də maaş və pensiyalar artacaqmı?

Pərviz Heydərov yazır. 2026-cı il üçün dövlət büdcəsi gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat, başqa sözlə cəmi 0.6% çox olmaqla 38 609 00.0 min manat, xərcləri isə 296 milyon manat, yəni cəmi 0.7% çox olmaqla 41 703 600.0 min manat təşkil edəcək. Lakin cəmiyyəti maraqlandıra

22 noyabr
.

Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 65 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyə iqtisadiyyatına 288 milyon 613 min ABŞ dolları birbaşa investisiya qoyub. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,5 % çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatın

20 dekabr
.

Doğum sayı azalıb, ölüm halı dəyişməyib

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb. 2024-c

12 dekabr
.

Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,217 milyon ABŞ dollar

22 noyabr
.

Üç vəzifəli şəxs cərimələndi

Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bildirilib ki, BOKT "Effektinvest" MMC-nin vəzifəli şəxsi 4500 manat, "Finex Kredit" BOKT ASC-nin vəzifəli şəxsi 800 manat, "BOKT Caspian İnvest"

17 dekabr
.

İnnovasiya və Təchizat Mərkəzi 2,7 milyon manata tibbi əlcəklər alacaq

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) tibbi müəssisələrdə istifadə olunacaq sərfiyyat materiallarının alınması məqsədilə tender keçirib. xəbər verir ki, satınalma üzrə qalib "Xanni-2017" MMC olub. Satınalma müsabiqəsinin ümumi məbləği 2 milyon 724 min 397.45 mana

7 dekabr
.

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə Ülvi Mansurov təyin olunub. O, 13 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetind

4 dekabr
.

Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərclərini 25 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 11,534 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,9 % azdır. Noyabrda Türkiyə Azərbaycana 550,3 min AB

6 dekabr