Prezidentin qızları "Son iclas"ı izlədilər - FOTOLAR

Prezidentin qızları "Son iclas"ı izlədilər - FOTOLARHeydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən "Son iclas" bədii-sənədli filminin təqdimatı olub.

Sonxeber.az AzərTac-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu Əliyeva iştirak ediblər.

Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və "BP Azərbaycan" şirkətinin sponsorluğu ilə hazırlanıb.

Mərasimdə çıxış edən filmin baş prodüseri Arzu Əliyeva bildirib ki, bu il ölkəmiz və xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd edir: "Bu gün təqdim olunan film Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik. Mən əminəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bugünkü Azərbaycanla qürur duyardılar. Sonda filmin yaradılmasında iştirak etmiş hər bir insana, Heydər Əliyev Fonduna və BP şirkətinə öz təşəkkürümü bildirirəm".

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində təqdimatı keçirilən filmin ölkə tarixinin çox əlamətdar bir gününə həsr olunduğunu söyləyib.

Sonra "Son iclas" filminin təqdimatı olub. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb.

Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin texniki, eləcə də, yaradıcı heyəti yerli mütəxəssislər, peşəkar aktyorlardır. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə 50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət işləyib.

Bakı Media Mərkəzi mayın 26-dan filmi "CinemaPlus" kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz nümayiş etdirəcək.
Prezidentin qızları "Son iclas"ı izlədilər - FOTOLARPrezidentin qızları "Son iclas"ı izlədilər - FOTOLARPrezidentin qızları "Son iclas"ı izlədilər - FOTOLARPrezidentin qızları "Son iclas"ı izlədilər - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2359   Tarix: 26 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəhidin yeganə qardaşı vəfat etdi - Fotolar

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd edilib

7 may
.

Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 8-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edili

7 may
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

7 may
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

7 may
.

Keçmiş məhkum yenə narkotiklə tutuldu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov saxlanılıb. Bu barədəSonxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunda

7 may
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesd

7 may
.

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda bəzi dəyişikliklər ediləcək. xəbər verir ki bununla bağlı məsələyə Milli Məclisin bugünkü plenar iclasında baxılacaq. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqlar

7 may
.

Ruhəngiz Musəvi: "Ailəmi Sevda dağıtmayıb"

"Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşünd

6 may
.

Əhməd Cavadın nəticəsi: "Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!"

"Əhməd Cavad ömrünü Azərbaycan xalqına həsr edib. Əlbəttə ki, o illər çətin dövrlər idi. Zamanın çətinliyinə baxmayaraq, öz həyatını Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı üçün qurban verib. Özünü ən yüksək zirvələrə ucaldıb. Onun adını yaşatmaq mənim üçün böyük qürurdur. Mən sove

6 may