Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru dələduzluqda ittiham olunur — ŞOK TƏFƏRRÜAT

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru dələduzluqda ittiham olunur — ŞOK TƏFƏRRÜATBinəqədi Rayon Məhkəməsində Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktorunun dələduzluqla bağlı məhkəmə prosesi başlayıb.
Cinayət məcəlləsinin 178.2.2-ci ( dələduzluq; təkrara törədildikdə) maddəsi ilə təqsirləndirilən Mövsümov Vasif Seyidəli oğlunun məhkəmə prosesinə hakim Rəşad Əliyev sədrlik edir. Cinayət işində 3 nəfər- Mustafayev Səxavət Nurəhməd oğlu, Hüseynova Lalə Nüsrət qızı və İbrahimova Sədaqət Ədil qızı zərərçəkmiş qismində tanınıb.

İtiiham aktına görə, Vasif Mövsümov Səxavət Müstafayevlə uzun illər eyni təşkilatda, yəni Korrupsiyaya qarşı mübarizə fondunda birgə çalışıblar. 2016-cı ilin yay aylarında Səxavət Mustafayevin qızı Rusiyada ali məktəbi bitirərək azərbaycana gəlib və işə düzəlmək istəyib. Ancaq Azərbaycanın Təhsil nazirliyi həmin universitetin diplomunu tanımadığı üçün zərərçəkənin qızı nostrifikasiya ilə bağlı nazirliyə müraciət edib. Təhsil nazirliyi isə rədd cavabı verdikdən sonra Vasif Mövsümov dostunun qızının diplomunu tanıtdırmağa söz verib və 3000 manat pul istəyib. S.Mustafayev isə 2000 manata razılaşıb və sentyabr ayında 1000 ABŞ dolları sənədlərlə birgə Vasif Mövsümova verib. Ancaq nə diplom tanınıb, nə də pul qayıdıb.

Digər zərərçəkən Lalə Hüseynova isə məktəbə müəllim düzəlməsi üçün Vasif Mövsümova pul verib.

Sədaqət İbrahimova isə nəvəsini kollecə düəltmək adı ilə QHT sədrinə pul verib.

Araşdırmalarımız zamanı məlum olub ki, Vasif Mövsümov barəsində Nəsimi Rayon Məhkəməsində də analoji cinayət faktı ilə bağlı məhkəmə prosesi olub və cərimə cəzasına məhkum edilib. Həmçinin hazırda Səbail Rayon Məhkəməsində də Vasif Mövsümov barəsində dələduzluq maddəsi ilə məhkəmə prosesi davam edir.
Növbəti məhkəmə prosesi iyun ayının 5-nə təyin edilib.

Cinayət işində təqsirləndirilən şəxs qismində tanınan Vasif Mövsümov onun barsəində məhkəmə prosesinin başlamasını təsdiqlədi və zərərçəkənlərin ona şər atdığını, heç birini tanımadığını bildirdi:

"Səxavət Mustafayev isə istintaqa yalançı şahidlərlə gəlib, mənə pul verməyib. Qadınları isə ümumiyyətlə tanımıram. Səbail rayonunda olan işlə bağlı isə deyə bilərəm ki, bunlar hamısı bir mənbədən idarə olunur. Bir qadın mənə 65 min manat pul atmışdı, ondan pullarımı tələb elədim hər şey bundan sonra başladı".

Qeyd edək ki, Mövsümov Vasif Seyidəli oğlu 2010-cu ildə Salyan seçki dairəsindən bitərəf kimi deputatlığa namizəd olub. Korrupsiyaya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilib və Vasif Mövsümov bu fondun icraçı direktoru olub. Fond Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının dəstəyi ilə yaradılıb. QHT Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılıb. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoyub.

Həmçinin Vasif Mövsümov daim media orqanlarında korrupsiyaya qarşı mübarizə ilə bağlı ekspert kimi də çıxış edib./olke.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1688   Tarix: 27 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəkidə avtomobillər toqquşub: Xəsarət alan var

Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var. APA-nın məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İ. Həsənovay

21 aprel
.

Yasamalda 24 yaşlı qızı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, metronun "İnşaatçılar" stansiyasının yanında avtomobil yolu keçən 200-ci il təvəllüdlü Aynur İbad qızı Allahverdiyevanı vurub. Yaralı təcili tibbi yardımı

21 aprel
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

27 aprel
.

Zaqatalada 76 yaşlı qadın intihar edib

Zaqatalada 76 yaşlı qadın intihar edib. APA-nın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırm

21 aprel
.

Bakıda məşhur hotellərdən birində yanğın baş verib - FOTOLAR

Bakıda məşhur hotellərdən birində yanğın hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Namiq Quliyev küçəsi, 24 ünvanında qeydə alınıb. Belə ki, ərazidə yerləşən hotelin damında tüstü ilə müşayiət olunan yanğın baş verib. FHN əməkdaşları yanğın yerinə cəlb olunublar. Yanğının ətra

20 aprel
.

Ağdaşda 53 yaşlı kişi özünü yandırdı

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak

20 aprel
.

Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 20-də sözügedən ərazidə batan 2011-ci il təvəllüdl

27 aprel
.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

27 aprel
.

Ağdamda yolu azan şəxs minaya düşdü

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmi

28 aprel