Təhsil kreditləri faizsiz veriləcək

Təhsil kreditləri faizsiz veriləcəkAzərbaycanda tələbələrə təhsil haqqının ödənilməsi üçün veriləcək kreditlər faizsiz olacaq.

Sonxeber.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, təhsil kreditləri mühüm sosial məqsədə xidmət etdiyinə görə, onların çox aşağı faizlə (illik 1-2%), hətta faizsiz verilməsi variantlarına baxılır: "Bu kreditlər tələbələrə dəstək məqsədilə veriləcək, ona görə də maksimum güzəştli olacaq ki, onları qaytarmaq çətin olmasın".

Təhsil kreditlərinin hansı müddətə veriləcəyi və nə vaxt qaytarılacağı məsələ də müzakirə mövzusudur. Nazirlikdən bildirilib ki, bu kreditlərin qaytarılması müddəti ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir. Bir varianta görə, kreditlər təhsil müdətinin sonunadək veriləcək. Digər yanaşmaya görə isə kreditlər daha uzun müddətə veriləcək. Bu halda tələbə krediti yalnız əmək fəaliyyətinə başlayandan sonra, işləyərək ödəyəcək. Nazirlikdən bildirilib ki, təhsil kreditlərinin verilməsi ilə bağlı müxtəlif xarici ölkələrin təcrübəsindən də istifadə edilir və bu məqsədlə xarici təcrübələr öyrənilir.

Bundan başqa, təhsil kreditlərinin hansı məbləğdə olacağı da dəqiqləşdirilir. Belə ki, təbələyə həm təhsil haqqının tam məbləində, həm də bir hissəsi qədər kredit verilə bilər. Kredit vəsaiti təbələnin özünə verilməyəcək, onun təhsil aldığı ali məktəbə köçürüləcək: "Bunun məqsədi odur ki, tələbə həmin vəsaiti başqa məqsədlər üçün istifadə etməsin"-deyə nazirlikdən bildirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 755   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhalinin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...

Sabah saat 11:00-dan etibarən Hacıqabul - Bəhrəmtəpə - Mincivan - Ermənistanla dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobi

27 aprel
.

MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq – VİDEO

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsi, 2 ünvanında MTK pilot layihə icra edir. Lakin sökülən binanın sakinləri bildiriblər ki, yeni tikilən bina onlara vəd edilən vaxtda təhvil verilməyib. "Binamız yeddi ildir sökülüb. İki ilə təhvil veriləcəyini demişdilər. Amma deyilən kimi olmadı. Əziyyə

27 aprel
.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

27 aprel
.

Xankəndidə silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bunda

27 aprel
.

"Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək"

"Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Reuters" agentliyi yayıb. Mənbənin sözlərinə görə, hələ regionda qalan sülhməramlıları

27 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: "Onu zorla..."

"Mağazadan qovulan gənc qadınla bağlı mənim yanaşmam bir qədər fərqlidir. Görüntülərdəki xanımın geyim tərzi, davranışı bir az şübhəli idi. Mən insan alveri məsələləri məşğul olduğuma görə, bunu sezə bilirəm". Bu sözləri -a "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctima

27 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normadan yüksə

27 aprel
.

Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

"Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". Bu barədə "Reuters" xəbər yayıb. Bildirilir ki, kontingentin qalan hissəsinin mayın sonuna kimi Qarabağı tərk edəcəyi gözlənilir. "Sülhməramlıların bütün zirehli texnikası, o cümlədə

27 aprel