"Arxasında elə adamlar dayanır ki..."

"Arxasında elə adamlar dayanır ki...""ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı müğənni Xatirə İslam olub.

Sonxeber.az axşam.az-a istinadən bildirir ki, sənətçi qalmaqallı çıxışları ilə yadda qalıb. Xatirə onuncu yerə əməkdar artist Miri Yusifi layiq görüb.

O, onuncu yerə layiq gördüyü Miri Yusifi klub müğənnisi adlandırıb:

"Musiqi zövqü yaxşıdır. Gənclər onu sevir. Mən Miri Yusifi klub müğənnisi kimi görürəm. Tarkan da klub müğənnisidir. Siz görmüsünüz ki, Miri Yusif 9-da toyda oxusun? Həmişə 11-dən sonra oxuyur. Ona axşamlar qulaq asırlar, 11-dən sonra. Ona qulaq asanda gərək oynayasan, bir az da vurasan, ayıq yox. Bunlar hamısı zarafatdır. Amma sözümün arxasında dayanıram".

Doqquzuncu yeri Damlaya verən Xatirə ifaçının onun fanatı olduğunu qeyd edib:

"Həyətdə ailəmlə bir yerdə oturmuşdum. Bir qız gəldi məni qucaqladı. Dedi, olar sizi öpüm? Dedim, öp. Dedi ki, mənim adım Damladır, həmişə sizin fanatınız olmuşam. Sizi çox sevirəm. O gündən sonra bu qıza məhəbbətim artdı. Yəqin yadından çıxarmaz. Elza onun şəklini cıranda dedim nahaq etdin".

İfaçı müğənni Elnarə Xəlilovanın mahnısını hitlər arasında görmədiyini deyib:

"Elnarənin çox gözəl mahnıları var idi. İndi gül kimi ailəsi var. Üç il nə oxudumsa, tutmadı. Qismət. İndi də Elnarədə belədi. Amma bəlkə bir aydan sonra elə mahnı oxuyar ki, bütün Azərbaycanla bir olar. Bütün mahnıları gözəldir. Amma Elnarədən başqa bir şey gözləyirəm".

Murad Arif və Raminin mahnısından danışan Xatirə Raminin adını xatırlamayıb:

"Mahnıda hər yerdə Muradın səsi gəlirdi. Öz yolu, öz sevənləri var. O da axşam 11-dən sonra dinləniləsi müğənnidir".

Altıncı pilləyə isə müğənni xalq artisti Aygün Kazımova və Raufun duetini layiq görüb:

"Uşaq olanda Aygün Kazımovanın gözəl klipləri var idi. İndi də var. Aygün hər zaman sənətinə önəm verib. Şou biznes deyəndə, fakt odur ki, o, çox işlər görüb. Özünü də çox sevmişəm həmişə. Aygün xanımın yanında işləyən Almaz adlı qız var, 14 il onunla, 6 il də mənimlə işlədi. Həmişə deyirdi ki, Aygünlə sənin xasiyyətin eynidir. Həmişə münasibətimiz əla olub. Ad günlərinə dəvət edib məni həmişə. Ad günündə olan insanların 50 faizi onu sevmirdi, amma orada idilər. Məni dəvət etməmişdi. Fikirləşdim ki, məni niyə dəvət etməyib, ona nə etmişəm? Düşündüm ki, bəlkə nəsə olub, bəlkə nəsə deyilib, axı deyilə bilməz. Bəlkə də haqqımda elə bir şey eşidib ki, mən onu bilmirəm. Sonra bəlkə haqq qazandıraram ki, düz edib. Orda olanlardan daha çox bəlkə də mən onu istəmişəm. Bizim aramızda nə oldu ki? Elə ona görə də altıncı pilləyə qoyuram. Yoxsa 1-ci pilləyə qoyardım. Raufu da tanıyıram. "Maşın şou"da görmüşəm. Aygün çox gənclərlə oxuyub. Bunun üçün ürək lazımdır".

Xatirə beşinci etdiyi Günay İbrahimlidən incidiyini gizlətməyib:

"Günay durdu stoldan, dedi ki, Xatirə xanım gəlin əyləşin. Gəldim evdə dedim ki, o qız necə tərbiyəli qızdır. Durdu öz stolunu mənə verdi. Üstündən bir müddət vaxt keçdi. Xuraman Şuşalının anası rəhmətə getdi. Mənə zəng gəldi. Gördüm bir qızdır. Dedi salam, Günay İbrahimlinin produseriyəm. Günay xanım dedi ki, Xuraman xanımın anasının yas yeri haradadır? Dedim, get ona de ki, darıxmasın hələ. Əgər telefonu mən götürmüşəmsə, sənin köməkçin məni yığa bilməz. Elə bir müğənni yoxdur ki, onun köməkçisi məni yığsın. Özü yığsın. Mən adamyeyənəm, ya nəyəm? Günayın bütün mahnılarını bəyənirəm, çalışqan qızdır".

Xatirə yenicə müğənniliyə başlayan Nanə Ağamalıyevanı dördüncü pilləyə qoyub:

"Onun gözəl musiqi duyumu var. Seçdiyi mahnı da Gövhər Həsənzadənin bəstəsidir. Mahnını dinləyəndə Gövhərə bir az əsəbiləşdim ki, buna bax əvvəl bütün mahnılarını atırdı. Qoy oxusun. Elə olur ki, sevmədiyin adam oxuyanda insan qıcıq olur. Amma Nanədən xoşum gəlir oxusun".

İfaçı üçüncü yerə Namiq Qaraçuxurlu və Əhməd Mustafayevin oxuduğu dueti layiq görüb. Ramal İsrafilov isə ikinci pillədə yer alıb:

"Onun mahnıları sevilsə də, sevilməsə də o musiqidə dahi bir insandır. Onun kimi oxuyanlar haradadır. Dağlara çəkiləndə də, yerində başqaları oturur, sonra ayağa qaldırmaq çətin olur. Çünki onların arxasında elə adamlar dayanır ki, təmizləmək çətin olur".

Birinci yerə isə xalq artisti Brilliant Dadaşova layiq görülüb. Xatirə "Hit parad"dan Xatun Əliyevanı uzaqlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2509   Tarix: 04 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur fenomenin sürət qatarında etdikləri narazılıq doğurub - VİDEO

Sosial media fenomeni Mükremin Gezgin sürət qatarı ilə etdiyi səfər zamanı sərgilədiyi davranışla ictimaiyyətin narazılığına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, fenomen qatar vaqonunun ortasında yer süfrəsi açaraq yemək yediyi anları videoya çəkib. Digər sərnişinləri narahat edən b

16 dekabr
.

Türkiyədə Aleyna Tilki və bir neçə məşhur saxlanılıb

Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb. türk mediasına istinadən xəbər verir ki, onlar polisin keçirdiyi əməliyyat çərçivəsində istintaqa cəlb olunublar. Saxlanılan şəxslər arasında müğənni Aleyna Tilki, influenser Danla Bilic və aktrisala

18 dekabr
.

Sevil və Sevincin biznesi batdı

Müğənnilər Sevil və Sevinc Səfərovalar bizneslərini bağlayıb. Bu barədə onlar "Qonaqcanlı"da danışıb. Bildirilib ki, mağaza və gözəllik salonlarının fəaliyyəti illər öncə dayandırılıb. Bacılar müəyyən bir məbləğ itirdiklərini də əlavə ediblər. (Bizim.Media)

19 dekabr
.

Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən" - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova bir neçə gün əvvəl paytaxt məkanlarından birində qızları ilə birlikdə mini-konsert proqramı ilə çıxış edib. xəbər verir ki, konsertdən öncə sənətçinin qızı Aysunla birgə məşq etdiyi anlara aid görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda Aysunun Rəqsanəni

18 dekabr
.

Verilişə oğlu ilə gəlib gizlətdi - aparıcı Zaur İFŞA ETDİ - VİDEO

Zaur Kamalın aparıcılıq etdiyi verilişdə maraqlı anlar yaşanıb. xəbər verir ki, proqrama oğlu ilə birlikdə qatılan müğənni Rahidə Baxışova aparıcının gözlənilməz açıqlaması ilə diqqət mərkəzinə düşüb. Zaur Kamal efirdə bildirib ki, sənətçinin oğlunu uşaq yaşlarından tanıyır və onu əvvəllər də gördüyün

15 dekabr
.

Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir"

Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı sualla məəttəl qalıb. xəbər verir ki, izləyicilərdən biri sənətçiyə "Hər 2-3 aydan bir ev alır" sözləri sənətçini təəccübləndirib. Gənc izləyici bu məlumatı onun makler dostundan aldığını bildirib. Sual qarşısında təəccüblənə

13 dekabr
.

Səidə Sultan bu səbəbdən verilişlərə çıxmır

"Görürsünüz ki, nə vaxtdır heç efirlərə çıxmıram. Mən artıq baş verənləri kənardan izləyirəm. Hamını da görürəm. Heç kəs bir o qədər də xoş təəssurat bağışlamır". xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial şəbəkə hesabında bildirib. İnstaqramda video paylaşan sənətçi bəzi həmkarlarını

18 dekabr
.

Leonardo DiCaprio-dan illər sonra "Titanik" etirafı

"Titanic" filmi ilə dünya şöhrəti qazanan, "Oskar" mükafatlı aktyor Leonardo DiCaprio sinema tarixinin ən ikonik ekran işlərindən biri ilə bağlı maraqlı açıqlama verib. Bu barədə xarici mediaya istinadən xəbər verir. Məşhur aktyor etiraf edib ki, karyerasının ən yaddaqalan filmlərində

19 dekabr
.

Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO

İki aydır reanimasiyada olan türkiyəli məşhur müğənni və aparıcı Fateh Ürek komaya düşüb. xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd edək ki, Fateh Ürek oktyabrın 15-də evində infarkt keçirmiş və ürəyi 20 dəqiqə dayanmışdı

20 dekabr