DİN rəsmisindən "Lotu Quli" açıqlaması: "O kimdir?"
Uzun müddət həbs həyatı yaşadıqdan sonra azadlığa çıxan "Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifov Azərbaycanda qala bilmədi.
Sonxeber.az yenicag.az-a istinadən xəbər verir ki, kriminal avtoritetlərə sərt üzünü göstərən Azərbaycan höküməti onun da burada qalmasına icazə vermədi.
Nəticədə Gürcüstana üz tutan kriminal avtoritet qonşu ölkədə də eyni aqibətlə üzləşdi. Daha sonra İstanbulu özünə məskən seçən "Lotu Quli" burada bir müddət qaldıqdan sonra Türkiyə üçün də arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarıldı. Nəticədə o, İstanbuldan Dubaya üz tutdu.
Ötən gün isə Səlifovun Bakıya gəlməsi ilə bağlı xəbərlər yayılıb. Ancaq bu məlumat rəsmi təsdiqini tapmayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovla danışmağa cəhd etdik. Sualımıza cavab axtarsaq da, DİN rəsmisi "O kimdir?" deyərək telefonu üzümüzə qapadı. Daha sonra zəng etməyimizə baxmayaraq, telefonu məşğula alan qurum rəsmisi cavab vermədi, ardınca isə "mobil"ini söndürdü.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə ilə danışmaq cəhdimiz də cəhd olaraq qaldı.
Qeyd edək ki, Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi "Lotu Quli" barəsində beynəlxalq axtarış elan edib.
Oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilən Səlifova Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.
Əgər doğrudan da Səlifov Azərbaycana gəlibsə, bəs, belə olan halda rəsmi Bakı hansı addımı atmalıdır?
Yenicag.az-a açıqlama verən hüquqşünas İlqar Musayev bildirib ki, Səlifov Azərbaycanda saxlanılsa belə, Rusiyaya təhvil verilə bilməz:
"Bizim hüquq-mühafizə orqanları Nadir Səlifovu Rusiyaya təhvil verə bilməz. "Lotu Quli" Azərbaycan vətəndaşıdır. Belə olan halda Rusiya tərəfi onun axtarışa verilməsinə səbəb olan materialı Azərbaycana göndərməlidir. Əgər Azərbaycanda da onun törətdiyi əməllər cinayət hesab olunarsa, bu zaman bizim ölkədə mühakimə edilə bilər. Heç bir ölkə öz vətəndaşını başqasına vermir. Fərqi yoxdur, o cinayəti Rusiyada törədib, yoxsa başqa bir yerdə. Qanun bunu qadağan edir. Rusiyada saxlanılsaydı, bu, başqa məsələ. Prosesin sonunda Rusiyaya da məlumat verilir ki, sənin göndərdiyin materiallar burada təsdiqini tapmadı və ya əksinə".
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3312 Tarix: 05 iyun 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DSX-nin əsgəri özünü güllələdi - Komandir ittiham olunur
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. "Qafqazinfo" xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq halların
28 noyabrNaxçıvanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə Naxçıvanda "uşaq oğrusunun peyda olması" ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. -a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yaya
8 dekabr3 nəfərin öldüyü yanğınla bağlı cinayət işi açıldı - Baş Prokurorluq
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlar
21 noyabrEvinə gedən qadını hədələyərək pulunu aldı - Tərtərə qaçdı
Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. DİN-in Mətbuat xidmətindən -a bildirilib ki, dekabrın 7-də qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. Həmin şəxs bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındak
13 dekabrƏli Kərimli həbs olundu
Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb. -ın məlumatına görə, təqdimat təmin edilib, Əli Kərimli barəsində 2 ay 13 gü
1 dekabrƏməliyyat sarğısını açdırmaq üçün xəstəxanaya getmişdi - Qəzada öldü
Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən taksi sürücüsünün məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Yusif Osmanova (soyad şərtidir) hökm oxunub. Bildirilib ki, hadisə bu ilin yanvarında Suraxan
1 dekabrRusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Əkbər Xəlilov Tariyel oğlu Rusiyadan ölkəmizə ekstradisiya edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzr
17 noyabrBakıda restoranın yaxınlığında faciə - 4 ofisiant öldü
Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "Lake Hotel" restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib. "Azərişıq" ASC-dən sorğumuza cavab olaraq bildirild
21 noyabr