Bakıda avtobus sürətlə dayanacağa çırpıldı - Qadınları xilas edən kişi faciəli şəkildə öldü - YENİLƏNİB

Bakıda avtobus sürətlə dayanacağa çırpıldı - Qadınları xilas edən kişi faciəli şəkildə öldü - YENİLƏNİBBakıda sərnişin avtobusunun törətdiyi ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi ərazisində (Atçılıq adlanan yer) 136 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo New BS" markalı sərnişin avtobusu digər avtobusla ötüşərkən qəza törədib. Belə ki, həmin ərazidəki yürüstü piyada keçidinin yanındakı dayanacağa daha tez çatmaq istəyəna vtobuslar sürəti artırıb və bu zaman Yelmar Atakişiyev avtobusun idaretməsini itirərək gəldiyi sürətlə nəqliyyat vasitəsini dayanacağa çırpıb.

Oradakı şəxslərdən biri - 61 yaşlı kişi nəqliyyat vasitəsinin altında qalaraq vəfat edib. Daha bir nəfər isə ağır xəsarət alıb.

Hadisə şahidləri bildiriblər ki, avtobusun sürətlə yaxınlaşıdığını görən həmin şəxs qadınları kənara itələyib. O, özü uzaqlaşa bilmədiyindən avtobusun altında qalaraq ölüb.

Artıq 136 saylı marşrut avtobusunu sürən Yelmar Atakişiyev polis tərəfindən saxlanılıb. O, diər avtobusun onu sıxması nəticəsində qəza törətdiyini deyib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

***
Bakıda sərnişin avtobusu qəza törədib. Xəzər rayonunda olan hadisə zamanı bir sərnişin xəsarət alıb. O, da əraziyə gələn təcili yardım avtmobili ilə xəstəxanaya aparılıb. Gecə Nəsimi rayonunda baş verən ağır qəzada isə üç nəfər xəsarət alıb.

İdaretmədən çıxan sərnişin avtobusu yol kənarındakı ağaca çırpılıb.

Hadisə paytaxtın Xəzər rayonunda baş verib. Görüntülər isə sərnişinlərdən biri tərəfindən çəkilib.

''Koroğlu'' mübadilə mərkəzindən Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən 136 saylı avtobus Hava limanın keçdikdən sonra birdən idaretəmədən çıxaraq yol kənarındakı ağaça çırpılıb. Hadisə zamanı bir sərnişn xəsarət alıb.

Əraziyə gələn təcili tibbi yardım avtomobili ilə həmin şəxs 3 aylı şəhər xəstəxanasına aparılıb Xəstəxanadan verilən məlumata görə, həmin şəxsə yardım edilərək evə burxılıb.

Hadisə ilə əlaqədar sürücü Yelmar Atakişiyev Xəzər Rayon Polis İdarəsinə aparılıb. İlkin ifadəsində o, eyni istiqamətdə hərəkətdə olarkən, başqa biravtobusun sürücüsü tərəfindən sıxışdırılıdığı üçün bu qəzanın baş verdiyini deyib. Hazırda polis ərazidəki kameralar vasitəsi ilə qəzanın dəqiq səbəbini araşdırır. Sözügedən daşıyıcı şirkətin direktoru Vüqar Əzimov ''Xəzər Xəbər''ə bildirdi ki, sürücü Yelmar Atakişiyev artıq işdən çıxarılıb.

Gecə paytaxtın Nəsimi rayonunda da ağır yol nəqliyyat hadisəsi baş verib. ''VAZ 2107''markalı minik maşını ilə "Mercedes Vito" avtomobili toqquşub.

Rəşid Behbudov və 28 may küçələrinin kəsişməsində qeydə alınan qəzada hər iki sürücü və bir sərnişin yaralanıb. Hər iki avtomobilə isə ciddi ziyan dəyib. Hadisə yerinə gələn təcili yardım briqadası yaralılara ilkin yardım göstərib. Ağır yaralanan bir sərnişin isə dərhal xəstəxanaya çatdırılıb. Hazırda polis bu qəzanın da səbəbini araşdırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2356   Tarix: 11 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr