"BakuBus"un avtobuslarının yollarda qarşılaşdığı QORXUNC ANLAR - VİDEO
"BakuBus" MMC avtobuslarının yoluna çıxan avtomobillərin yaratdığı təhlükəli vəziyyətlərlə bağlı görüntülər yayıb.
MMC-dən Sonxeber.az-a verilən məlumata görə, bəzi sürücülərin idarə etdikləri nəqliyyat vasitələrini "BakuBus" MMC-yə məxsus avtobusların yoluna çıxararaq təhlükəli vəziyyətlər yaratması narahatlıq doğurur.
"BakuBus" MMC-yə məxsus avtobusları idarə edən sürücülər digər nəqliyyat vasitələri sürücülərinin yol-hərəkət qaydalarını pozması nəticəsində yaranan təhlükəli vəziyyətlər zamanı qəzalardan yayınmaq məqsədilə əyləcdən istifadə etmək məcburiyyətində qalır. Bu hal isə sərnişinlərdə narahatlıq yaradır və onlar "BakuBus" MMC-yə müraciət edirlər.
"BakuBus" MMC-yə sərnişin tərəfindən edilən müraciətin araşdırılması zamanı məlum olub ki, 24 may 2018-ci il tarixində saat 12:37-də Hüseyn Cavid prospektində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobusun qarşısına qəflətən minik avtomobili çıxıb. Baş verə biləcək qəzadan yayınmaq üçün avtobusun sürücüsü əyləcdən istifadə etmək məcburiyyətində qalıb. Bu zaman avtobusda olan bəzi sərnişinlər yıxılıb.
Həmçinin, 29 may 2018-ci il tarixində saat 09:37-də 5 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobusla bağlı Rəşid Behbudov küçəsində oxşar hadisə baş verib.
"BakuBus" MMC bütün sürücüləri yol-hərəkət qaydalarına əməl etməyə, idarə etdikləri nəqliyyat vasitələrini avtobusların hərəkət zolağına çıxarmamağa və təhlükəli vəziyyətlər yaratmamağa çağırır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 670 Tarix: 13 iyun 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşYeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə
Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib
26 aprelŞoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb
"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib
26 aprelKörpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç
26 aprelİrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin
25 aprel11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü
Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi
26 aprelAvtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl
25 aprel