Uşaq əməyindən istifadə edənlərə XƏBƏRDARLIQ - VİDEO

Uşaq əməyindən istifadə edənlərə XƏBƏRDARLIQ - VİDEOYeni çağırışlar ölkədə 1998-ci ildə qəbul olunan "Uşaq hüquqları haqqında qanun"un təkmilləşdirilməsi və ya yenilənməsini labüd edir.

Sonxeber.az ARB TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, Azərbaycanda uşaqlar daha çox fərdi təsərrüfatlarda işə cəlb olunur.

Müqayisə küçə ticarəti və digər sahələrdə azyaşlıların əməyindən istifadənin getdikcə azaldığını göstərsə də, bu sahədə öz həllini tapmalı olan məsələlər də az deyil. Günlərlə aparılan araşdırmalar zamanı paytaxt küçələrində uşaq əməyindən istifadə halları ilə qarşılaşmasaq da, bölgələrlə bağlı eyni sözü deyə bilmərik. Kameranı görüb üzlərini çevirən uşaqlar yol kənarında dovşan satırlar. Müsahibə vermək istəməyən balaca satıcılar bu ərazini özləri üçün iş yeri ediblər. Dediklərinə görə, hər gün bura gəlib 3-5 manat pul qazanırlar.

Nabil Seyidov - Uşaq hüquqları ilə bağlı ekspert: "Son 5 ili müqayisə etdikdə, onu qeyd etmək olar ki, uşaq əməyindən istifadə ilə bağlı xeyli azalma var. Xüsusilə də uşaqların səhhətinə, sağlamlığına, təhsilinin inkişafına zərər vuran əmək növlərinə cəlb olunması baxımından çox kəskin azalma var".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirirlər ki, Dövlət Əmək Müfəttişliyi bu sahə ilə bağlı hər il monitorinqlər aparır. Ötən il ərzində uşaq əməyindən istifadə ilə bağlı cəmi 1 və ya 2 hal aşkarlanıb.

Əbülfət Məhərrəmov - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti Şöbəsinin müdir müavini: "Uşaqlar, onların əxlaqi kamilliyinə mənəvi ziyan gətirə bilən iş yerlərində - gecə klublarında, kazinolarda, restoranlarda, narkotik və toksiki maddələrin satışı, dövriyyəsi, daşınması kimi iş yerlərində işləmələri qəti qadağandır".

Uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan təşkilatlar azyaşlıların əməyə cəlb olunmasını önləmək üçün qanunların işlək mexanizminin hazırlanmasını təklif edirlər. Mütəxəssislərin fikrincə, bu sahədə bir neçə qurum fəaliyyət göstərsə də, onların işi istənilən effekti vermir.

Nabil Seyidov - Uşaq hüquqları ilə bağlı ekspert: "Hər bir icra hakimiyyətinin nəzdində yetkinlik yaşına çatmayanlarların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar var. Bu komissiyalar işlək mexanizm deyil. Onların, demək olar ki, heç birində psixoloq yoxdur. Bu komissiyanın islahata uğraması çox vacibdir".

Digər məsələ vaxtından öncə əməyə cəlb olunan uşaqların psixoloji vəziyyəti ilə bağlıdır. Araşdırmalar göstərir ki, belə uşaqlar təkcə fiziki yox, psixoloji olaraq istismar olunur.

Aidə Nəbiyeva - Psixoloq: "Əgər bu gün uşağın vaxtı pul müqabilində istismar olunursa, bu, o deməkdir ki, uşaq öz dəyərli vaxtını pula qurban verir. Artıq uşağın psixologiyasında tamam başqa şeylər formalaşır".

Uşaqların zorakılıqdan qorunması üçün xüsusi reabilitasiya mərkəzlərinin yaradılması, bağça və məktəblərin hüquq-mühafizə orqanları ilə qarşılıqlı işləməsi üçün yeni mexanizmin hazırlanması da təklif olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 734   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel