Baş məşqçidən maraqlı açıqlama: "Qrupdan çıxsaq, iki butulka araq içəcəm"

Baş məşqçidən maraqlı açıqlama: "Qrupdan çıxsaq, iki butulka araq içəcəm""DÇ-2018"in debütantı Panama bu gün tarixində ilk yaşayacaq.

Dünya çempionatına ilk dəfə vəsiqə qazanmış Panama eyni qrupda olduğu Belçika, İngiltərə və Tunislə ilk dəfə qarşılaşacaq. Mərkəzi amerikalılar indiyə qədər hazırlıq matçları da daxil olmaqla bu yığmalarla heç vaxt qarşılaşmayıb.

Bu gün saat 19.00-da Belçika ilə qarşılaşacaq Panama ikinci matçını ayın 24-də Tunisə, qrupdakı son oyununu isə iyunun 28-də İngiltərəyə qarşı keçirəcək.

Tarixi uğura imza ataraq "DÇ-2018"ə vəsiqə qazanan bu yığma dünya reytinqində 55-ci pillədə yer alıb.

2014-cü ildə komandanın başına keçən kolumbiyalı Ernan Dario Qomezin rəhbərliyi altında Panama Şimali, Mərkəzi Amerika və Karib seçmə mərhələlərinə 4-cü turdan başlayıb. 6 komandanın mübarizə apardığı qrupda Meksika, Honduras, ABŞ, Kosta-Rika və Trinidad və Tobaqo ilə qarşlaşan komanda bu matçlardan 3 qələbə, 3 məğlubiyyət və 4 heç-heçə ilə ayrılıb. Nəticədə 13 xalla qrup üçüncüsü olan yığma tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanmağı bacardı.

Bu arada Panamanın baş məşqçisi maraqlı açıqlamlarla diqqət çəkib. 62 yaşlı Qomez Belçika ilə oyunöncəsi bunları söyləyib: "Futbolda hər şey olur. Bizim üçün uğurlu gün olsa, xal qazana bilərik. Dünya çempionatında qrupdan çıxsaq, iki butulka araq içəcəm. Zarafat edirəm, biz peşəkarlarıq".

Belçika - Panama matçının start fiti bu gün Bakı vaxtı ilə saat 19:00-da səsləndiriləcək.

qaynarinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1053   Tarix: 18 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27 aprel
.

İtaliyalı azarkeşlər alman futbolçunun ailəsini ölümlə hədələyiblər

İtaliyalı azarkeşlər Almaniyanın "Bayer 04" klubunun futbolçusunun ailəsinə ölüm təhdidi ilə bağlı mesajlar göndəriblər. Məlumata görə, Almaniya millisinin və "Bayer 04" klubunun futbolçusu Robert Andrixin həyat yoldaşı sosial şəbəkələrdən ölüm təhdidi ilə bağlı mesajlar yazıldığın

5 may
.

Şahruddin Məhəmmədəliyev: Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək. Bunu "Report"a açıqlamasında Türkiyənin "Adana Dəmirspor" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib. Qolkiper Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb: "Adana Dəmirspor" klub

27 aprel
.

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu barədə "Report"a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Dımçenko bu uğura Macarıstanın Seqed şəhərində təşkil edilən Avrop

28 aprel
.

"Qarabağ" hücumçusu ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb. "Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub. Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədə

5 may
.

Luka Modriç "Real Madrid"in tarixinə düşdü

Luka Modriç adını "Real Madrid" klubunun tarixinə yazdırıb. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi "Real Madrd" klubunun forması ilə yaşıl meydanlara çıxan ən yaşlı futbolçu adına yiyələnib - 38 il 238 gün. Beləliklə, Luk

5 may
.

Runi futbol əfsanələri ilə işləyəcək

Ueyn Runi "Birminqem Siti"dən qovulduqdan sonra klubsuz qalıb. Ancaq İngiltərə millisinin keçmiş oyunçusunun işsizliyi uzun sürməyib. -ın xarici mediaya istinadla məlumatına görə, 38 yaşlı Runi artıq özünə yeni iş tapıb. İngilis futbolçu 2021-ci ildə futboldan ayrılıb. Futbolçu karyerası ərzind

5 may
.

FIFA prezidenti "Qarabağ"ı təbrik edib

FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi olmuş "Qarabağ" klubunu təbrik edib. xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb. "Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu "Qarabağ" FK-n

27 aprel
.

"Real"ın futbolçuları mənə abi deyir" - Video

"Modriç mənə abi deyəndə təəccüblənirəm". "Qafqazinfo" xəbər verir ki, bunu "Real"ın türkiyəli oyunçusu Arda Gülər "Kafa Sports"a müsahibəsində deyib. Sözügedən müsahibənin anonsu verilib. O, "Real"ın futbolçularının ona münasibətindən danışıb: "Hamıs

29 aprel