Ermənistanı yerlə-yeksan edəcək müasir QIRICILAR Azərbaycana VERİLİR - DETALLAR - VİDEO

Ermənistanı yerlə-yeksan edəcək müasir QIRICILAR Azərbaycana VERİLİR - DETALLAR - VİDEOErmənistanın Rusiyadan Su-30SM döyüş təyyarələrinin almağa hazırlaşması ilə bağlı müqavilənin detalları ortaya çıxıb.

Sonxeber.az "Publika.az"a istinadla xəbər verir ki, Rusiyanın "Kommersant" nəşri Su-30SM-lərin Ermənistana verilməsi ilə bağlı müqavilənin Serj Sarkisyan hakimiyyəti dövründə bağlandığını yazıb.

"Müqavilə 2012-ci ildə imzalanıb. Müqaviləyə əsasən Su-30SM-lər 2024-cü ilə qədər Ermənistanın hərbi hava qüvvələrinə veriləcəkdi. Lakin maliyyə çətinliklərinə görə sifariş təxirə salındı. Rusiya müqaviləni Ermənistanın yeni hakimiyyəti ilə davam etdirmək niyyətindədir", - deyə nəşr yazıb.

"Regnum" agentliyi yazıb ki, təyyarələr yaxın 1-2 il ərzində Ermənistana veriləcək.

Lakin "Rosoboreneksport"dan "Kommersant"a bildiriblər ki, təyyarələrin Ermənistana nə vaxt veriləcəyi hələlik məlum deyil.

SU-30SM

Rusiya aviasiya sənayesinin bir neçə top-meneceri nəşrə bildirib ki, Ermənistan Su-30SM-lərə 2010-cu ildə maraq göstərməyə başlayıb.

2012-ci ildə imzalanan müqaviləyə əsasən, Ermənistana 12 Su-30SM təyyarəsi veriləcəkdi. Maliyyə çətinliyinə görə sifarişin çatdırılması saxlanılsa da, İrəvan-Moskva arasında təyyarələrlə bağlı mütəmadi danışıqlar gedirdi.

Nəşrin məlumatına görə, Ermənistanda hakimiyyət dəyişməsindən bir neçə ay öncə İrəvan təyyarələrlə bağlı yenidən Moskvaya müraciət edib. Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ruslara bildirib ki, təyyarələrin alınması 2024-cü ilə qədər təxirə salınır. Ermənistanın yeni hakimiyyəti köhnə müqaviləyə əsasən təyyarələri almaq niyyətindədir. Rusiya isə müqavilənin mümkün qədər tez – 2022-ci ilə qədər başa çatdırılmasını istəyir.

Baş nazir Nikol Paşinyanın Su-30SM təyyarəsinin kabinəsində foto çəkdirməsi də bunu deməyə əsas verir.

Strategiya və texnologiyaların analizi mərkəzinin eksperti Konstantin Makienko hesab edir ki, Rusiyanın Ermənistana müasir döyüş aviasiya komplekslərinin verməsi Azərbaycanı Qərbdən döyüş təyyarələri almağa sövq edə bilər.

"Belə presedentlər artıq var. Misal üçün, İrəvana "İskəndər" veriləndən sonra Azərbaycan Belarusdan "Polonez" raket sistemlərini aldı. Buna görə də Ermənistana Su-30SM verilirsə, Azərbaycana da Su-35 təyyarələri təklif edilməlidir", - deyə rusiyalı ekspert təklif edib.

Bu təklif Ermənistanda narahatlıq yaradıb. İrəvanda hesab edirlər ki, Rusiya Azərbaycanı onlardan üstün tutur.

Erməni şərhçi Naira Ayrumyan "Rusiya Ermənistana köhnə Su-30, Azərbaycana isə müasir Su-35 verir" deyə yazıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2941   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

29 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel