Videooyunlardan asılılıq xəstəlik sayıldı

Videooyunlardan asılılıq xəstəlik sayıldıÜmumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib.

Sonxeber.az "Azərtac"a istinadən bildirir ki, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib.

Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq.

Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur. Oyunlardan asılılıq mövcud olduğu halda insan onları digər maraqlardan və gündəlik fəaliyyətdən üstün tutur.

Bildirilir ki, oyun asılılığı simptomları uzun müddət ərzində həm fasiləsiz inkişaf edə, həm də mütəmadi yarana bilər.

Qeyd edək ki, Xəstəliklərin Beynəlxalq Təsnifatı xəstəliklər və ölüm halları barədə məlumatlar toplamağa imkan verən dünya standart metodikasıdır. Standartlaşdırma müxtəlif ölkələrin tibb sahəsi işçilərinə daha effektiv informasiya mübadiləsi etməyə imkan verir ki, bu da son nəticədə müxtəlif xəstəliklərlə mübarizədə daha səmərəli üsulların müəyyənləşdirilməsinə şərait yaradır.

Hazırda 1990-cı ildə yaradılan Xəstəliklərin Beynəlxalq Təsnifatının yenidən işlənmiş 10-cu variantından (XBT - 10) istifadə olunur və onun Ümumdünya Səhiyyə Təşkilatına üzv dövlətlərdə 1994-cü ildən tətbiqinə başlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 675   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

5 may
.

Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib

Prezident İlham Əliyev "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. "Report" xəbər verir ki, yenilənmiş qanuna əsasən, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə qadağa ləğv edilib. Yenilik "Kosmi

27 aprel
.

Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər

İrvindəki Kaliforniya Universitetinin alimləri qaranlıq maddənin varlığına dolayı ilə də olsa yeni sübutlar təqdim ediblər. Tədqiqat iki növ maddənin kompüter simulyasiyalarını əhatə edib: sadə və qaranlıq. Bu, ulduzların və kosmik qazın hərəkət sxemləri kimi həqiqi qalaktikaların tədqiqi zamanı müşahid

5 may
.

Kartofdan belə də istifadə edin – Evdar qadınlara tövsiyələr

Kartof məişətdə təhlükəsiz istifadə edilə bilən bir sıra keyfiyyətlərə malikdir. Bu, xüsusilə təhlükəsiz və təbii təmizləyici vasitələrdən istifadə etməyə çalışan evdar qadınlar üçün doğru olacaq. Kartofdan təmizləyici vasitə kimi necə istifadə etmək olar?. -a istinadən bununla bağlı tövsiyələri təqdi

28 aprel
.

Kurslar.az - Kurslar, online Kurslar, təlimlər

Bütün kurs və təlimlər saytında!. İndi gördüyünüz işi reklam etmək, özfəaliyyətiniz haqda böyük kütləyə məlumat vermək xeyli asandır. Pulsuz kurs elanları platforması olan saytımız da məhz bu məqsədlə yaradılıb: həm kurs keçən insanların öz işini xeyli sayda insana tanıtması, həm də kursa yazılmaq istəyənləri

5 may
.

"TikTok"da bir-birini tapan "əkizlər" trend oldu

TikTok sosial şəbəkəsində bir-birlərinə çox bənzəmələri ilə diqqət çəkən iki azərbaycanlının söhbəti trend olub. -ın xəbərinə görə, biri Zərdab, digəri Ağcabədi rayonundan olan Məhəbbət və Ədalət adlı bu iki nəfər sosial şəbəkədə təsadüfən tanış olublar və oxşarlıqlarına özləri də mat qalıblar. Sosia

5 may
.

Gözəllik və sağlamlıq xidmətləri Xidmetler.AZ saytında

ın əsas kateqoriyalarından olan Gözəllik və Sağlamlıq bölməsindən daha çox xanımlar istifadə etsələr də, burada kişilər üçün də xidmətlər nəzərdə tutulub. Təbii ki, kişilərlə müqayisədə xanımlar daha baxımlı olurlar. Buna görə də mütəmadi olaraq kosmetoloqa, saç ustasına, manikür və pedikür ustasın

4 may
.

İctimai yerlərdə açıq-saçıq geyinmək: "Bizə çox şey deyirlər, amma ciddiyə almırıq" - VİDEO

Sosial şəbəkələrdə gənc xanımın açıq-saçıq geyiminə görə mağazadan qovulduğunu əks etdirən görüntülər yayılıb. Video insanlar tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Baku TV paytaxt sakinləri arasında sorğu keçirib. Gənc müsahib bildirib ki, geyimə görə bizə çox şey deyirlər, amma ciddiy

28 aprel
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28 aprel