Deputat: "Günnütə qayıdışdan danışmaq hələ tezdir"

Deputat: "Günnütə qayıdışdan danışmaq hələ tezdir"Xəbər verdiyimiz kimi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan MR Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.

26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına gedərək, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.

Bir neçə gün öncə isə Müdafiə Nazirliyi Günnüt kəndinin erməni işğalından azad edilməsinə dair video yayıb.

Modern.az saytı Günnütlə bağlı son məlumatları öyrənməyə çalışıb. Naxçıvan Ali Məclisinin deputatı Turan Məmmədli saytımıza açıqlamasında insanların sevinc içində öz torpaqlarına qayıtmaq eşqinin olmasından danışıb. Xanım deputat sakinlərin gələckdə Günnütə köçürülməsi məsələsinə də toxunub.

"Hər bir günnütlü torpaqlarımızın 26 ildən sonra geri qaytarılmasına çox sevinir. Amma sakinlərin köçürülməsi barədə hələ nəsə deyə bilmərik. Çünki bu proqram çərçivəsində həll olunacaq məsələdir. Həllini tapan zaman mətbuata da bu barədə geniş açıqlama veriləcək. Deputat olaraq öncədən hansısa fikri səsləndirməyimiz doğru deyil.

Biz işğaldan azad edilmiş hansı torpaqlarımızı boş qoymuşuq ki?! Bu gün insanlar Cocuq Mərcanlıda necə firavan yaşayır! Biz Günnütə də gedib yaşayacacağıq. İnsanlar bilə-bilə ki, minalanmış sahələrdir, ora can atırlar. Təsəvvür edin: böyük maşın karvanı Günnütə yol aldı. İnsanlar dağılmış məzarları 26 ildən sonra ziyarət etdilər. Hər bir günnütlü neçə illər idi ki, vətən həsrəti ilə yaşayırdı. Sökülmüş qəbir daşlarını düzəltdilər. Quran oxundu, ehsan verildi. Bu da onu göstərir ki, insanlarımız torpağına sadiqdir. Deputatlıq missiyamdan əlavə, həm də məktəb direktoruyam. İnanın, hər bir məktəbli mütləq hərbçi olmaq barədə düşünür. Uşaqların da, gənclərin də vətənə, torpağa olan sevgisini gözlərindən oxumaq mümkündür".

Xanım deputat bildirib ki, hər bir günnütlü dövlət başçısının verəcəyi qərara uyğun addım atacaq.

"Hazırda Naxçıvanda 100-dən artıq günnütlü ailə var. Dövlətimiz onlar üçün hər cür şəraiti olan evlər tikib. Otlaq sahələri var. Amma insanlarımız Günnütə köçmək arzusundadırlar. Bu gün günnütlülər Cocuq Mərcanlı sakinlərinin əhval-ruhiyyəsindədir. Sadəcə, dövlət başçımız nəyə qərar verəcəksə, biz də ona uyğun hərəkət edəcəyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1156   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel