Bağçada uşağın üzünə dağ basdığı iddia edilən müəllimə İŞDƏN ÇIXARILDI
Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib. Bu barədə Facebook sosial şəbəkəsində məlumat və fotolar yayılıb. Məlumata görə, hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib. Qeyd olunur ki, bağçada işləyən Gülnarə adlı müəllimə Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, "uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb". Bildirilir ki, uşağı ekspertizaya aparıblar və orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub.
Bununla bağlı BiG.AZ-a açıqlama verən körpənin anası Leyla İsmayılova bildirib ki, artıq bu vəhşiliyi tötədən müəllim işindən azad olunub: "Hadisə iyunun 21-də baş verib. Müəllim iddia edir ki, bu ehtiyatsızlıqdan olub. Guya çaydandan soyuq su töküb uşağın üzünə qoymaq istəyib. Bilməyərəkdən isti su töküb. Mən bununla bağlı hüquq-mühafizə orqanlarına və Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Mənim müraciətimə elə gecə ilə baxılıb. Artıq müəllimin işdən çıxma əmri verilib".
L.İsmayılova onu da bildirib ki, hazırda uşağın vəziyyəti yaxşıdır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 797 Tarix: 23 iyun 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda özəl klinikada əməliyyat olunan uşaq öldü
Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa
26 aprelBakının bu rayonunda qaz kəsiləcək
Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"
26 aprelQobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO
Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik
26 aprelŞoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb
"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib
26 aprel"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH
Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli
26 aprelİkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə
25 aprel"Aquavita" işçilərinin maaşını vermir - İDDİA
Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah
26 aprel