İşıq sönən zaman metroda qalan jurnalist başına gələnlərdən yazdı

İşıq sönən zaman metroda qalan jurnalist başına gələnlərdən yazdıAyxan Ayvaz

Dünən metroda müharibənin məşqi oldu. Hələ də ağlaşan uşaqların, çığırışan qadınların, özündən gedənlərin səsləri qulağımda cingildəyir

Gəncliklə Nərimanov metrosunun aralığında qatar qəfil dayandı. Maşinist dedi ki, narahat olmayın iki dəqiqəyə tərpənəcək. O iki dəqiqə on dəqiqə oldu, sonra bir saat.

Bizim camaatın yumor hissi orda özünü göstərdi.

- 15 dəqiqəyə qatar tərpənəcək...

- Hesablamısan dəqiq?

- Xahiş edirəm, narahat olmayın...

- Alə, bu məni eşidir? – zarafat edən oğlan yanındakından soruşdu və qatardakılar uğundu.

Bu arada məni və hamını tər basmışdı. Paltarımız bədənimizə yapışmışdı. Artıq paltarımızı dərimizin bir hissəsi kimi qəbul etmişdik.

- Hamam oldu ki, bura

- Bircə su gəlsəydi...

- Qardaş, sabun göndər ordan...

Maşinistin səsi gəldi:

- Panika yaratmayın! Hər şey yaxşı olacaq.

Balaca uşaqlar ağlaşmağa başladı. Bir qadın özündən getdi. Çantalar eşələndi, silah lüləsi kimi su dolu butulkalar qadına tuşlandı.

Dəsmallar bayraq tək sallandı. Qadının huşu getmişdi, amma nəsə pıçıldayırdı. Bir az yaxına gəlib soruşdum:

- Nə istəyirsiniz?

- Telefon, telefonum...

Təbəssüm dolaşdı qatardakıların üzündə. Mən o tərəf-bu tərəfə boylandım. Bir uzun saçlı qız araya girdi:

- Məndədir, Seva, narahat olma.

Qız gözünün birini yarı açdı, gülümsədi və bir anlıq dərin bir ah çəkdi.

Hamı gülüşdü bu vəziyyətə.

- Qardaş, istəyirsən mən sürüm? – Zarafatlar başlamışdı. – Ya da bura taksi sifariş eləyək, qatarı aparsın Nərimanova.

- Futbol da başlayıb e. – Kimsə narazılıqla başını yellədi.

- Mama, içəridə qalmışıq. Metroda. İstidən ölürəm. Evdə su gəlir? – Bir qızın səsi.

- Namiq, metrodayam. Qatar dayanıb. Tema var e, qaqa. Şəkillər filan çəkmişəm. Video da çəkəcəm.

- Alə, şot neçə-neçədi?

- Xahiş edirəm, sakit durun, maşinistin səsini eşidək.

- Makyajım axdı e... Zibil...

- Sizdə salfetka olmaz?

- Su... Su!

Yenə birinin ürəyi getdi... Kömək əlləri uzandı...

- Heç olmasa qapını açın!

- Xahiş edirik, panika salmayın. Qapılar açılacaq. Amma heç kim düşməsin. Aşağıda gərginlik var.

Bir qaqaşın buna reaksiyası:

- Qaqa, əsas burda gərginlik var e...

Qapılar açılanda nədənsə Titanik gəmisini xatırladım. Elə bildim batırıq. Böyük bir bataqlığa düşmüşük. Qapının qabağında dayanan qaqaşlar yumorla camaatı panikadan uzaqlaşdırmağa çalışırdılar:

- Bu qapı cəhənnəm qapısıdır, keçmək olmaz.

- Qıl körpüsüdür.

- Bir az turnik eləyim...

Və mən qalanını izləyə bilmədim. Gözlərim torlandı. Adamları zolaqlı gördüm. Əvvəl-əvvəl qabaqdakıların rəngi yerindəydi, getdikcə solğunlaşmağa başladı və birdən kimsə bütün rəngləri söndürdü.

- Ay! Sakit durun! Oğlan özündən getdi!

- Su gətirin!

- Qatarlardan düşə bilərsiniz!

Mən bunları eşidirdim, amma narkozdakı adam kimi... Qəfil gözlərimi açanda mənə baxan doğmalığı gördüm. Gülümsəyirdi hamı. İnanın kövrəldim. Ağlamaq tutdu məni.

Qızları və qadınları köməkli aşağı düşürtdük.

- Diqqətli olun, dəmirlərə və toka toxunmayın.

Bir xətt üzrə hərəkət edirdik. Qatar ölmüş anakondanı xatırlatdı mənə. Ona tutuna-tutuna gedirdik. Hamı yola işıq salırdı. Qaranlığı yara-yara irəliləyir, bir-birimizlə tanış olur, söhbətləşirdik.

Hamı dostlaşmışdı, doğmalaşmışdı. Mən xalqımızı çoxdandır ki, belə bir arada görməmişdim.

Hələ bunun arxası da varıydı. Hay-küy səsləri, çığırışan və ağlaşanların, haray çəkənlərin simaları film kadrları kimi tez-tez ötüb keçirdi.

Nərimanovdan çıxanda döyüşdən sağ çıxmış əsgərləri xatırladırdıq. Çöldə dayananlar bizi qucaqlayırdı. İnanırsınız? Həqiqətən qucaqlayırdılar. Su təklif edən, halını-əhvalını soruşan, içəridəkilərlə maraqlanan nə qədər adam gördüm..

Bircə taksi sürücülərinin Allahı vermişdi. Özlərini dağın başına qoymuşdular. Qiymətləri qəfil qaldırmışdılar. Etiraz da etmək olmurdu. Avtobuslar tıxa-basa gəlirdi.

Orda adamların birliyi məni heyrətə gətirdi. Pulu çatmayanlara dəstək duranlar var idi. Bir yerdə atışıb getmək istəyənlər. Avtobusun qabağına sədd çəkənlər.

Mən özümə gəlmişdim və gördüyüm bu mənzərələr kefimi duruldurdu. Evi düşünürdüm, çiməcəyimi...

- Su gəlir?

- İşıq yanır?

Həmin günün sualları idi bunlar. Hamı narahat idi, amma bir ümid də vardı. Böyük bir ümid. Gözləri gülürdü adamların, zarafatlarından qalmırdılar. Əl tuturdular bir-birilərinə... Yolun qırağına toplaşmış o insanları həmin gün bu pozitivlik, bu yumor xilas etdi.

Mən özümü birtəhər avtobusa salanda içəridən doğmalıq qoxusu gəlirdi. Bütün adamların adı Sevgi idi o gün...

///kulis.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1993   Tarix: 04 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kredit və borc mübahisələrində vətəndaş özünü necə qoruya bilər? - AÇIQLAMA

Kredit və borc münasibətləri müasir dövrdə ən çox mübahisə doğuran hüquqi sahələrdən biridir. İnsanlar çox vaxt müqaviləni tam oxumadan imzalayır, öhdəliklərin həcmini və mümkün riskləri düzgün qiymətləndirmir. Nəticədə gecikmələr, əlavə faizlər, cərimələr və məhkəmə çəkişmələri yaranır. Bəs görəsə

26 fevral
.

İcra başçısı üç məmurun yerini dəyişdi

Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının bəzi qəsəbələr üzrə nümayəndələri dəyişib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmrlər imzalayıb. Məlumata görə, nümayəndələrin yerdəyişmələri rayonun Bakıxanov, Zabrat və Nardaran qəsəbələri üzrə aparılıb

26 fevral
.

"Regional Hospital"ın 824 min manatdan çox vergi borcu üzə çıxdı

"Regional Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb. "Unikal"a istinadən xəbər verir ki, "Regional Hospital"ın hazırda dövlətə 824 min 946 manat vergi borcu mövcuddur. Qeyd edək ki, nizamnamə kapitalı cəmi 4 AZN olan MMC-nin direktor

25 fevral
.

"Beauty Derm" Estetik Mərkəzində pasiyentlərə Esmira İbrahimli tərəfindən edilən qüsurlu əməliyyatlar nə zaman dayandırılacaq? -Video

Qulağının yarısı kəsilib, üzü iflic olub, kəllə beyin travması alıb, 5 aydır şiddətli ağrılardan əziyyət çəkir. XALQ-ın xəbərinə görə, uğursuz estetik əməliyyatın qurbanı olduğunu iddia edən Gülnarə Həmidova deyir ki, tik-tok sosial sosial platformasında qarşısına çıxan "Beauty Derm" Esteti

25 fevral
.

245 min manat vergi borcu olan "Uniklinika" işçilərinin maaşlarını gecikdirirmiş

Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən "Uniklinika" adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığı barədə xəbərlər yayılıb. Belə ki, vergi uçotuna "Unikal-A" Məhdud Məsuliyyəti Cəmiyyəti adı ilə alınan "Uniklinika"nın 245 min manatdan ço

25 fevral
.

48 aptekdə yoxlama - Nöqsanlar tapıldı

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AEM məlumat yayıb. Bildirilib ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarınd

26 fevral
.

Ər-arvadın bir-birinin xarici görünüşünə lağ etməsi hüquqları pozur - Ali Məhkəmə

Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib. "Qafqazinfo" xəbər verir ki, məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci i

25 fevral
.

Bu tarixdən hava kəskin PİSLƏŞİR - Temperatur 8° düşəcək, QAR YAĞACAQ

Azərbaycanda sabahdan havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağ

25 fevral
.

Bu gün 12 kənddə işıq olmayacaq

Fevralın 25-də Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. xəbər verir ki, idarədən bildirilib ki, bununla əlaqədar olaraq Düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq və Düylün 10 kv-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikl

25 fevral