"İstək" liseyi buna görə bağlandı – Millət vəkili

"İstək" liseyi buna görə bağlandı – Millət vəkiliTəəssüf ki, bir təhsil ocağı öz fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul edib.

Sonxeber.az bildirir ki, bu sözləri Axar.az-a "İstək" liseyinin fəaliyyətini dayandırması ilə bağlı danışan millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də çox ciddi rəqabət var:

"Valideynlər bu gün övladlarına keyfiyyətli, müasir tələblərə cavab verən təhsil verməkdə maraqlıdır. Bu baxımdan mümkündür ki, son dövrlərdə "İstək" liseyində işlər kifayət qədər yaxşı qurulmadığına görə valideynlər övladlarını başqa məktəblərə köçürüblər. Yəni ilk növbədə, bu məktəb digər məktəblərdən şagird qəbuluna, təhsil səviyyəsinə görə gerilədiyini görərək, bundan sonra fəaliyyətini davam etdirməyə ehtiyac hiss etməyib.

Ola bilsin ki, həmin liseyin bazasında yeni məktəb yaranacaq, yaxud da başqa məktəbin tərkibinə daxil olacaq. İstənilən halda, bu gün təhsil sahəsində rəqabət məktəbləri işini daha yaxşı qurmağa, valideynlərin marağını nəzərə almağa məcbur edir".

Millət vəkili bildirib ki, ildən-ilə ölkəmizdə şagirdlərin təhsil səviyyəsi yüksəlir:

"Mən eyni zamanda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının müəllimiyəm. İldən-ilə qəbul olunan tələbələrin təhsil səviyyəsinin yüksəldiyini müşahidə edirəm. Bunu isə orta məktəblərdəki hazırlıq, valideynlərin öz övladlarının daha keyfiyyətli təhsil almasında maraqlı olması ilə izah edirəm".

Qeyd edək ki, ötən gün "İstək" liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3204   Tarix: 07 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel