Mir Şahin icra başçısını güllələyən Yunis Səfərovdan danışdı

Mir Şahin icra başçısını güllələyən Yunis Səfərovdan danışdıQısa qapanma, uzun açılma: şəbəkələrdə yüksək gərginlik

...Qaranlıqlar çəkilir və yavaş-yavaş hər şey aydınlaşır. Gəncə İcra Hakimiyyətinin başçısı, yüksək vəzifəli dövlət nümayəndəsi Elmar Vəliyevə Yunis Səfərovun atəş açmasını ilk dəfə olaraq terror aktı kimi qiymətləndirən deyəsən REAL olaraq biz idik. Ona görə ki, hadisənin bütün əlamətləri buna dəlalət edirdi. Və biz iyulun 4-də, fövqəladə buraxılışımızda yaxın tariximizin Afiyəddin Cəlilov və Şəmsi Rəhimov qətllərini də təsadüfən xatırlatmamışdıq.

Əlbəttə, Azərbaycanın hüquq mühafizə orqanları həm bu terror aktını, həm də Mingəçevir İstilik Elektrik Stansiyasında, onun ətrafında baş verən qaranlıq hadisələri ciddi araşdırır. Nəticələr barədə yəqin ki, yeni məlumatlar da olacaq. Amma hər bir təhlilçi kimi mənim də fərziyyə irəli sürmək haqqım var və elə buna görə də hesab etməyə bilərəm ki, İstilik Elektrik Stansiyasında baş vermiş olay qəzadır, ya da yalnız qəzadır. Qaranlıq çox tünddür. Yanğından, partlayışdan sonra ortada tüstü, duman da var. Məsələn, günlərin bir günü məlum olsa ki, Yunis Səfərov terror cəhdindən az əvvəl bulanıq Mingəçevir dənizində balıq tuturmuş, buna qətiyyən təəccüblənmərəm. Çünki əvvəla Mingəçevir Gəncədən məsafə etibarilə çox uzaqda deyil. Terror texnologiyası və terrorçu təfəkkürü isə diqqəti yayındırmaq məqsədilə eyni gündə bir neçə aktın həyata keçirilməsini istisna etmir, bir sıra hallarda isə hətta zərurətə çevirir. Mən bu ehtimalı istisna etmirəm. Bəli, Mingəçevir istilik elektrik stansiyasında texniki vəziyyət yarıtmazdır, istehsalat mühiti əlverişsizdir. Amma burda olduğum müddətdə anladım ki, bu çox böyük, strateji sahə, nəhəng işıq tarlamız ən yaxşı və ən etibarlı mühafizə edilmir. Və bu etibarsız avadanlıqlar kənar müdaxilə ilə də partlaya bilərdilər.

Doğrudur, mən o iddiada da deyiləm ki, kimsə həmin əraziyə qumbara atıb. Amma həssas suallar var. Məsələn, iyul ayının 5-də, səhər tezdən baş vermiş üçüncü yanğının təsvirləri o saat telefona çəkilir və dərhal da sosial mediyaya ötürülür. Çox asan bir şəkildə. Sonradan öyrəndim ki, çəkiliş bayırdan, mühafizə olunmayan ərazidən, amma hasarın dibindən, yanan transfarmatora ən yaxın nöqtədən aparılıb. Yaxşı, tutaq ki, çəkilişi aparan kəs heç pis niyyətli birisi, vətənini, anasını bir ərəb dürməyinə, fars çilovuna təklif edən vələduzna deyil, sadəcə bir maraqcıldır, görüb yanır, çəkib və qoyub facebooka.

Bəs, telefonu başqa bir qurğu əvəz edərsə. Axı Yunis Səfərovun Suriyada döyüş təlimi keçdiyi deyilir, onda belə çıxır ki, o, təlim düşərgələrində ən primitiv partlayıcı qurğuların hazırlanma üsullarına da, onların kənardan işə salınması tək adi mücahid vərdişlərinə də yiyələnə bilərdi. Təkrar edirəm, istintaq araşdırması davam edir, müstəntiqlər işləyirlər, hər şey tezliklə tam aydınlaşacaq və bəlkə də elə Yunisin Mingəçevirdə ömründə bir dəfə də olmadığı məlum olacaq.

Amma ehtiyatlı igidin anası ağlamaz. Bu fərziyyəni də yoxlamaq olar, çünki hadisələrin bir-birinə parketvari bağlanması, işıqların bütün ölkədə keçməsi, təkrar qəzanın, məhz səbəbləri araşdıran komissiyanın iclası davam edərkən baş verməsi, Gəncə İcra Hakimiyyəti başçısına terrorun məhz ikinci qəza ilə təxminən eyni vaxtda törədilməsi, özü də bu olayların Azərbaycan polisinin 100 illik yubiley günlərinə düşməsi məndən ötrü adi təsadüf zənciri deyil. Onu da nəzərə alaq ki, hadisənin ilk günündən müxtəlif mülahizələr səslənib. Yunisin anasının Rusiyanın xüsusi xidmət orqanlarına işlədiyini deyən də olub, bu faktın dini ekstremizm anlayışı ilə heç bir bağlılığının olmadığını söyləyənlər də. Hakimiyyət nümayəndəsinə açılan atəşdə təxribat və terror ehtimalının olmasını qətiyyətlə rədd edənlər də olub, onu adi kriminal hadisə kimi şərh edənlər də. Özü də bu mülahizələri sıravi vətəndaşlar irəli sürməyib. Onlar hakimiyyətdə kifayət qədər yüksək və məlumatlı postlar tuturlar. Gördüyünüz kimi rəylər və fərziyyələr tez-tez dəyişir. Deməli yenə də dəyişə bilər. Onda niyə bizim fərziyyənin günəş, daha doğrusu qaranlıq altında yeri olmasın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2656   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel