1 kilosu milyon dollara - Dünyanın ən bahalı çayları

1 kilosu milyon dollara - Dünyanın ən bahalı çaylarıÇay içmək gündəlik həyatımızın vazkeçilməz parçasına çevrilib. İsti, aromatlı çay bütün dünyada insanlar tərəfindən sevilir. Planetimizdə gün ərzində milyonlarla fincan çay içilir. Çay sudan sonra ikinci ən populyar içkidir. Amma elə çaylar da var ki, onu almaq hər adama qismət olmur.

Sonxeber.az "Ölkə.Az"-a istinadən dünyanın ən bahalı çaylarının qiymətini təqdim edir.

"Tienhchi" gül çayı

Qiyməti: 1 kq 330 dollar

Dünyanın ən yaxşı çaylarından biri hesab edilir. "Panax notoginseng" elmi adıdır. "Panax" latın dilindən tərcümədə bütün xəstəliklərin dərmanı kimi məna verir. Çində becərilir. Yuxusuzluq, baş gicəllənməsi, zəhərlənmə və dəri problemlərinə qarşı əladır.

"Silver Tips İmperial" çayı

Qiyməti: 1 kq 400 dollar

Makaybari plantasiyalarında yığılır. Himalay dağlarının 750-2000 metr hündürlükdəki hissələrində becərilir.

Göykuro çayı

Qiyməti: 1 kq 3.300 dollar

Şərqdə becərilir. Yığımdan iki həftə əvvəl kölgəyə çəkilir. Bu isə yarpaqlarda amin turşusunun miqdarını artırır. Yaponiyanın Udzi vilayətində becərilir.

"Pu Pu Puer" çayı

Qiyməti: 1kq 2.100 dollar

Çox əla aromatı var. Çinin Yunnan əyalətində becərilir. Maraqlıdır ki, bu çayı aromatlı edən ömrü boyu çay yarpaqları ilə qidalanan həşəratlardır. Çox kiçik olduqları üçün fermerlər onları pinset vasitəsilə çay yarpağından təmizləyirlər. İlk dəfə XVIII əsrdə kəşf edilib və həkimlər tərəfindən imperator Tsyanlunuya hədiyyə edilib.

"Yellow Gold Tea Buds" çayı

Qiyməti: 1 kq 6200 dollar

Dünyada yeganə bir yerdə becərilir. Dağ ətəyində becərilən çayı bir gün ərzində qızıldan hazırlanmış qyaçı ilə kəsirlər. Xüsusi bağlı konteynerlərdə qurudulur. Çay yarpaqlarının üstünü 24 karatlıq qızılla örtürlər. Bu çayı ancaq bilən adamlar Sinqapurdan ala bilərlər. İnternet vasitəsilə sifariş qeyri-mümkündür.

"Tieguanyin" çayı

Qiyməti: 1 kq 6.600 dollar

Buddizmin mərhəmət tanrısının şərəfinə adlandırılıb. Qara və yaşıl çayın bir neçə növündən əldə edilir. Ulun çay ailəsinin kralı sayılır. Bu üsul XIX əsrdə kəşf edilib. Yarpaqlar yığıldıqdan sonra isti günəş altında qurudulur, sonra soyudulur, sonra yenidən açıq havada qurudulur. Bundan sonra doğranır və aromatlaşdırılır. Onun yarpaqlarını ən azı 7 dəfə dəmləmək mümkündür. Çay aromatını itirmir.

"Vintage Narcissus Ui Ulun" çayı

Qiyməti- 1 kq 12 min dollar

2013-cü ilin noyabr ayında Honkonqdakı sərgidə cəmi 20 kq-lıq qutu nümayiş edilib. Bu qutunun başına ötən əsrin ortalarından çox macəra gəlib. 1960-cı illərdə bu çayı Çinin Ui rayonundan Sinqapura ixrac ediblər. Bir neçə sahib dəyişən çay bir kolleksioner tərəfindən alınaraq yenidən Honkonqa gətirilib. Qədim yunan ilahəsi Narsisin şərəfinə adlandırılıb.

"Panda Dung" çayı

Qiyməti: 1 kq 70 min dollar

Tərcüməsi panda nəcisi deməkdir. Məhz bu çayın sirri də bu sözdədir. Pandalar vəhşi bambuk yeyirlər. Bambukun tərkibindəki 30% faydalı maddə pandanın mədəsi tərəfindən həzm edilir. Qalan 70% isə nəcis vasitəsilə çölə çıxır. Çinin Sıçuan vilayətində ilk dəfə üzə çıxıb.

"PG Tips" almaz çay paketi

Qiyməti: 1 paket 15 min dollar

2005-ci ildə İngiltərənin məşhur çay şirkəti "PG Tips" 75 illik yubileyi şərəfinə eksklüziv çay paketləri istehsal etdi. Almaz dizaynlı paketin birinin qiyməti 15 min dollar idi. Hər paketin tərkibində 280 karat brilliant və elit "Sliver Tips İmperial" çayı var.

"Da-Hong Pao" çayı

Qiyməti: 1 kq 1.2 milyon dollar

Bütün Çin çayları və Ui Ulun çay növlərinin kralıdır. Tərcüməsi böyük qırmızı xələt deməkdir. Min sülaləsinin ən böyük sirrini saxlayır. Ehtimal edilir ki, imperator Mat ağır xəstəlikdən məhz bu çay vasitəsilə müalicə olunub. İmperator ən sadiq adamlarını bu çayın harada yetişdiyini öyrənmək üçün göndərir. Ui dağının ən hündür qayasında bu çayın 4 kolu tapılıb. Bu gün cəmi üç kolu qalıb. Satışda tapmaq mümkün deyil.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1500   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İtaliyada minlərlə dinozavr izi aşkarlandı - 200 milyon ildən çox yaşı var

Şimali İtaliyadakı Stelvio Milli Parkında 200 milyon ildən çox yaşı olduğu düşünülən minlərlə dinozavr izi aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bildirilib ki, sentyabr ayında Stelvio Milli Parkında təbiət fotoqrafı tərəfindən aşkar edilən izlə

17 dekabr
.

Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO

Dövlət universiteti olan İstanbul Medeniyet Universitetində təqdim olunan açıq bufet yemək xidməti diqqət çəkib. türk mediasına istinadən xəbər verir ki, menyuda yeməklərin çeşidinin çoxluğu ilə yanaşı, qiymətinin cəmi 50 TL olması maraq doğurub. İstanbul Medeniyet Universitetinin tələbələrinə göstərdiy

19 dekabr
.

Qış üçün üç şorba: tez, asan və inanılmaz dərəcədə ləzzətli - RESEPT

Çöldə şaxta hökm sürdükdə, orqanizm isti və rahatladıcı yeməklərə can atır. Məhz bu zaman şorbalar ideal seçimə çevrilir. Qış aylarında onlar təkcə isitmır, eyni zamanda enerjini bərpa edir, sakitləşdirir və immuniteti dəstəkləyir. Bu seçimdə üç fərqli, lakin eyni dərəcədə rahatlıq bəxş edən yemək təqdi

19 dekabr
.

[b]Çilingər kimdir və hansı xidmətləri yerinə yetirir?[/b]

Çilingər xidməti gündəlik həyatda ən çox ehtiyac duyulan, lakin əhəmiyyəti adətən yalnız problem yarandıqda başa düşülən peşələrdən biridir. Açarın itməsi, qapının kilidlənməsi və ya kilidin sıradan çıxması kimi hallar hər kəsin başına gələ bilər. Belə vəziyyətlərdə peşəkar çilingər həm vaxt itkisin

21 dekabr
.

Ekspert "ən sağlam" çay haqqında mifi dağıtdı

"Yaşıl və qara çay eyni bitkidən hazırlanır. Buna görə də sağlamlıq baxımından həlledici amil çayın növü deyil, onun keyfiyyəti və hansı miqdarda istehlak edilməsidir". xəbər verir ki, bu barədə rusiyalı tibb eksperti Yekaterina Kaşux Rusiya mətbuatına açıqlamasında bildirib. Onun sözlərin

18 dekabr
.

Zidanın "Real"a qayıtmamasının səbəbi

Fransalı məşqçi Zinəddin Zidan, mümkün qayıdış şayiələrinə baxmayaraq, "Real"a qayıtmayacaq. Əvvəllər hazırkı baş məşqçi Xabi Alonsonun "Real"dan qovulmaq üzrə olduğu bildirilirdi. 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra məşqçilik etməyən Zidan, onun yerinə əsas namizə

19 dekabr
.

Maşınınız yola görə zədələnibsə, kompensasiya ala bilərsiniz - Sürücülərin yaralı yeri

Yollarında çuxurların, dərin dəliklərin yaranması, asfalt örtüyünün çökməsi ilə bağlı şikayətlərin hər zaman var. Bu cür problemlər isə təkcə sürücülər üçün narahatlıq yaratmır, eyni zamanda avtomobillərə ciddi maddi ziyan vurur. Alt hissənin zədələnməsi, təkərin deşilməsi və digər texniki problemlə

19 dekabr
.

Bunu süfrədə qoyma - Hansı əşyalar yoxsulluq və bədbəxtlik gətirir?

Yemək masası qədimdən təkcə məişət əşyası deyil, həm də bolluq, ailə ocağı və birliyin rəmzi hesab olunub. Xalq inanclarına və qədim əlamətlərə görə, süfrənin üzərində qoyulan bəzi əşyalar evə yoxsulluq, mübahisələr və maliyyə çətinlikləri cəlb edə bilər. xarici mediaya istinadla köhnə inanclara əsasə

21 dekabr
.

Pişiyinizə qətiyyən bunları verməyin

Baytarlar heyvanları insanlara aid dərmanlarla müalicə etməməyə çağırırlar. xarici KİV-ə istinadla bildirir ki, avstraliyalı baytar həkim, Bondi Vet kimi televiziya şoularındakı çıxışları ilə tanınan doktor Liza Çayms ev heyvanı sahibləri üçün vacib tövsiyələrini bölüşüb. O vurğulayıb ki, pişiklərə he

19 dekabr