"O videonu yutubdan sildim, çox utanırdım..." – Əməkdar artistin oğlu - VİDEO

"O videonu yutubdan sildim, çox utanırdım..." – Əməkdar artistin oğlu - VİDEOBAKU.WS-in budəfəki müsahibi reper, Rus Dram Teatrının aktyoru İbrahim Çingizdir.

- Müsahibəmizə ilk çəkildiyin "Vicdan haqqı" serialından başlayaq. Necə oldu ki, həmin seriala dəvət aldın?

- Mən Bakıya qayıtdıqdan sonra Rus Dram Teatrına işə düzəldim və orada aktyor Elşad Süleymanla tanış oldum. Bir müddətdən sonra Elşad mənə zəng etdi və dedi ki, reytinqlərdə birinci olan "Vicdan haqqı" serialına avara, tatusu olan, saçı uzun fərqli bir obraz lazımdır. Mən Elşadın təklifi ilə kastinqə getdim, Rövşən İsax məni bəyəndi və Vüsal obrazına təsdiqləndim.

- Yaratdığın Vüsal obrazının atdığı addımı bəyənənlər də oldu, bəyənməyənlər də. İbrahim Çingiz Vüsalın sevgilisini avtoqəzada itirən Nərminlə ailə həyatı qurmasına və valideynlərinə qarşı çıxmasına necə baxır?

- Həyatdır, insanın başına çox iş gələ bilər. Heç kəs sığortalanmayıb ki, nə vaxtsa həyatında belə bir şey baş verməyəcək. Heç kəs 100 faiz əminliklə deyə bilməz ki, mən bununla tam razıyam və yaxud tam razı deyiləm. Yəgin ki, kimin başına gələrsə o, 100 faiz cavablandıra bilər.

"Vicdan haqqı" serialından kadr. İbrahim Çingiz və Yağmur Şahbazova

- Gələcəkdə filmə çəkilmək təklifi alsan, özünü hansı obrazda görmək istərdin?

- Özümü mənfi obrazda görmək istərdim. Serialda müsbət bir obrazda oldum, indi isə mənfi obrazın arzusundayam. İstərdim bilim, yaratdığım mənfi obrazı tamaşaçılar necə qarşılayacaq. "Vicdan haqqı"nda İmran obrazı mənfi olmasına baxmayaraq, hər kəs tərəfindən danışılırdı.

- Ümumiyyətlə, yaradıcı karyerana necə və nədən başlamısan?

- Karyerama 17 yaşımda başlamışam. Repləri dinləyirdim və marağım yarandı. Evdə bir musiqiyə söz yazdım və telefonuma video kimi çəkdim, özümə də maraqlı gəldi. Sonra yığışıb o mahnıya küçədə bir klip çəkdim, amma bir müddətdən sonra o videonu yutubdan sildim, çünki ona görə çox utanırdım (gülür – red.) İndiki kliplərə baxanda çox bərbad vəziyyətdə idi. Sonra getdikcə bu iş böyüməyə başladı, maraq yarana-yarana getdi. Daha sonra mən Rusiyaya "Black star"ın kastinqinə getdim, "Molodaya krov – 2" yarışmasına. Ondan sonra bir müddət Kiyevdə yaşadım və yenidən Bakıya qayıtdım.

- Rep oxumağa başlayanda nə və ya kim əsas ilham pərin olub?

- İlham pərimin kim olduğunu dəqiq deyə bilmərəm, çünki mən o vaxtlar Tupakı, Bigi Smalsı, Uranı, Hüseyn Dəryanı, Elşad Xoseni, "Dəyirman" qrupunu dinləyirdim. Ən çox dinlədiyim reper isə Dreykdir. Rusiya reperlərindən isə Jah Khalibi, Endşpili, Timatini dinləyirəm. Tam olaraq deyə bilmərəm ki, ilham pərim kimdir. Konkret bəyəndiyim repçi olmayıb, yalnız musiqilərini bəyənmişəm.

- İfa etdiyin replərin nədən bəhs etdiyini bir sözlə izah edə bilərsən?

- Demək olar ki, 99,9 faizi sevgidən bəhs edir, qalanı isə həyatın çətinliklərindən. Ara-sıra klub mahnıları da olur, sadəcə rəqs edib istirahət etmək üçün.

- Verəcəyim bu sualı əminəm ki, bütün xanım pərəstişkarların gözləyir. İbrahim Çingizin xəyalındakı qadın obrazı necədir? O, obrazı həyatda tapa bilmisən?

- Xəyal etdiyim qadın obrazı zahiri görünüş baxımından aktrisa Ancelina Colidir. Xasiyyət baxımından yəgin ki, hər bir aktyorun istəyidir ki, həyat yoldaşı onun həyatını, sənətini başa düşsün. Çünki aktyor həyatı çəkilişlərin çoxluğu və ətrafında daim qadınların olması ilə fərqlənir. O ki, qaldı tapıb-tampadığıma, bu bir sirr olaraq qalsın (gülür-red.)

- Adətən reperlər pis vərdişlərə meyilli olurlar (narkotik, içki və s.) Səndə bununla vəziyyət necədir?

- İçkidən və nartotikdən uzaq olan bir insanam. Mən sağlam həyat tərzini dəstəkləyirəm. İnsan gərək idmanla məşğul olsun, pis vərdiləşlərdən uzaq olsun.

- Özünə elə bir qayda qomusanmı, məsələn, "mən bunu heç vaxt etmərəm..."?

- Bayaq dediyim kimi, insan heç nədən sığortalanmayıb. Sözsüz ki, mənim də həyat prinsiplərim var. İnsan heç vaxt yaxınını satmamalıdır, satqın olmamalıdır. Mən həyatda heç vaxt insanları satmamışam. İnsan dürüst olmalıdır.
- İnstagram izləyicilərin tərəfindən sənə verilən ən qəribə sual hansı olub?

- Qəribə suallar çox olur. Məsələn, paylaşırsan ki, serial bu axşam saat 22:15-də olacaq, bir də görürsən ki, izləyici yazır ki, serial saat neçədə başlayır və yaxud da mən neçə gündür paylaşırdım ki, Rus Dram Teatrında "Təhminə və Zaur" tamaşasının premyerası olacaq, saat 19:00-da, biletləri şəhərimizin bütün kassalarından əldə edə bilərsiniz. İzləyicilər isə soruşur ki, tamaşa harada olacaq, saat neçədə və biletləri haradan almaq olar.

- Müsahibələrinin birində demisən ki, kumurin amerikalı aktyor Ceyson Momoadır. Qeyd edim ki, oxşarlığınız çoxdur (bədən quruluşu, saç-saqqal və s.). Özünü ona şüurlu olaraq oxşadırsan, yoxsa ki, oxşayırsan deyə, onu özünə kumir seçmisən?

- Görünüş baxımından oxşarlığımızı hiss etməsəm də, deyilənlərə görə var. Özümü ona oxşatmaq fikrim heç vaxt olmayıb. Saçım-saqqalım həmişə olub, arada keçəl də etmişəm. Bir aktyor kimi onun həyat tərzini, prinsiplərini və aktyorluğunu çox bəyənirəm. İnstaqramda yeganə izlədiyim aktyor odur. Mən də istərdim ki, nə vaxtsa onun kimi məşhur aktyor olum.

- Bədəninin demək olar ki, hər yerində tatu var. Bunu etməkdə məqsədin nə idi və o tatular hansı məna daşıyır?

- Tatu döydürən insanlar bilirlər ki, onların nə məna daşıdığı haqda danışmaq olmaz. Hər bir insanın həyatında nələrsə baş verir və bunu bədənlərinə tatu kimi həkk elətdirirlər. Mənim tatularım həyatımın bir kitabıdır.

- Bir neçə gün əvvəl Rus Dram Teatrında "Təhminə və Zaur" tamaşasının premyerası oldu. Sənin yaratdığın Zaur obrazı indiyədək olan "Zaurlar"dan nə ilə fərqlənir?

- Teatrda bu obrazı mərhum sənətkar Fuad Poladov və Səfa Mirzəhəsənovdan sonra oynamaq mənə nəsib oldu. Bu cür sənətkarlardan sonra bu obrazı oynamaq çox çətin işdir. Sonda zalda oturan izləyicilərin, Anar müəllimin (xalq yazıçısı Anar Rzayev – red.) tamaşanı və məni bəyənməsi şərəfdir. Onların məni bəyənməyinə çox sevindim.

- Gələcək planlarından oxucularımıza nə deyə bilərsən?

- Çəkiləcək film və serial haqqında hələ ki, heç nə demirəm. İnşallah onun da xəbərləri birazdan gələcək. O ki, qaldı musiqiyə, izləyicilərimə söz verirəm ki, maraqlı işlərlə onların qarşında olacağam, sadəcə gözləsinlər...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5220   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021
.

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma

3 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021