Deputat: Bu millət həmsədrlərin "nağıllarını" dinləməkdən bezib

Deputat: Bu millət həmsədrlərin "nağıllarını" dinləməkdən bezibBu millət, bu xalq artıq beynəlxalq vasitəçilərin, həmsədrlərin "nağıllarını" dinləməkdən bezib, yorulub. İllərdir eyni sözlər, eyni vədlər, eyni bəyanatlar səsləndirilir, kokret işə, əməli fəaliyyətə keçilmir.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, artıq ATƏT-in Minsk qrupu, həmsədr dövlətlər, beynəlxalq ictimaiyyət quru, boş vədlərinə son qoymalı, 30 ildən bəri haqsızcasına davam edən Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atmalıdır.

Millət vəkili bildirib ki, ortada BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin və digər önəmli strukturların məlum qətnamələri var və ermənilər, işğalçı Ermənistan artıq həmin sənədlərin icrasına məcbur edilməlidir:

"Artıq onların nazı ilə oynamaq yetər. Ermənistana, təcavüzkar dövlətə qarşı ciddi təzyiq mexanizmləri işə salınmalı, sanksiyalar tətbiq olunmalıdır. Bunlar edilməyincə, Ermənistan aşkar və gizli havadarlarının da təhriki ilə işğaldan, təcavüzdən əl çəkməyəcək, əksinə, daha da şirniklənəcək.

Necə ki, bunu da edirlər, münaqişənin həlli istiqamətində bütün səyləri heçə çıxarlar. Qatı cinayətkar, əli xalqımızın qanına batmış Sarkisyanı devirərək onun yerinə gəlmiş Paşinyan da verdiyi, səsləndirdiyi bəyanatları ilə sarkisyanlardan, koçaryanlardan fərqlənmədiyini göstərir, yəni, onların yolu ilə gedəcəyini nümayiş etdirir.

Odur ki, artıq onlara, təcavüzkara dur deməyin vaxtıdır. Bu münaqişə bu qədər davam edə bilməz.

Xalqımızın səbri tükənib. Xalqımız bu münaqişənin artıq ədalətli həll olunmasını istəyir və vasitəçilər missiyasından da bunu haqlı olaraq tələb edir.

Həmsədr dövlətlərdən biri kimi, həm Fransa, həm də digər iki həmsədr ölkə artıq məsuliyyətlərini anlamalı, işğalçı Ermənistanı yerində oturtmaq üçün qollarını çırmalayıb, əməli addımlara keçməli, ona ən sərt təzyiq mexanizmləri tətbiq etməlidirlər. Bu, onların vəzifəsi, borcu və missiyasıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 742   Tarix: 21 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbayca

29 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel