Trampın gizli səs yazısı üzə çıxdı - QALMAQAL

Trampın gizli səs yazısı üzə çıxdı - QALMAQALCNN telekanalı ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen ilə danışığının səs qeydlərini yayımlayıb.

Sonxeber.az "modern.az"a istinadən xəbər verir ki, səs qeydlərində prezidentlə əlaqələrinin olduğunu bəyan edən "Playboy" modelinə ödəniləcək pul vəsaitindən də söhbət gedir.

Səs yazısı Trampın keçmiş vəkili Maykl Koeni təmsil edən və onun hazırki vəkili Lanni Devis tərəfindən kanala təqdim edilib. Səs yazısının müzakirəsi kanalın "Cuomo Prime Time" verilişində aparılıb.

Yazıda Koen və Tramp əvvəllər indiki prezidentlə əlaqələrinin olduğunu iddia edən model Karen Makduqal ətrafında müzakirə aparırlar.

Belə ki burada tək ona ödənişlər deyil, həmçinin mediadan onun danışıqlarının müəllif hüquqlarını əldə etmək məsələsi də ifadə edilir.

Keçmiş vəkil Koen prezidentliyə namizəd Trampa bu əhvalatın müəllif hüquqlarını satın almaq üçün bir şirkət qurmaq planı barədə danışır.

"Mən dostumuz Deviddən bütün informasiyanı transfer etmək üçün kompaniya açmalıyam" – Koen ifadə edir.

Burada ehtimal ki, "American Media"nın rəhbəri Devid Pekerdən söhbət gedir.

Vəkil sonra "maliyyələşdirmə" barədə söhbət açır və bu zaman Tramp "hansı maliyyələşdirmə" ifadəsi ilə onun sözünü kəsir.

Daha sonra Koen "biz ödəməli olacağıq" ifadəsini işlədir. Tramp isə cavabında "nəğd ödəyin" – deyir. Lakin burada Trampın bu sözləri işlətdiyi məqamda yazıda qarışıqlıq yaranır. Prezidentliyə namizədin "ödəyin", ya "ödəməyin" dediyi tam aydın eşidilmir.

Lakin Koen "yox-yox" ifadəsini işlədir və yenə də nə danışıldığı məlum olmur.

ABŞ prezidentinin vəkili Rudolf Culiani isə heç bir ödənişin Trampın adından olmadığına diqqət çəkib.

"Bu yazıda hər hansı bir cinayətin işləndiyini göstərəcək heç bir işarə yoxdur" – Culiani bildirib.

Onun sözlərinə görə, səs yazısında sadəcə müəllif hüquqlarının əldə edilməsindən söhbət gedir.

"Trump Organisation" şirkətinin vəkili Alan Futerfas Trampın nəğd ödəniş barədə təklif etdiyini təkzib edib.

"Prezidentin necə biznes apardığını və kompaniyada işlərin necə getdiyindən xəbəri olan hər kəs bilir ki, heç bir nəğd pul yoxdur. Hər şey sənədləşdirilib. Hər bir qəpik sənədləşdirilib" – Futerfas bildirib.

Qeyd edək ki, bu yazı Donald Tramp və onun prezidentliyə namizədliyi zamanı vəkili Maykl Koen ilə 2016-cı ilin sentyabrındakı danışığının səs qeydləridir. Koen bir dəfə prezidentə güllə atacağı ifadəsi ilə məşhurdur. O, son zamanlar prokurorluq ilə əməkdaşlığa hazır olduğunu açıqca bəyan edib. Bu səs yazısının əsli prokurorluğa göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 733   Tarix: 25 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll

16 sentyabr 2021
.

Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO

Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini

17 sentyabr 2021