"Aprel müharibəsi"ni başladan generalın yeni HÜCUM PLANI ORTAYA ÇIXDI

"Aprel müharibəsi"ni başladan generalın yeni HÜCUM PLANI ORTAYA ÇIXDIErmənistanın müdafiə naziri David Tonoyan Azərbaycana qarşı yenə sərsəm iddialar səsləndirib.

Sonxeber.az "publika.az"a istinadla xəbər verir ki, Tonoyan erməni jurnalistlərinə açıqlamasında Azərbaycana zərbə endirə biləcəklərini deyib.

"Ermənistan istənilən vaxt hərbi hərəkətlərin yenilənməsini gözləyir. Azərbaycan tərəfi Naxçıvan istiqamətində mühəndislik işlərini davam etdirir, öz mövqelərini möhkəmləndirir. Lakin biz hər şeyə nəzarət edirik", - deyə nazir iddia edib.

Qeyd edək ki, Azərbaycan Ordusu Naxçıvan istiqamətində işğal altındakı ərazilərin 11 min hektarını azad edəndə də Tonoyan "hər şey nəzarətimizdədir" deyə açıqlama vermişdi. Hətta erməni siyasi şərhçi Tevos Arşakyan "Tonoyan inqilabdan sonra yeni müdafiə naziri təyin olunub və Azərbaycan Ordusunun uğurunun ortaya çıxması onun "kreslosunu", həm də inqilab hakimiyyətinin təməllərini laxladır: "Buna görə də o, sələfləri kimi bizi aldatmaqla məşğuldur" deyə yazmışdı.

onoyanın Naxçıvan cəbhəsində baş verənlərdən danışması və "hər şey nəzarətimizdədir" deməsi Ordumuzun Günnüt zəfərini xatırladır.

Lakin 2016-cı il "aprel müharibəsi"ni başladan və hazırda işğalçı ölkənin hərbi rəhbəri olan Tonoyan bu dəfə bir az da irəli gedərək, Azərbaycanı təhdid edib.

"Zəruri olduqda Ermənistan tərəfi Azərbaycana önləyici zərbə vuracaq" deyə o iddia edib.

Tonoyan "aprel müharibəsi" zamanı müdafiə nazirinin müavini idi. Məlumatlara görə, Qərblə yaxşı əlaqələrə malik olan Tonoyan həmin vaxt "passiv müdafiədən aktiv cilovlamaya" hərbi siyasi konsepsiyasını hazırlayıb. Bu konsepsiyanı iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında müzakirə etdikdən sonra ATƏT-in Vyandakı qərargahında və Londonda "Chatam House"də geniş müzakirələrdə yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın Yazıçılar Birliyində D.Tonoyanla görüş zamanı baş tutdu. Konsepsiyanın qısa mahiyyəti belədir: Azərbaycan Ordusu böyükdür, güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq.

Lakin Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını alaraq, əks-hücumla tarixi qələbə qazandı. Görünür, Tonoyan iki il öncəki hərbi təxribatını yenidən tətbiq etmək niyyətindədir. O, bununla həm Günnüt məğlubiyyətini pərdələmək, həm də "qalib nazir" olmaq istəyir. Amma Ordumuzun qüdrətinin işğalçı ölkəyə öz yerini göstərəcəyi də şübhəsizdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2265   Tarix: 25 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI

Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya

4 iyul 2021
.

Ermənilər ağaclara da minalar quraşdırıb - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib. ANAMA-dan -a bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı ço

26 iyun 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021