Vətəndaş 1600 manatlıq qaz pulu borcunu görüb şok keçirdi - Azərbaycanda

Vətəndaş 1600 manatlıq qaz pulu borcunu görüb şok keçirdi - AzərbaycandaŞəmkir şəhəri, Səttərxan küçəsi, 19 ünvanında yaşayan Elman Zamanov "Azəriqaz" İstehsalat Birliyini 1600 manatlıq fırıldaqda ittiham edir. Virtualaz.org-a müraciət edən şikayətçi deyir ki, qışdan bəri istifadə etdiyi qaza görə cəmi 200 manat borcu olub və onu da avqust ayının sonuna qədər ödəməyi planlaşdırıb. Amma günlərin birində qaza görə 1600 manat borcunun olduğunu abonentə çatdırıblar. Onun sözlərinə görə, qaz operatorunun birdən-birə bu qədər "borc"u haradan çıxarması müəmmalıdır.

"Səhər yuxudan ayıldıq ki, bizə bu ilin iyul ayının 1-dək olan qaz sərfinə görə 1815 manat borc gəlib. Bunun 200 manatı əvvəlcədən var idi və avqustun sonuna qədər ödəyəcəyik. Əlavə 1600 manatı görəndə şok keçirdik və hələ də özümüzə gələ bilmirik…", – deyə şikayətçi bildirir.

E. Zamanov qeyd edir ki, 2 ay əvvəl Şəmkir Regional Qaz İstismar İdarəsinin Şəmkir Xidmət Sahəsinin işçiləri onun mənzilindəki qaz sayğacının köhnə olmasını əsas gətirərək çıxarıb aparıblar və yerinə yenisini quraşdırıblar.

Köhnə sayğac aparılanda işlək vəziyyətdə olub, üzərində plomb var imiş və ona heç bir kənar müdaxilə olunmayıb: "Amma indi məlum olub ki, guya sayğacın ekspertizası nəticəsində cihaza müdaxilə aşkarlanıb və nəticədə bizim bu qədər borcumuz yaranıb. Bu borc necə yığıla bilər axı? Mən 2017-ci il ərzində qaz sərfinə 1083 manat görə pul ödəmişəm. Qoy araşdırsınlar ki, bir abonent bundan artıq nə qədər qaz işlədə bilər?"

Şikayətçi deyir ki, eyni aqibətlə üzləşən təkcə o deyil, qonşuluqda yaşayan Eyvaz Məmmədov adlı abonent də üzləşib, ona 1700 manat borc yazılıb.

E. Zamanov problemi araşdırmaq üçün Şəmkir Regional Qaz İstismar İdarəsinə müraciət etsə də, ona borcun ekspertiza nəticəsində təyin olunduğunu və məsələnin onlara aid olmadığını bildiriblər. Şikayətçi Şəmkir və Respublika prokurorluğuna, SOCAR-a, dövlət başçısına rəsmi məktubla müraciət etdiyini deyir.

Prokurorluqdan isə şikayətin mülki iddia olduğu əsas gətirilərək məhkəməyə müraciət etməli olduğunu deyiblər: "Şəmkir Məhkəməsinə də müraciət eləmişəm. O qədər sənəd tələb edirlər ki, inanın başımı itirmişəm, heç bilmirəm onları necə tapıb düzəldəcəyəm. Oturduğumuz yerdə bizi zülmə salıblar. Bizə gələn bildirişdə də deyilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, borcu 3 gün ərzində ödəməliyik, əks halda qazımız kəsiləcək. Belə çıxır ki, haqlı olduğumuzu sübut eləyənə qədər 9 nəfərdən ibarət ailə qazsız qalacaq", – deyə E. Zamanov bildirir.
Vətəndaş 1600 manatlıq qaz pulu borcunu görüb şok keçirdi - AzərbaycandaProblemi araşdırmaq üçün "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq. "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev virtualaz.org-a bildirdi ki, şikayətləri araşdırmaq üçün Şəmkir Regional Qaz İstismar İdarəsinin tərkibində şöbə var. Oradan şikayətə nə cavab verilibsə, o da əsasdır.

Xatırladaq ki, oxşar problemlə bağlı bir neçə gün əvvəl Svetlana və Sergey Şulindinlər də müraciət etmişdilər. Onlar ASAN xidmət vasitəsilə ödəniş etmək istəyərkən 1339,2 manat borcla qarşılaşıblar. Ailə iddia edir ki, indiyə qədər sərf etdikləri qaza görə bütün ödənişləri edib və bu qədər borcun yaranması mümkün deyil.

Son vaxtlar "Azəriqaz" İstehsalat Birliyinin qaz itkilərini ört-basdır etmək üçün abonentlərə kütləvi şəkildə iri məbləğdə cərimələr və borclar yazdığı haqda məlumatlar var. Bir müddət əvvəl Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı "Azəriqaz"ın abonentləri kütləvi cərimələməsinə dair sənədin surətini yaymışdı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1715   Tarix: 03 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr