Gecələri tualetdə yatan, indi isə "Ferrari" sürən MƏŞHUR - FOTOLAR

Gecələri tualetdə yatan, indi isə "Ferrari" sürən MƏŞHUR - FOTOLARQalmağa yeri olmadığı üçün günlərlə tualetdə yatan, indi isə İngilis kral ailəsinə türk yeməklərini daddıran türkiyəli aşbaz Hüseyn Özerin həyat hekayəsindən danışacağıq.

Sonxeber.az Metbuat.az-a istinadən bildirir ki, 63 yaşlı Hüseyn Özer Türkiyənin Tokat şəhərində dünyaya gəlib. Uşaq yaşlarında Hüseynin ata-anası boşanıb. Valideynlərinin heç biri uşağı qəbul etmədiyi üçün onu Cəlal adlı çobanın yanına veriblər. Kiçik yaşlarından keçilərə çobanlıq etməyə başlayan Hüseyn məktəbə belə gedə bilməyib. Çobanlıq edərkən daşa, torpağa yazı yazmaqla özünü inkişaf etdirib. Ailəsi tərəfindən Hüseynə vurulan zərbələr bununla yekunlaşmayıb. Doğma qardaşı anasından qalan torpaqlara Hüseynin şərik olmaması üçün onu öldürmək qərarına gəlib. Bu səbəblə, bir gün doğma qardaşına zəhərli incil verib. Hüseyn həmin günü belə xatırlayır:
"Qardaşımın mənə verdiyi incili ağzıma qoydum. Lakin bilmədən həmin an tüpürüb, onu yerə tulladım. Sanki kimsə mənə əngəl oldu".

11 yaşına çatanda anası boşanan ərindən qisas almaq üçün Hüseyndən istifadə etmək qərarına gəlir. Hüseynin silah alıb, atasını öldürməsini istəyir. Bu səbəblə, pul tapması üçün uşağı Ankaraya yola salır. 11 yaşlı uşağa şəhərdə təbii ki, heç kim iş vermir. Hüseyn küçədə alışqan, benzin sataraq günə 75 kuruş pul qazanır. Yatmağa yeri olmadığı üçün həmin günlərdə balaca uşaq şəhərdəki ümumi tualetlərin birində qalır və hər gün qazandığı 75 qəpiyə bir pors ciyər alaraq ac qalmır.

Hüseyn Özer Ankarada yığdığı pulla atasını öldürmək əvəzinə İstanbula gəlir. Burada yerləşən kafelərin birində təlxəklik edərək kömürlük icarəyə götürür. Hüseynə görə, həmin kömürlük onun həyatını dəyişdirir. Çünki həyatının ən önəmli qərarını məhz bu kömürlükdə qəbul edir. Məsələn, burada pensiyaya çıxmış pokovnikdən ingilis dilini öyrənməyə başlayır. Beləliklə o, əsgərlikdən qayıdandan sonra Londona üz tutur. Burada bir kababxanada iş tapıb, elə məkanın zirzəmisində qalır.

4 ildən sonra Hüseyn ilk restoranını açır. Cibində 5 qəpik pulu olmayan Hüseynə restoran açmasında dostu kömək olur. İşlərini genişləndirdikdən sonra Hüseyn ikinci restoranını alır.

Hüsey Özer indi keffiyyətli türk yeməklərinin hazırlandığı, qarşısında uzun növbələr olan Londondakı "Süfrə" restoranlarının sahibidir. İngilis kral ailəsi tez-tez bura gəldiyi üçün restoranın şüşələri gülləkeçirməzdir. Şəhərin ən tanınmış restoranlar şəbəkəsininin rəhbəri olan Hüseyn Özer bu fəaliyyəti ilə yanaşı aşpazlıq dərsləri keçir, universitetdə dərs deyir. O, hazırda 37 milyon paundluq sərvətə sahibdir. Bir vaxtlar ailəsinin rədd etdiyi, qardaşının öldürmək istədiyi, tualetdə yatan, kömürlükdə yaşayan Hüseyn Özer indi dünyanın ən bahalı avtomobillərindən biri olan "Ferrari" sürür. O, bu gün çox varlı biri olsa da, keçmişini unutmayıb. Bu səbəblə, "Özer Foundation" yaradaraq təhsil almaq istəyən uşaqlara dəstək olur.
Gecələri tualetdə yatan, indi isə "Ferrari" sürən MƏŞHUR - FOTOLARGecələri tualetdə yatan, indi isə "Ferrari" sürən MƏŞHUR - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 4737   Tarix: 03 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya ordusu Ukraynanın Sumı vilayətinin iki məntəqəsinə nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin "Şərq" qüvvələr qrupunun bölmələri Ukraynanın Vısokoye və Donetsk vilayətinin Svetloye kəndlərinə nəzarət

20 dekabr
.

Ukrayna və Portuqaliya dəniz dronlarının birgə istehsalı barədə razılığa gəlib

Ukrayna və Portuqaliya Ukrayna dəniz pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin köməkçisi Aleksandr Kamışin "X" sosial şəbəkəsində bildirib. "Biz dronlarımızın Rusiya hərbi gəmilərinə və sualtı qayıqların

20 dekabr
.

Aralıq dənizi mağaraları yeni təhlükə ilə üzləşib

Aralıq dənizində yerləşən və uzun müddət nəsli kəsilmək təhlükəsi altında olan növlər üçün sığınacaq rolunu oynayan dəniz mağaralarında ciddi ekoloji problem aşkar edilib. Alimlər bu gizli dərinliklərdə plastik çirklənməsinin təhlükəli miqyas aldığını müəyyən ediblər. Qaynarinfo xəbər verir ki, "IDR"

19 dekabr
.

Yaşar Gülər: "Azərbaycana göstərdiyimiz dəstəyi Suriyaya da göstərə bilərik"

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəsinin terrorla mübarizə və ordunun modernləşdirilməsi istiqamətində Suriyaya dəstək verə biləcəyini deyib. "TRT Haber"ə istinadən xəbər verir ki, Yaşar Gülər illik hesabat toplantısında bu barədə danışıb. "Daha əvvəl mən Suriyaya səfər etmişəm

20 dekabr
.

Alimlər təbii elektrik stansiyaları kimi fəaliyyət göstərən qayalar kəşf etdi

Alimlər hidrogen istehsal edən və "reaktor" kimi davranan süxurlar aşkar ediblər. Bu tapıntı dərin okeanların kimyasının necə işlədiyini və ehtimal ki, milyardlarla il əvvəl həyatın necə yarandığını anlamaq üçün mühüm açar rolunu oynayır. Qaynarinfo nəşrinə istinadən xəbər verir ki, Kardif

15 dekabr
.

İran 12 günlük müharibədən sonra ordudakı boşluqları doldurur

İran İsraillə 12 günlük müharibədən sonra ordusunda yaranan bütün çatışmazlıqları aradan qaldırır. "Report" İran mətbuatına istinadən xəbər verir ki, bunu İslam Respublikası Ordusunun briqada generalı Əlirza Şeyx deyib. Onun sözlərinə görə, güc balansını müvəqqəti dəyişdirən texnoloji boşluqları

20 dekabr
.

Şahzadə ağır xəstədir - Ağciyər axtarırlar

Norveçdə Şahzadə Mette-Maritin səhhəti son dövrlərdə pisləşib. xəbər verir ki, Norveç kral sarayı son aylarda səhhətində ciddi pisləşmə müşahidə olunan Norveç tac şahzadəsi Mette‑Maritin ağciyər nəqlinə ehtiyacı ola biləcəyini açıqlayıb. 52 yaşlı şahzadəyə 2018-ci ildə ağciyər fibrozu diaqnozu qoyulub

20 dekabr
.

Dünya liderlərindən aldığı hədiyyələri satır

İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə

17 dekabr
.

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı

Türkiyədə "Fətullahçı" terror təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib, iki həftə ərzində 160 şübhəli şəxs saxlanılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat paylaşıb. Məlumata görə, 39 vilayətdə keçirilən əməliyya

17 dekabr