Təhsil Nazirliyindən ETİRAZ: Minlərlə müəllimin adına kölgə salan...
Təhsil Nazirliyi Abşeron rayonu, Digah qəsəbəsində müəllimin şagirdi tərəfindən bıçaqlanması xəbərlərinə etiraz edib.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov cinayət hadisəsinin şagird-müəllim münasibəti kimi təqdim edilməsini yolverilməz hesab etdiyini bildirib:
Sizin tirajladığınız kriminal pafoslu sujetdə televizya ekranında 10 milyon vətəndaşımıza ərz olunur ki, bəs Abşeronda şagird müəllimi bıçaqlayıb. Özü də kitab üstündə. Bıçaqlayan şagird hətta fiziki tərbiyə fənindən "ən yüksək balla" bu il universitetə qəbul olunub. Müxbir ciddi cəhdlə 1992-ci təvvəlüdlü, 26 yaşlı bığ-saqqal ağartmış vətəndaşı şagird "oformut" etməkdən sanki yaradıcılıq zövqü alır, "şagird"in müəllimi hətta öldürməməsinə məətəl qalır.
Və əlahəzrət fakt! Abşeron rayonunda bu il və ötən 5 il ərzində belə adda ya orta məktəbi bitirən şagird var, ya da ki müəllim. Bunu rahatca Abşeron RPŞ-dən öyrənə bilərsiz. Ancaq bunu bizdən və bu postu oxuyan həmkarlardan başqa kim biləcək?
Çoxmilyonlu tamaşaçı və "Azərbaycanda şagird müəllimi bıçaqladı" başlığı ilə manşet verən saytın oxuyucuları tamamilə doğru olmayan şagird müəllim şiddətini müzakirə edəcək və minlərlə müəllimin adına kölgə salan qara xəbər rəngində düşünəcəklər.
Və beləcə.. belə olmaz. Xəbər süjeti yayan, dərc edən həmkarlar, axı niyə qeyri-dürüst məlumatı yayımlayırsız? Bir də niyə bizdə bıçaqlanan, avtoqəza keçirən hər hansı bir vətəndaş yaşı az olarsa hökmən şagird və əgər məktəbdə işləyərsə hökmən filan məktəbin müəllimi kimi qeyd olunur. Məgər, qəza keçirməyin də peşəsi var?"
Xatırladaq ki, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində sözügedən qəsəbə sakini, fiziki-tərbiyə müəllimi Coşqun Xanbabayevin vaxtilə şagirdi olmuş Rövşən İsgəndərov tərəfindən bıçaqlanıb. O, ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən İsgəndərov saxlanıb. Araşdırma zamanı məlum olub ki, o, Coşqun Xanbabayevin şagirdi olub. Saxlanılan Rövşən bildirib ki, bir müddət əvvəl universitetə daxil olmaq üçün Coşqun Xanbabayevin yanına hazırlığa gedib. Dediyinə görə, kitab üstündə Coşqun Xanbabayev ilə arasında mübahisə yaşanıb və bu zaman müəlliminin döş qəfəsinə bir bıçaq zərbəsi vurub.
baku.ws
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2025 Tarix: 08 avqust 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?
Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün
14 dekabrYeni ildə neçə gün İŞ olmayacaq?
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunması hələ də ictimaiyyətin gündəmindədir. Müzakirələr əsasən bayram günlərinin ardıcıllığını təmin etmək məqsədilə aparılır. Əvvəlcə mediada məlumat yayıldı ki, 2025-ci ilin 29
13 dekabrDİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"
Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər məsələsinə münasibət bildirib. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübh
13 dekabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 29 %-a yaxın artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 664,958 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
13 dekabrKəndinə ilk ali təhsilli qadın kimi qayıtdı... - Video
Lənkəranın Diryan kəndində təxminən 100 nəfər yaşayır. Lakin kəndin yazılmamış qaydaları var. Son illərə kimi burada qızların oxuyub ali məktəbə daxil olması, təhsil almaq üçün şəhərə getməsi xoş qarşılanmayıb. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, bütün bunlara baxmayaraq, Mehman
15 dekabrQış Azərbaycana bu tarixdə daxil olacaq
Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il
15 dekabr"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat
15 dekabrBəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq
Dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimal
15 dekabr