Paşinyan Nazarbayevə niyə zəng edib? - Şərh

Paşinyan Nazarbayevə niyə zəng edib? - ŞərhErmənistanın Baş naziri Nikol Paşinyan avqustun 7-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng edib. Telefon söhbətinin təşəbbüskarı Paşinyan olub. Bunu Qazaxstan prezidentinin saytı da xüsusi olaraq vurğulayıb. Telefon söhbətində iki mövzu – ikitərəfli əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Qazaxıstanla Ermənistan arasında elə güclü iqtisadi əməkdaşlıq mövcud deyil ki, Paşinyan bu məsələ üçün xüsusi olaraq Nazarbayevə zəng etsin:

"Görünür, əsas məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlıdır.

Məsələ burasındadır ki, Ermənistanda bir-birini əvəz edən hakimiyyətlər Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatının fəaliyyətindən narazıdırlar. Erməni siyasətçilərə elə gəlir ki, bu təşkilatın bütün üzvləri istənilən məsələdə Ermənistanı dəstəkləməli, Ermənistanı Azərbaycandan üstün tutmalıdırlar. Reallıq isə fərqlidir. Rusiya və Belarus Azərbaycana silah və hərbi texnika satır, növbədə Qazaxıstan da var. Qazaxıstan sözdə Ermənistanın müttəfiqi sayılsa da, əməldə Azərbaycanla əlaqələrdə maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hətta Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istədikdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İlham Əliyevin Qarabağla bağlı narahatlığını əks etdirən məktubunu eks-prezident Serj Sərkisyanın üzünə oxumuşdu".

Nazarbayevin Azərbaycana qarşı mövqeyində dəyişikliyin olmadığını deyən Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyan da anlayır ki, Qazaxıstanın mövqeyini dəyişə bilməyəcək:

"Yəqin Paşinyanın bu telefon danışığından yeganə istəyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni erməni baş katib təklifi ilə Astananı tanış etmək olub.

Paşinyanın bu məsələni Astana ilə məsləhətləşməsi Moskvanın xoşuna gəlməyəcək. Çünki Moskva təşkilata arxa baxçası kimi baxır. Paşinyanın Yuri Xaçaturovu baş katib vəzifəsindən geri çağırıb həbs etmək istəyi Moskvanın qəti etirazına səbəb olmuşdu. Paşinyan Nazarbayevə zəng edib bu məsələni Qazaxıstan prezidenti ilə müzakirə etməklə demək istəyir ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tək sahibi deyil, başqalarının da rəyi nəzərə alınmalıdır. Bu gedişlə Paşinyan yaxın günlərdə Belarus prezidentinə də zəng edəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3076   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel