Deputat: İrana qarşı sanksiyaların Azərbaycana təsiri...

Deputat: İrana qarşı sanksiyaların Azərbaycana təsiri...Avqustun 7-də ABŞ İrana sanksiyaları bərpa etdi. Sanksiyalar İran hökumətinin dollar almasından tutmuş mədən sənyesinə, xalça satışına qədər sahələri əhatə edir. Bu gün isə ABŞ prezidenti Donald Tramp noyabr ayında sanksiyalarin 2-ci və daha sərt paketinin tətbiq olunacağını açıqladı. Bu sanksiyaların əsas mahiyyəti "İranla iqtisadi əməkdaşlı edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq edə bilməz" dir. Sanksiyaların İran iqtisadiyyatın təsiri artıq hiss olunur. İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır.

İrana tətbiq olunan sanksiyaların Azərbaycana iqtisadi təsiri olacaqmı?

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsiinin üzvü Tahir Mirkişili Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, statisik rəqəmlərə fikir versək, Azərbaycan iqtisadiyyatında İranın payı kiçikdir.

"2018-ci ilin 6 ayın yekunlarına baxsaq İranın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 1%, ixracında payı 0.1% , idxalında payı 2.9% dir. İran Azərbaycan iqtisadiyyatına bu günə qədər 3.1 milyard dollar investisiya yatırıb ki, bu da Azərbaycana qoyulan xarici investisiyaların 1.4%-ni təşkil edir. İran ilə qeyri-neft sektorunda birgə layihələr kimi, istismara verilmiş avtomobil zavodunu və tikilməkdə olan əczaçılıq fabrikini göstərmək olar. Yəni, İranda baş verən iqtisadi prosseslərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri çox cüzi ola bilər.

T.Mirkişili deyib ki, bunlarla yanaşı, Azərbaycanın da İran ərazisində strateji iqtisadi maraqları var.

"Belə ki, Şimal-Cənub dəmir yolunun İran ərazisində tezliklə başa çatması üçün Azərbaycanın aktiv mövqe nümayiş etdirməsi, İran İqtisadiyyat Nazirliyinə bu məqsədlə 500 milyon dollar kredit ayırması bunlara sübutdur. Azərbaycan Avropa Birliyi, Rusiya və İran arasında tranzit rolu oynamaqdan strateji gəlir əldə etməyi hədəfləyir. İranda iqtisadi çətinliklərin olması bu layihənin başa çatmasında gecikmələrə səbəb ola bilər. Sadəcə geçikmələrə".

Deputat qeyd edib ki, İranda sabitliyin və rifahın olması hər zaman Azərbaycanın marağında olub.

"İranda sabitliyin pozulması 100 minlərlə insanın Azərbaycan sığınmasına səbəb ola bilər ki, bu həm iqtisadi, həm də sosial cəhətdən arzuolunmazdır. Ümid edirik ki, İran və ABŞ rəsmiləri daha uzaqgörən olaraq faciəvi nəticələrə gətirib çıxarmadan münasibətləri tənzimləməyi bacaracaqlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2318   Tarix: 09 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021