Rusiyaya SARSIDICI ZƏRBƏ: Dövlət Departamenti DETALLARI AÇDI

Rusiyaya SARSIDICI ZƏRBƏ: Dövlət Departamenti DETALLARI AÇDIABŞ-ın Dövlət Departamenti Rusiyaya qarşı qəbul edilməsi planlaşdırılan yeni sanksiyaların detalları açıb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, sanksiyalar Rusiyanın müdafiə xarakterli məhsulları əldə etməsi, həmçinin silahın satışı üzrə əməliyyatları bloklamağı hədəfləyir.

Bundan başqa, diplomat bildirib ki, ABŞ rəhbərliyi məhdudlaşdırıcı ölçülərin vasitəsiylə milli təhlükəsizlik nöqteyi-nəzərindən həssas mallar və texnologiyaların Rusiyaya satışına mane olmaq istəyir. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, "həssas mallar və texnologiyalar"a elektron cihazlar, kompüterlər, lazerlər, neft-qaz avadanlığı, həmçinin informasiya təhlükəsizliyi sahəsində istifadə edilən texnologiyalar aiddir.

ABŞ administrasiyası Rusiyada aktiv fəaliyyət göstərən Amerika şirkətlərinə dəyən zərəri kompensasiya etməyi planlaşdırır.

Qeyd edək ki, Dövlət Departamentindən verilən məlumata görə, Sergey Skripal işi ilə bağlı məhdudlaşdırıcı ölçülərin ilk paketinin avqustun 22-də tətbiqi təxmin edilir.

Moskva kimyəvi silahı bundan sonra tətbiq etməyəcəyi barədə inandırıcı zəmanətlər verməsə, ABŞ hakimiyyəti 3 ay sonra - 2018-ci ilin payızında Sergey Skripal işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketini qəbul etmək niyyətindədir.

Sanksiyaların ikinci paketi diplomatik münasibətlərin əhəmiyyətli ixtisarını, "Aeroflot" dövlət aviaşirkətinin ABŞ-a uçuşlarının dayandırılmasını, həmçinin ixrac və idxala demək olar ki, tam məhdudiyyətin tətbiqini özünə daxil edə bilər.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1676   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Üç gün davam edəcək

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. xarici mediaya istinadən xəbər verir ki, qasırğa üç gün davam edəcək və bu ayın sonuncusu olmalıdır. Təfərrüatlar. Aprelin 25-dən aprelin 27-dək meteohəssas insanların rifahına təsir edə biləcək güclü qasırğaya uyğun olaraq K-indeksi 4 (sarı səviyyə

25 aprel
.

Taksimdə partlayış törədən qadına hökm oxundu - 1794 il HƏBS

Ötən il noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilən bombalı hücumla bağlı iş üzrə hökm elan edilib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, müttəhim Suriya əsilli Əhlam Əlbəşir törətdiyi cinayətlərə görə 7 ağırlaşdırılmış ömürlük və 1794 il həbs cəzasına məhkum edilib. Belə ki, iddianaməd

26 aprel
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25 aprel
.

Cənubi Koreya məmurlarını hürən itlə müqayisə etdi

"Cənubi Koreya Şimali Koreyaya qarşı güc tətbiq etməyə cəhd edərsə, məhv ediləcək". "Qafqazinfo" Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya liderinin bacısı, Koreya İşçi Partiyasının təşviqat bölməsinin rəisinin müavini Kim Yo Çjon danışıb

24 aprel
.

Ana və ögey atası 12 yaşlı qıza cəhənnəmi yaşatdılar: Narkotik verib, təcavüz etdi

Valideynləri ayrı yaşayan 2011-ci il təvəllüdlü qız sözün əsl mənasında dəhşət yaşadıb. xarici mediaya istinadən xəbər verir ki, 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Hadisə Türkiyədə baş verib. 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Həmin an isə doğma anası sadəcə olara

25 aprel
.

Qadın qapısı açıq avtobusdan YIXILDI - VİDEO

Türkiyədə qadın qapısı açıq avtobusdan yıxılıb. xarici mediaya istinadən xəbər verir ki, Adananın mərkəzi Sarıçam rayonunda qapısı açıq vəziyyətdə avtobusdan yıxılan qadın ağır yaralanıb. Qadının yolda yıxıldığı anı avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Ətrafdakıların xəbəri üzərin

26 aprel
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25 aprel
.

Bir il əvvəl yoxa çıxan modelin nəşi morqda tapılıb

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb. xarici mətbuata istinadən xəbər verir ki, Kaikan modellik karyerasından sonra ailəsini dolandırmaq üçün Taylanda köçüb və restoran biznesində işləməyə başlayıb. 2023-cü ilin aprelində sosial media paylaşımların

25 aprel
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26 aprel