Azərbaycanda universitet müəllimi özünü yandırdı

Azərbaycanda universitet müəllimi özünü yandırdıSamux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.

Sonxeber.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.

Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisə   Baxılıb: 11012   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR