Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib - Alaverdyan

Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib - AlaverdyanDağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında bu günədək elə həmin Madrid prinsipləri var.

Sonxeber.az azvision.az-a istinadla xəbər verir ki, Ermənistanın "Hüquq pozuntularına qarşı" ictimai birliyinin icraçı direktoru, hüquq müdafiəçisi Larisa Alaverdyan bu gün gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırkı danışıqlar prosesi ermənilər üçün heç də əlverişli və faydalı deyil.

"Danışıqlar masasında bizim əlimizdə artıq heç nəyimiz yoxdur. Yalnız Madrid prinsipləri var. Madrid sənədində isə biz Ermənistanın birinci prezidentinin (Levon Ter-Petrosyan) hələ o vaxt "Komsomolskaya pravda" qəzetinə müsahibəsində bəyan etiyi nəticəyə gəlmişik. Yəni konkret olaraq Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib, amma daha yüksək status çərçivəsində - muxtar əyalət yox, muxtar respublika kimi." – deyə, erməni ekspert bildirib.

Alaverdyanın sözlərinə görə, Ermənistanın ikinci və üçüncü prezidentləri – Robert Koçaryan və Serj Sarkisyan Dağlıq Qarabağın birbaşa Azərbaycana tabe olmasının mümkünsüzlüyü və onun ayrıca müstəqil dövlət kimi tanınmasının vacibliyilə bağlı birmənalı və sərt bəyanatlar vermələrinə baxmayaraq, Madrid prinsiplərində göstərilən mərhələli həll variantı çərçivəsində belə bir müddəa əks olunmayıb. Beynəlxalq ictimaiyyət də Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır.

Danışıqlar prosesində Ermənistanın diplomatik fiaskosuna diqqət çəkən Alaverdyan vurğulayıb ki, nizamlanma masasındakı mövcud razılaşmalara zidd sərt bəyanatlarına baxmayaraq, Ermənistan Madrid prinsiplərindən birtərəfli qaydada imtina edə və bu razılaşmadan çıxa bilməz. Çünki artıq gecdir və belə addım İrəvanın beynəlxalq imicinə və mövqelərinə ciddi zərbə vura bilər. Bu kontekstdə Ermənistan rəhbərliyinə məsləhət verən Alaverdyan, Qarabağın Azərbaycanın tərkibində qalmasının qarşısını almaq üçün İrəvana başqa çərçivə və platformalarda intensiv iş aparmağı təklif edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2404   Tarix: 14 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ceyk Sallivan: 2025-ci ilə qədər Ukraynanın yeni əks-hücumunu gözləmək lazım deyil

"ABŞ Konqresinin bu yaxınlarda təsdiqlədiyi Kiyevə yeni hərbi yardım paketi döyüş meydanındakı vəziyyəti dərhal kökündən dəyişdirə bilməyəcək. 2025-ci ilə qədər Ukraynanın yeni əks-hücumunu gözləmək lazım deyil". "Report" xəbər verir ki, bunu Vaşinqtonda "Financial Times"

5 may
.

KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

ABŞ münaqişə başlayandan bəri ilk dəfədir ki, İsrailə sursat tədarükünü dayandırıb. "Report" xəbər verir ki, bu barədə Amerikanın "Axios" nəşri iki İsrail rəsmisinə istinadən məlumat yayıb. "İsrail rəsmiləri bildiriblər ki, ötən həftə İsrailə sursat tədarükü dayandırılıb"

5 may
.

Finlandiya təcili şəkildə trotil zavodu tikmək istəyir

Finlandiya Ukraynada müharibə və partlayıcı maddələrin kəskin çatışmazlığı fonunda təcili olaraq trotil istehsalı zavodu tikmək istəyir. "Report" xəbər verir ki, bu barədə "Yle" ictimai yayımı məlumat yayıb. "Biz partlayıcı maddələrin istehsalını əhəmiyyətli dərəcədə artırmalıyıq

5 may
.

İranda molla hicaba görə qadına hücum edib - VİDEO

Qum şəhərində hökumət mollası baş örtüyü çiyinlərinin üstünə düşən qadını təhqir edib. Bu barədə "Azad İran" "Telegram" kanalı sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, xəbər yayıb. Məlumata görə, çarəsiz qadın təhqir edilməsinin qarşısında mollaya iradını bildirdəndən sonr

6 may
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

5 may
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

5 may
.

Toya sel belə əngəl ola BİLMƏDİ: Gəlin maşını suyun içindən keçdi -VİDEO

Türkiyənin Şırnak Cizre və Silop rayonlarında dünən yağan leysan yağışı ilə sel meydana gəlib. Seldən təmizləmə işləri davam edərkən, şəhərdə maraqlı görüntülər qeydə alınıb. xarici mediaya istinadən xəbər verir ki, həmin gün evlənəcək olan cütlük, toyu etməyə qərar veriblər. Sosial mediada paylaşıla

6 may
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

5 may
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

5 may